Məhkəmə qərarları › İş №e-2(033)-939/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-939/2023

30.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-939/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdə çıxarılma və evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1ində yerləşən ona məxsus dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunan fərdi yaşayış evindən çıxarılmasına və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və mülkiyyətində olduğuna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023 qeydiyyat tarixli çıxarış da var. Həmin fərdi yaşayış evini xx.xx.2023-cü ildə X5, X9 və X6 alqı-satqı müqaviləsi əsasında almışdır. Zaqatala rayon məhkəməsinin 2-119 nömrəli 2004-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh Muğanlı kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinin günçıxan tərəfindəki bir otağında yaşayış hüququ verilməklə azyaşlı uşağı ilə birlikdə Cavabdeh həmin evə köçürülməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh anasına məxsus həmin evə köçürülməsinə dair qətnamə olsa da, cavabdeh həmin evə köçməmiş və həmin evdə heç vaxt yaşamamışdır. Həmin həyətin qonşuluğunda ona və qardaşı X13 məxsus fərdi yaşayış evi vardır. Hal-hazırda həmin ev alqı-satqı yolu ilə onun mülkiyyətindədir. Cavabdeh isə ondan və əvvəlki mülkiyyətçilərdən xəbərsiz olaraq həmin fərdi yaşayış evinə girərək qanunsuz olaraq yerləşmişdir. Hər iki evin mülkiyyət sənədlərini, məhkəmə qərarını iddiaya əlavə etmişdir. Həmin sənədlərdən görünür ki, məhkəmənin qətnaməsində qeyd edilən evin onun mülkiyyətində olan evə heç bir aidiyyəti yoxdur. Cavabdeh onlarla prinsip apardığına görə ona məxsus evə qanunsuz daxil olaraq öz əşyalarını yerləşdirib və arada bir gəlib bir iki gün evində qalıb yenə çıxıb gedir. Beləliklə mülkiyyət hüquqlarını pozur. Cavabdehin faktiki olaraq ona məxsus fərdi yaşayış evində yaşaması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələblrinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə olan ev böyük qardaşı İbrahimin torpağındadır. Gəlin dedi öz paylarını satmaq istəyirlər. O da alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini almışdır. Cavabdeh isə onun digər qardaşı ilə evli olmuşdur. Nikahları olmamışdır, kənddə uçotu olmayıb. Evlərinə qeydiyyata düşməyib. 1 il 4 ay onlarda olub. 2004-də iddia qaldırdı ki, onu evə köçürün. Sonra qətnamə çıxdı. Qətnamə çıxanda evin sənədi yox idi. İcraçılar onu qətnamədə köçürülməsi nəzərdə tutulan evə köçürmədilər. Cavabdeh də qanunsuz olaraq onun alqı-satqı müqaviləsi əsasında hazırda aldığı, həmin vaxt isə onun qardaşının, yəni cavabdehin qaynının adına olan evə köçmüşdür. Onun köçdüyü ev qətnamə ilə köçürülməsi nəzərdə tutulan ev deyildir. Cavabdeh artıq keçən ildən Bakıda yaşayır. Evinin boşaldılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, məhkəmə qətnaməsində köçürülməsi nəzərdə tutulan evdə onu yaşamağa qoymamışlar. Dedilər digər evdə otur. Cehizinin yarısını köçürdülər. Onun da körpə uşağı var idi, razı olmuşdu. Çünki istədi ki, hər şey sülh ilə olsun. Həmçinin qətnamədə nəzərdə tutulan ev yaşayası vəziyyətdə deyildir. Qətnamədə köçürüldüyü nəzərdə tutulan evə köçməmək, başqa evə köçüb yaşamaq onun səhvidir. Hazırki vəziyyətini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 rayonu Muğanlı kəndi ünvanında yerləşən ümumi sahəsi 19.6 kv/m, yaşayış sahəsi 19.6 kv/m olan 1 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verir. X2, X18, X17 və X1 rayonu Muğanlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.2524 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verirlər. Satılan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2015 tarixdə X13 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,2524 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 19.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış fonduna daxil olan 1199 inventar nömrəli yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 74 kv/m, yaşayış sahəsi 44 kv/m, köməkçi sahəsi 31 kv/m, 2 otaqdan ibarət fərdi yaşayış evi X14 adınadır. DTİ və MHQ İdarələrinin arxiv fonduna əsasən 03 saylı reyestr kitabının 46-cı səhifəsində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2-119/2004 nömrəli 25 iyun 2004-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək ünvan 1ində X4 məxsus yaşayış evinin gün çıxan tərəfindəki bir otağının Cavabdeh yaşayış hüququ verilməklə azyaşlı uşağı ilə Cavabdeh həmin otağa köçürülməsi qət edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 oktyabr 2023-cü il tarixdə verilmiş 5-82-31/2-472/2023 nömrəli arayışdan görünür ki, ünvan 1 sakini İddiaçı mərhum anasına məxsus olmuş 1961-ci ildə inşa edilən ümumi sahəsi 97 kv/m olan fərdi yaşayış evi hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 2-119/2004 nömrəli 25 iyun 2004-cü il tarixli qətnaməsinə əsasən ünvan 1ində X4 məxsus yaşayış evinin gün çıxan tərəfindəki bir otağına yaşayış hüququ verilməklə azyaşlı uşağı ilə köçürülmüşdür. Cavabdeh məhkəmə qətnaməsi ilə köçürüldüyü evə deyil, qaynı olan- X11 mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. Cavabdehin köçdüyü fərdi yaşayış evi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 və ailə üzvləri tərəfindən İddiaçı satılmışdır. Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,2524 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 19.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı, Cavabdeh ünvan 1ində yerləşən ona məxsus dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunan fərdi yaşayış evindən çıxarılmasını və evin boşaldılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən ünvan 1ində yerləşən 0,2524 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 19.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə hər hansı hüququ, hətta onun həmin fərdi yaşayış evindən istifadə hüququ da yoxdur. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 2-119/2004 nömrəli 25 iyun 2004-cü il tarixli qətnaməsinə əsasən ünvan 1ində X4 məxsus yaşayış evinin gün çıxan tərəfindəki bir otağına yaşayış hüququ verilməklə azyaşlı uşağı ilə köçürülməsi qət edilsə də, cavabdeh məhkəmə qətnaməsi ilə köçürülməsi nəzərdə tutulan evə deyil, qaynı olan-X11 mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. Hansı ki, cavabdehin həmin evə hər hansı hüququ yaranmamış, həmin evə köçürülməsi qət edilməmiş, həmin evdən ona yaşayış hüququ verilməmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında göstərdi ki, onların hər hansısa şifahi razılığına əsasən cavabdeh qətnamədə nəzərdə tutulmamış həmin evə köçmüşdür. Bu hal (onların arasındakı razılıq) həqiqi olmuş olsa belə, iddiaçının iddiasının rədd olunması üçün əsas deyil. Ona görə ki, cavabdehin köçdüyü ev alqı-satqı müqaviləsinə əsasən X16 və ailə üzvləri tərəfindən İddiaçı satılmışdır. Göründüyü kimi, İddiaçı fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında mülkiyyətçisidir və onun öz əmlakından özünün istədiyi kimi istifadə etmək hüququ vardır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin üzərində Cavabdeh hər hansı hüququ olmadığı halda həmin fərdi yaşayış evindən çıxmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz hesab edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 19.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın və həmin ev boşaldılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar