Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-98/2022 12.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (şəx.vəsiqə:- AZE 0*******, FİN:-xxxxxxx) və Cavabdeh1 (şəx.vəsiqə:-AZE 0*******, FİN xxxxxxx) ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir və mükiyyətdə olduğuna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış da vardır. Həmin mənzili 2011-ci ildə Elşad adlı şəxsdən alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqavilənin 7-ci bəndində deyilir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Hazırda məlum olmuşdur ki, cavabdehlər həmin mənzildə pasport qeydiyyatındadırlar. Onların pasport qeydiyyatında olmaları isə mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Belə ki, mənzil barədə sərəncam vermək üçün cavabdehlərdən razılıq almalı olurlar. Lakin faktiki olaraq mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehləri tanımırlar, heç vaxt görməmişlər, onlar mənzilin sahibi olmuşlar və mənzili Maraqlı şəxs1 satıb getmişlər. Faktiki olaraq harada yaşadıqları onlara məlum deyildir. Məhkəmə baxışı iclasının vaxtı və yeri üzrə mülki iş üzrə iddiaçı və cavabdehlər məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 11.10.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Maraqlı şəxs1 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3-da yerləşən 11 nömrəli mənzil 15700 manat vəsaitə İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.10.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,1 kv.m olan 11 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, ünvan 3-də yerləşən 11 nömrəli mənzildə Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Nuriyeva X3 rayonu, Sülh küçəsi, ev 9 mənzil 11 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, mənzil sahibi dəyişən müddətə qədər Zaqatala şəhəri Sülh küçəsi ev 9, mənzil 11-in sahibi ilə Zaqatala Rayon Mənzil İstismar İdarəsi qarşılıqlı öhdəliklər üzərlərinə götürmüşlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, 11.10.2011-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı tərəfindən ünvan 3-də yerləşən 11 nömrəli mənzil 15700 manat vəsaitə alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin mənzildə yaşamamışlar və həmin mənzil satıldıqda onun istifadə hüquqlarına xitam verilməmişdir. Hazırda iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzildə cavabdehlərə məxsus hər hansı əşya yoxdur. Buna baxmayaraq, cavabdehlərin adı uzun müddətdir ki, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində qeydiyyatda qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, iddiaya isə hər hansı münasibət bildirməmişlər. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallar araşdırılarkən müəyyən olundu ki, hazırda tərəflər arasında hüquq münasibətləri 2011-ci il yaranmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. Məhkəmə araşdrıması zamanı müəyyən olundu ki, cavabdehlər mübahisəli mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq almışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Cavabdehlər indiki mülkiyyətçinin-iddiaçının ailə üzvləri deyil və müqavilə bağlanandək artıq sözügedən mənzildə pasport qeydiyyatında olmuşlar Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin müəyyən edilməsini əsaslı hesab edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin həqiqətən də mənzildən istifadə hüquqları itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, alıcı İddiaçı satıcı Maraqlı şəxs1 satdığı ümumi sahəsi 60,1 kv/m. olan mənzili almışdır. Hazırda həmin əmlakı adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Məhkəmə qeyd edir ki, həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zaqatala şəhəri Sülh küçəsi ev 9, mənzil 11 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zaqatala şəhəri Sülh küçəsi ev 9, mənzil 11 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-98/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-98/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver