Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-982/2025 28.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X28 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Kontura qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 xx.xx.1996-cı il tarixdə vəfat etmiş X19 ilə bacı-qardaş olmaları, yəni, X13 onun bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Muğanlı kəndində yaşamış X24 onun atası X9 bacısıdır, yəni onun bibisidir. Atası - X19 xx.xx.1996-cı ildə, bibisi - X24 xx.xx.2009-cu ildə vəfat etmişlər. Bibi - X24 ailə həyatı qurmuşdur. Bibisi - X13 həyat yoldaşı - X14 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onların övladları və ondan başqa vərəsələri yoxdur. Bibisi - X13 həyat yoldaşı - X5 da başqa heç kimi yoxdur. Bibisi - X24 bütün əmlakını ona vəsiyyət etmişdir. X10 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün o, notariusa müraciət etmişdir. Notarius məktub verərək ona izah etmişdir ki, mərhumla qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim etməlidir. Yəni, X13 X19 ilə bacı-qardaş olmalarını, yəni, onun bibisi olması faktını təsdiq edən, qohumluq faktını təsdiq edən sənəd olduğu halda qanun üzrə hər iki miras qoyandan vərəsəlik şəhadətnaməsi veriləcəkdir. Notarius izah etdi ki, vəsiyyət üzrə vərəsəlik verildiyi halda bibisinin ərindən qalan əmlaka vərəsəlik verə bilmir. Qanun üzrə vərəsəlik verilərkən isə həm bibisindən miras qalmış, həm də bibisinin ərindən miras qalmış əmlaka şəhadətnamə vermək olur. Bunun üçün isə Beycət Yunus qızının onun bibisi olması faktına dair məhkəmə qətnaməsi əldə edilməlidir. Lakin Zaqatala rayon Dövlət Arxivindən verilmiş 1948-1950-ci illər üzrə atasının və bibisinin ailə tərkibinə dair 23 yanvar 2025-ci il tarixli arayışından görünür ki, ailə başçısı X15 olmaqla X19 və X1 övladlarıdır. Deməli, Beycət və onun atası İsmayıl doğma bacı qardaş olmuşlar. Onlar hər ikisi vəfat etdiklərinə görə Beycətin onun bibisi olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi lazım gəlmişdir. Beycət ərə gedərkən ərinin soyadını götürdüyünə görə vəfat edərkən soyadı Ağayeva kimi yazılmışdır. Mülkiyyət sənədlərində də soyadı Ağayevadır. Buna görə də bu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi ərizələr ilə müraciət edərək xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 xx.xx.1996-cı il tarixdə vəfat etmiş X19 ilə bacı-qardaş olması faktının müəyyən edilməsini və ödədiyi dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Zaqatala Rayonu 2 saylı Notariat konturunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məktubla müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirdi ki, ərizəçi yoldaşının qohumudur. Ərizəçinin atası isə Beycətlə bacı-qardaş olublar. Ölüm vaxtı dəqiq yadında deyil amma birinci İsmayıl dayı ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahat verərək bildirdi ki, İsmayıl dayının qonşusu olmuşdur, Beycət ilə İsmayıl dayı bacı qardaş olmuşdur. 5 uşaq olublar və İsmayıl dayı Beycətdən əvvəl ölüb. İşin halları Zaqatala RİHB-nin Gözbarax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 06 nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala RİHB-nin Əlibayramlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2012ci il tarixdə verilmiş “Ölüm haqında” şəhadətnamədən görünür ki, X19 27 noyabr 1996-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.11 1996-cı il tarixdə 27 nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala RİHB-nin Gözbarax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş ölüm haqqında şəhdətnamədən görünür ki, X24 xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 02 nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala rayonu Çobankol kənd soveti tərəfindən verilmiş 2 noyabr 1967-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X20 xx.xx.1967-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Şabanova soyadı verilmişdir. Zaqatala rayonu Suvagil kənd soveti tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X25 ilə X22 nikah bağlamışlar. Zaqatala Rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, 23 iyul 1925-ci il tarixdə anadan olmuş X12 atası X16, anası X6r. Zaqatala rayonu Suvagil kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş X7 atası X19, anası X17r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, 1932-ci ildə Zaqatala rayonu Suvagil kəndində doğulduğu bildirilən X9 doğumu haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi atası-X9 X13 qardaşı olduğunu müəyyən edən doğum haqqında şəhadətnamənin təqdim edilməsi tələb edilmişdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 ailə tərkibində 1948-1950-illərdə İsmayıl Yunus oğlu və X20 var. xx.xx.2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, X24 ona məxsus olan evini, pay torpağını, fındıq bağını və öz adına olan bütün əmlakını X3 vəsiyyət etmişdir. Tətbiq edilən hüquq Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və s.) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların təsdiqi ilə müəyyən olundu ki, ərizəçinin atası - X19 xx.xx.1996-cı ildə, bibisi - X24 xx.xx.2009-cu ildə vəfat etmişlər. Bibisi X2 Sədrəddin Əhməd oğlu ilə ailə həyatı qurmuşdur. Sonuncu xx.xx.2007-ci ildə vəfat etmişdir. Onların övladları və ondan başqa vərəsələri yoxdur. Bibisi bütün əmlakını ərizəçiyə vəsiyyət etmişdir. Hal-hazırda ərizəçi X4nın və onun mərhum yoldaşı X5 miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Zaqatala rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onun atası X19 ilə X4nın arasında olan qohumluq münasibətlərini müəyyən etmək mümkün olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi həmin faktı başqa qaydada təsdiq edə bilmədiyindən və ərizədə qohumluq əlaqəsinin müəyyən edilməsinin hansı məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərildiyindən, Ərizəçi ərizəsi təmin edilməli, atası 27 noyabr 1996-cı il tarixdə vəfat etmiş X19 ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 qardaş-bacı olması faktı müəyyən edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə bildirir ki, Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi atası 27 noyabr 1996-cı il tarixdə vəfat etmiş X19 ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 qardaş-bacı olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-982/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-982/2025
28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver