Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-919/2025 08.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı Abdusalam oğlunun iştirakı ilə, İddiaçı Abdusalam oğlunun cavabdehlər Həsı̇ lov Nı̇ cat Həsı̇ l oğluna və Yusı̇ fova Güllü Fı̇ krət qızına və üçüncü şəxs Zaqatala rayon Polis Şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı Abdusalam oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə doğulmuş Cavabdeh2 və xx.xx.1987-ci ildə doğulmuş Cavabdeh1 ünvan 1 ünvanda yerləşən ona məxsus evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında onun xüsusi mülkiyyətində evi vardır. Həmin yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə notarial qaydada ünvan 1 fərdi yaşayış evini alqı-satqı müqaviləsi ilə almışdır. Hal-hazırda ona məlum olmuşdur ki, evi satan Cavabdeh2 və Cavabdeh1 onun evində pasport qeydiyyatında qalmışlar. Onların hazırda harada yaşadığı ona məlum deyil. Yuxarıda adları çəkilən şəxslər evində qeydiyyatda olduğuna görə evə dair sərəncam vermək üçün onların razılığı tələb olunur. Cavabdehlərin pasport qeydiyyatında onun evində olmaları onun mülkiyyət hüququmun pozulması ilə nəticələnir. Belə ki, ev barədə sərəncam vermək üçün (alqı-satqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) həmin şəxslərin razılığı tələb olunur. Lakin həmin şəxslər onun ailə üzvü deyildir və onun evində yaşamırlar, onların yaşayış sahəsinə əmlak hüquqları yoxdur və mənzil onun mülkiyyətindədir. Göründüyü kimi, cavabdehlər evdə formal olaraq qeydiyyatda qalmışlar. Bu da mülkiyyətində olan evə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməyinə mane olur. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu ona verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını ona ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Ona heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılması üçün isə onların onun evindən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Cavabdehlərin evində pasport qeydiyyatında olması onun xüsusi mülkiyyətim üzərində sərəncam vermək hüquqlarımı məhdudlaşdırır. Buna görə də yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olamdan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Abdusalam oğlu iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yazılı sübutlar “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Zaqatala şəhəri Vidadi küçəsində yerləşən 45 nömrəli evdə Həsı̇ lov Nı̇ cat Həsı̇ l oğlu və Yusı̇ fova Güllü Fı̇ krət qızı qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala şəhəri Vidadi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi 50000 manata mülkiyyətçilər Həsı̇ lov Nı̇ cat Həsı̇ l oğlu və Yusı̇ fova Güllü Fı̇ krət qızı tərəfindən İddiaçı Abdusalam oğluna satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri Vidadi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı Abdusalam oğlunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Qədirov X2 şəhəri Vidadi küçəsində yerləşən 45 saylı fərdi yaşayış evini Həsı̇ lov Nı̇ cat Həsı̇ l oğlu və Yusı̇ fova Güllü Fı̇ krət qızından xx.xx.2021-ci tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında almışdır. Həmin mənzil İddiaçı Abdusalam oğlunın adına qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə onlara məxsus hər hansı əmlakları qalmamışdır. Onlar uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduqları mənzilə dair istifadə hüquqlarını həyata keçirmirlər, bu hüquqdan könüllü istifadə etmirlər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı tam təsdiq olunduğundan, onların Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Abdusalam oğlunun mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evindən cavabdehlər xx.xx.1950-ci ildə doğulmuş Cavabdeh2 və xx.xx.1987-ci ildə doğulmuş Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Abdusalam oğluna aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-919/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-919/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver