Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-927/2022 16.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 07 oktyabr 1970-ci ildə Zaqatala rayonu Car kəndində doğulmuş X4 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1966-cı ildə Zaqatala rayonu Car kəndində doğulmuşdur. Hal-hazırda bu kənddə yaşayır. Yaşadığı evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət olduğuna görə həmin torpaq sahəsinin bir hissəsinin özgəninkiləşdirilməsi üçün orada paya sahib olan qardaşı X4 razılığı və ya onun ölümünü təsdiq edən sənəd tələb olunur. Ancaq belə bir razılığın və ya sənədin alınması qeyri mümkündür. Çünki, qardaşı X6 07 oktyabr 1970-ci ildə Zaqatala rayonu Car kəndində anadan olmuş, 1991-ci ildə Ukrayna Respublikasına getmiş və bir daha doğulduğu kəndə, rayona, ümumiyyətlə Azərbaycana geri qayıtmamışdır. 2013-cü ilə qədər onunla əlaqələri olmuş, ondan sonra isə əlaqə tam kəsilmişdir. Hazırda artıq 9 ildir ki, onun harada olduğu və ya yaşadığı, həmçinin sağ olub-olmaması barədə məlumatları yoxdur. Bu səbəbdən o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə hər hansı məlumat bildirməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş 05/Q- 1806/69 nömrəli arayışdan görünür ki, X6 07 oktyabr 1970-ci ildə Zaqatala rayonu Car kəndində anadan olmuşdur. Bu barədə 10 noyabr 1970-ci il tarixdə Zaqatala RİHB-nın Car kənd İƏD-si tərəfindən 94 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə X1r. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 378 nömrəli arayışdan görünür ki, Car kənd sakini Ərizəçi həqiqətən Car kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Həqiqətən onun doğma qardaşı X6 1991-ci ildə Ukraynaya getmişdir, 2013-cü ilə kimi onunla əlaqəsi olub, 2013-cü ildən hazıradək onunla əlaqəsi yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, X6 07 oktyabr 1970-ci ildə Zaqatala rayonu Car kəndində anadan olmuşlar. O, Ərizəçi qardaşıdır. X6 1991-ci ildən Car kəndindən Ukrayna Respublikasına getmişdir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışdır. O, Azərbaycan Respublikası vətəndaşı deyildir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 1970-ci ildə Zaqatala rayonu Car kəndində doğulmuş qardaşı X4 ölmüş elan edilməsini xahiş edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.5-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə-həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə-həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin dublikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Ərizəçi tərəfindən isə qardaşı Ramiz Abakarovun ölməsinə güman etməyə əsas verən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin onun ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşı olması iş materiallarından görünmür. Bundan başqa, onun barəsində daxili işlər orqanlarında hər hansı axtarış işi açılmamışdır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, hazırkı iddiaya münasibətdə şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. Məhkəmə qeyd edir ki, ölmüş elan olunması tələb edilən şəxsin hazırda Ukrayna Respublikasında yaşayıb-yaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi yolverilməzdir. Məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki ərizəçiyə şəxsin Ukrayna Respublikasına getməsi və 2013cü ilə qədər onun əlaqə saxlaması məlumdur, onun ölmüş elan edilməsi barədə halın müəyyən edilməsi yalnız həmin şəxsin Ukrayna Respublikasında olub-olmaması, onun həmin dövlətin vətəndaşı olub-olmaması, ölüb-ölməməsi ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bununla bağlı da hər hansı müraciət edilməmişdir. Göründüyü kimi, ərizəçidə qardaşı X4 Ukrayna Respublikasına getməsi barədə məlumat olsa da, onun nə ölkə ərazisində axtarışı, nə də ki, Ukrayna Respublikası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən hallar sübut edilmədiyindən ərizəçinin iddiası əsaslı sayıla bilməz. Ərizəçinin tələbinin təmin edilməsi üçün işdə hər hansı bir əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Ərizə təmin edilmədiyindən 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizəçi maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-927/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-927/2022
16.11.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver