Məhkəmə qərarları › İş №e-2(033)-920/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-920/2025

09.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-920/2025 09.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin Cavabdeh qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonu Zaqatala Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi qeyri-yaşayış obyektinin öz hesabına sökülməsinə, torpağın əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala bələdiyyəsi adından çıxış edərək bildirir ki, Cavabdeh tərəfindən Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi döngə 3) ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında (yolun səki hissəsində) Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti-quraşdırma işləri aparmışdır. Zaqatala bələdiyyəsi tərəfindən Cavabdeh tərəfindən qanunsuz quraşdırılmış tikilinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, qanunsuz tikili sökülməmiş və bələdiyyə torpağı əvvəlki vəziyyətinə qaytarılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri yalnız qanuni icazə əsasında aparıla bilər. Cavabdeh tərəfindən hər hansı rəsmi icazə alınmadan tikinti-quraşdırma işləri həyata keçirilərək vətəndaşların sərbəst hərəkət hüquqlarını pozmuşdur. Zəbt olunmuş torpaq sahəsi yolun səki hissəsinə aid olmaqla ümümi istifadədə olan torpaqlar kateqoriyasına aid olduğundan həmin torpaq sahəsinin alqı-satqı olunması məqsədə uyğun deyil. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək iddiaçı Zaqatala bələdiyyəsinin o Cavabdeh qarşı bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş qeyriyaşayış obyektinin öz hesabıma sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(033)-920/2025 nömrəli mülki iş üzrə iddia ərizəsinə etirazımı sübut qismində qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı bildirmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında (yolun səki hissəsində) Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti-quraşdırma işləri aparılmışdır. Zaqatala bələdiyyəsi tərəfindən o Cavabdeh qanunsuz quraşdırılmış tikilinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, qanunsuz tikili sökülməmiş və bələdiyyə torpağı əvvəlki vəziyyətinə qaytarılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri yalnız qanuni icazə əsasında aparıla bilər. Cavabdeh tərəfindən hər hansı rəsmi icazə alınmadan tikinti-quraşdırma işləri həyata keçirilərək vətəndaşların sərbəst hərəkət hüquqlarını pozmuşdur. Zəbt olunmuş torpaq sahəsi yolun səki hissəsinə aid olmaqla ümümi istifadədə olan torpaqlar kateqoriyasına aid olduğundan həmin torpaq sahəsinin alqı-satqı olunması məqsədəuyğun deyildir. İddia ərizəsində iddiaçının istinad etdiyi fakt və halları bütünlüklə nəzərdən keçirmişdir. İddia ərizəsinin dəlilləri ilə razılaşmır, onu qəbul etmir və etirazını aşağıdakılarla əsaslandırır, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, o Cavabdeh məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin önündə iddiaçı Zaqatala bələdiyyəsinə mülkiyyətinə aid uqodiyası yollar və küçələr olmaqla, ümumi istifadədə olan torpaq sahəsinin (səkinin) təqribən 60 kv.m. hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan quraşdırma işləri aparmışdır. Bundan başqa, o sahibkar Cavabdeh tərəfindən iddiaçı Zaqatala bələdiyyəsinə xx.xx.2024-cü il tarixli müraciət göndərilərək, mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin qarşısındakı 60 kv.m. torpaq sahəsinin icarəyə verilməsini xahiş etmişdir. Bundan əlavə, yenə o sahibkar Cavabdeh tərəfindən iddiaçı Zaqatala bələdiyyəsinə xx.xx.2024-cü il tarixli ərizə göndərilərək, xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə bitişik, piyadaların gediş-gəliş yoluna açılan, pilləkənin hər iki tərəfi boyu hissələri olmaqla, cəmi 60 kv.metr torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Belə ki, həmin topraq sahəsinin icarə istifadələrinə verilməsi orada sahibkarlıq fəaliyyətinin normal təşkilinin və həyata keçirilməsinin təmin edilməsindən ötrü əhəmiyyət kəsb edir. Ərizəsində bildirmişdir ki, daimi müşahidələrindən aydın olur ki, icarəyə verəcəyi həmin torpaq sahəsi piyadaların gediş-gəlişinə hər hansı formada ciddi maneçilik yaratmır. Tərəfindən Zaqatala bələdiyyəsinə xx.xx.2025-ci il tarixli ərizə ilə təkrar müraciət edilərək, o, fərdi sahibkar Cavabdeh xx.xx.2005-ci il tarixdən tam xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən faydalı sahəsi 465.1 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətinin normal və səmərəli həyata keçirilməsindən ötrü ona bitişik, piyadaların gediş-gəliş yoluna açılan, pilləkənin hər iki tərəfi boyu hissələri olmaqla, Zaqatala Bələdiyyəsinə məxsus cəmi 60 kv.metr torpaq sahəsinin icarə haqqı ödənilməklə icarə qaydasında istifadə etməsi ilə bağlı ərizəsi üzrə qanunamüvafiq qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişəm. Təəssüf ki, iddiaçı Zaqatala bələdiyyəsinin sədrinin 284 nömrəli xx.xx.2025-ci il taixli məktubu iiə ərizəsinin təmin edilmədiyi bildirilmişdir. Fikrincə, bələdiyyə sədrinin bu cavabı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə ziddir. Qanunun həmin normasında bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, adıçəkilən torpaq sahəsinin sahibkar olaraq, ona icarəyə verilib- verilməməsi məsələsinə bələdiyyə sədri tərəfindən təkbaşına baxılmışdır. Xüsusilə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Lakin, həmin Qanunun 11-ci maddəsində bu torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi qadağan edilməmişdir. İddia ərizəsində boşaldılması tələb edilən torpaq sahəsinin ölçüsü xx.xx.2024-cü il tarixli aktda 60 kv.m göstərildiyi halda, iddia ərizəsində bu ölçü əsassız artırılaraq, 111 kv.m. yazılmışdır. Qeyd edir ki, iddiaçı Zaqatala bələdiyyəsinin hazırda sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinə bitişik yolun səki hissəsində tikinti-quraşdırma işlərinin nə vaxt aparıldığını iddia ərizəsində göstərməmişdir. Halbuki, iddia ərizəsində istinad edilən tikintiquraşdırma işləri məlum məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən çıxarılmış İmran Mustafayev tərəfindən quraşdırılmış və uzun illər ərzində heç bir mübahisə olmadan fasiləsiz olaraq, ondan istifadə edilmişdir. Fikrincə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən İmran Mustafayev çıxarılanadək mövcud olmuş qanunsuz tikinti-quraşdırmanın sökülməsinin ondan tələb etməməsi, eyni faktiki hala münasibətdə fərqli davranmasının, bununla da ayrı-seçkiliyə yol verməsinin səbəb və əsasları barədə işləri maşınadək, Zaqatala bələdiyyəsinin sədri məhkəməyə izahat verməlidir. Daha sonra, 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda ünvan 5 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasına bitişik olmaqla, həmin binanın qarşısında yerləşən 111 kv.m. torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən, Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan yollar, küçələr ərazisində yerləşdiyi bildirilir. Lakin nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İddiaçı isə məhkəməyə belə çıxarış təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin düzgün həlli üçün önəmli olan halların, yəni, sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin halları Zaqatala Rayon Bələdiyyəsinin Cavabdeh ünvanlanmış 414 nömrəli 05 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki,ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın qarşısında yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsində onun tərəfindən inşa edilmiş tikilinin 10 gün müddətində sökülməsi və torpağın geri qaytarılması tələb edilmişdir. Zaqatala Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X2 Komissiyasının sədri Ramin Ağakişiyevin təklifi nəzərə alınmış, ünvan 7ndə (keçmiş Vidadi küçəsi döngə 3) yerləşən mağazanın mülkiyyətçisi və Yuxarı Tala kənd sakini Cavabdeh tərəfindən mağazaya bitişik olmaqla mağazanın qarşısında, yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsində qanunsuz olaraq aparılmış tikintinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət olunması, qərarın icrasına nəzarət X2 Komissiyasının sədri Ramin Ağakişiyevə həvalə edilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 may 2025-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən özünə məxsus qeyriyaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında yerləşən 111 kv.m torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan yollar, küçələr ərazisində yerləşir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1 ünvanında yerləşən Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin önündə yerləşən 111 kv.m torpaq sahəsi Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyəti kimi TEKUİS məlumat bazasında qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən həmin torpaq sahəsi istifadə edilir və üzərində qeyri-yaşayış obyekti inşa edilmişdir. Zaqatala Rayon Bələdiyyəsi iddia ərizəsi ilə müraciət edərək tikilinin cavabdehin hesabına sökülməsini tələb etmişdir. Cavabdeh idia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini tələb etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh mübahisənin predmeti olan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini təkzib etmir və onun etirazı yalnız həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan və iddiaçı tərəfindən sökülməsi tələb edilən qeyri-yaşayış obyekti cavabdehin istifadəsindədir və onun mülkiyyətində olan digər tikiliyə bitişik inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin etirazda qeyd etdiyi arqumentlər, iddiaçınıın mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməli və iddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin mülkiyyətində olan Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti Cavabdeh hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. İddia təmin edildiyindən 100 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin mülkiyyətində olan Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti Cavabdeh hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar