Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-975/2025 26.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 Mataqlı şəxs Zaqatala rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi X2 nümayəndəsi Nümayəndə1 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 26 avqust 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi X2 nümayəndəsi Nümayəndə1 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, xx.xx.1958-ci il tarixdə Rusiya Federasiyası, Rutul rayonunda doğulmuş Ömərov Ramazanın xx.xx.2022-ci il tarixdə Zaqatala şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, Ömərov Ramazan (Hacıisayeviç) onun qaynatası olmuşdur. Ərizəçi isə oğludur. Arvadı, X8 atasının, yəni X5 vəfat etmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə sonlanmamış Gülarə Mollayeva əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi. Ona görə də oğlu Nurlan məhkəməyə müraciət etməli olmuşdur. X18 şəxsiyyət vəsiqəsində ata adı yoxdur. Ona görə ata adını ərizədə mötərizədə yazır. X15 (Hacıisayeviç) qalmış miras əmlakı qəbul etmək üçün onun ölüm haqqqında şəhadətnaməsini almaq vacibdir. Ömərov Ramazan xx.xx.1958-ci ildə Rusiya Federasiyası, Rutul-da doğulmuş, ünvan 1 ünvanında yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat edərək Zaqatala şəhər qəbirstanlığında dəfn edilmişdir. Ömərov Ramazan xx.xx.2022-ci il tarixdə vəfat edərək şəhər qəbiristanlığında dəfn olunması barədə Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı vardır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun vəfatını başqa qaydada qeyd etdirə bilmədiyimə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı etiraz daxil olmamışdır. Ərizəçinin izahatı Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, Ramazan Ömərov onun əmisi olmuşdur. Əmisi 2022-ci ilin may ayında vəfat etmişdir. Əmisi qızının işlədiyi bağçaya onu görmək üçün getmiş və orada halı pisləşərək vəfat etmişdir. Həmin vaxtı təcili yardım çağırılmışdır. O, işdə olduğu üçün ona bu barədə telefonla bildirmişlər. Əmisinin dəfnində iştirak etmiş və o, Qaladüzü qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçinin babası Ramazan Ömərov ilə qonşu olmuşdurlar. Onun qardaşı Qurban Ramazanov ilə bir sinifdə oxumuşdurlar. Ramazan Ömərov üç il olar kı vəfat etmişdir. Onun dəfnində iştirak etmişdir. X20 qəbirstanlığında dəfn olunmuşdur. Ramazan Ömərov ürəkdən vəfat etmişdir. O, bağçada işləyən qızının yanına getmiş və orada halı pisləşmişdir. İşə əlavə edilmiş sənədlər AZE 17777597 nömrəli şəхsiyyət vəsiqəsinin surətindən görünür ki, Ömərov Ramazan XXX 04 may 1958-ci ildə Rusiya Federasiyasının Rutul rayonunda doğulmuşdur. Yaşayış yeri Zaqatala şəhəri A.Həmidov küçəsi ev 120-dir. Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən 13 sentyabr 1984-cü ildə verilmiş Xİ-JQ 291499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 sentyabr 1984-cü ildə doğulmuşdur. X1 və X6. Zaqatala RİHB-ın Yuxarı Tala kənd icra nümayəndəliyi tərəfindən 06 avqust 2004cü il tarixdə verilmiş AZ-İ 108035 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə1 ilə X12 arasında nikah 06 avqust 2024-cü il tarixdə rəsmiləşdirilmiş və nikah akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Zaqatala RİHB-ın Yuxarı Tala kənd icra nümayəndəliyi tərəfindən 14 may 2005-ci il tarixdə verilmiş AZ-İ 543374 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 11 may 205-ci ildə doğulmuşdur. Valideynləri Nümayəndə1 və X3r. 21 iyul 2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, 04 may 1958-ci ildə doğulmuş Ramazan Ömərov 12 may 2022-ci ildə kəskin ürək çatığından vəfat etmişdir. 21 iyul 2022-ci il tarixli Zaqatala RMX PHŞ TTTY Şöbəsi Xəbərdarlıq vərəqəsindən görünür ki, Zaqatala rayon 9 saylı uşaq bağçasına 04 may 1958-ci ildə doğulmuş Ömərov Ramazanın ölümünü qeydə almaq üçün çağırılmışdır. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, X4 atası X7 12 may 2024-cü ildə ölüm faktını qeydə aldırmaq üçün müraciəti araşdırılmış, lakin həmin zaman sənədləşmə prosesi həyata keçirilmədiyindən ölüm faktının qeydə alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X13, X11 və X17 tərəfindən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, 04 may 1958-ci il təvəllüdlü X10 ünvan 2 ünvanında yaşamış, 12 may 2022-ci il tarixdə ölmüş və Zaqatala şəhər qəbirstanlığında dəfn edilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 22 aprel 2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 aprel 2025-ci il tarixdə ölmüşdür. Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X10 vəfatınadək ünvan 2 ünvanda yaşamış, 12 may 2022-ci ildə vəfat etmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi 29 iyul 2025-ci ildə Maraqlı şəxsnə müraciət edərək 12 may 2022-ci ildə öldüyünü bildirdiyi Ömərov Ramazan XXX oğlunun ölümü haqqında şəhadətnamə tələbi ilə müraciət etmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.13-cü maddəsinin tələbinə əsasən Akt qeydləri əsasında (yaş kağızı kitabları) təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələr kitablar üzrə yoxlanılır, ərizədə göstərilən illik akt qeydləri nəzərdən keçirilir, həmin ilin vətəndaşlıq vəziyyətinin akt qeydləri olmaqdıqda ərizədə göstərilmiş ildən üç il əvvəl və üç il sonrakı vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılır. Həmin qaydaya uyğun olaraq 2019-2025-ci illərə aid akt qeydləri yoxlanılmış və Ömərov Ramazana məxsus ölüm akt qeydi aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 05 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin (307.2.1.); şəxsin öhdədə olması faktının (307.2.2.); doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının (307.2.3.); ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının (307.2.4.); şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının (307.2.5.); mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (307.2.6.); bədbəxt hadisə faktının (307.2.7.); müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının (307.2.8.); mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.); atalığın etiraf olunması faktının (307.2.10.); “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının (307.2.10-1.); qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların (307.2.11.) müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından və ifadəsi alınmış şahid ifadələrindən aydın oldu ki, Ömərov Ramazan 12 may 2022-ci ildə Zaqatala şəhərində vəfat etmiş və o, Zaqatala şəhər qəbiristanlığında dəfn edilmişdir. Onun ölümü haqqında tibbi şəhadətnamə alınsa da lazımi qaydada təsdiq edilməmişdir. Ərizəçi ölüm şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ömərov Ramazanın 12 may 2022-ci il tarixdə Zaqatala şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 04 may 1958-ci il tarixdə Rusiya Federasiyası, Rutul rayonunda doğulmuş Ömərov Ramazanın 12 may 2022-ci il tarixdə Zaqatala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə 04 may 1958-ci il təvəllüdlü Ömərov Ramazanın adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-975/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-975/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver