Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-984/2025 08.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı və X5 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən, JN- 1183F kod 40206018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən, X6 və X1 mülkiyyətinə verilmiş 0,58 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, 300 manat ödənilmiş vəkil xidmət haqqının və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2007-ci il tarixdə ölmüş X6 İddiaçı anasıdır. Digər iddiaçı Kamil Xalbayev isə Yusifin qardaşıdır. X7 və İddiaçı birgə mülkiyyətində Danaçı kəndində yerləşən 0,58 ha torpaq sahəsi vardır. Həmin torpağa dair JN-1183F, KOD 40206018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq üzərində mərhum Məryəm Xalbayevaya məxsus olan ev zəlzələ zamanı dağılmışdır və dövlət tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Həmin evdə halhazırda iddiaçıların mərhum qardaşının arvadı Nəzakət Mehdiyeva yaşayır. İddiaçılar həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri müraciət əsasında ölçmə işləri aparmaq üçün getmişlər, lakin həmin torpaq sahəsi üzərində olan evdə yaşayan cavabdeh onlara ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, cavabdeh ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında verdiyi izahatlarında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə bildirmişlər ki, anası X6 və İddiaçı birgə mülkiyyətində Danaçı kəndində yerləşən 0,58 ha torpaq sahəsi vardır. Digər iddiaçı qardaşı X2r. Həmin torpağa dair JN- 1183F, KOD 40206018 saylı Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2021-ci il tarixdə şəhadətnamə verilmişdir. 23 noyabr 2007-ci il tarixdə X6 vəfat etmişdir. X7 və İddiaçı birgə mülkiyyətində Danaçı kəndində yerləşən 0,58 ha torpaq sahəsi üzərində mərhum Məryəm Xalbayevaya məxsus olan ev zəlzələ zamanı dağılmışdır və dövlət tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Həmin evdə hal-hazırda iddiaçıların mərhum qardaşının arvadı Nəzakət Mehdiyeva yaşayır. İddiaçılar həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri müraciət əsasında ölçmə işləri aparmaq üçün getmişlər, lakin həmin torpaq sahəsi üzərində olan evdə yaşayan cavabdeh onlara ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Cavabdeh onlara qarşı maneə yaradır, qərəzli hərəkətlər edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı X4 həmin torpaq sahəsinin mülkiyyətçisidir, digər iddiaçı isə həmin torpaq sahəsində payı olan X3 vərəsəsidir. Məhkəmə prosesi zamanı cavabdeh reyestrin nümayəndələri əraziyə getdikdə yenidən maneə yaratmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, haqsızlıqlar var. Ev onundur. Ölçməyə razı deyil. Deyirlər ki, çıxarış götürəndə onu qovacaqlar. Onun iki qızı var. Torpağın hamısını onlar istifadə edir. O, yalnız 0.15 sotdan istifadə edir. Ölçmə işlərinin aparılmasına mane olduğu doğrudur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN-1183F, KOD 40206018 nömrəli Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədən görünür ki, Zaqatala rayonu Danaçı kənd sakinləri X6, X1, İddiaçı mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 23 nömrəli qərarı ilə 0,58 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2022-ci il tarixdə Zaqatala RİHB-nın Danaçı kənd ƏİD-si tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixdə Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Danaçı kəndində doğulmuşdur. xx.xx.2010-cu il tarixdə Zaqatala RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Danaçı kəndində doğulmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 1ş evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0.58 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinin icrası ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı Zaqatala rayonu Danaçı kəndi ünvanında yerləşən torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq tərəflərindən inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun: 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,58 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı ilə X3 və X1 mülkiyyətinə verilmişdir. X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, xx.xx.1965-ci tarixli təvəllüdlü X4 bütün səlahiyyətlərini rəsmi qaydada qeyd etdirməklə Danaçı kəndi ünvanında qeydiyyatda olan İddiaçı vermişdir. İddiaçı və X4 mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,58 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahələri üzərində mübahisə olduğundan və inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmadığından həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən Zaqatala rayonu, Danaçı kəndində 0,58 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində mülkiyyətçinin müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq fərdi yaşayış evi ilə bağlı mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən məhz torpaq sahələrində və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına maneələrin kimin və ya kimlərin tərəfindən törədilməsi də müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında Cavabdeh ölçmə işlərinə maneə olduğunu etiraf etmişdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.58 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat, vəkil xidmət haqqı üçün ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-1183F KOD 40206018 nömrəli Şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 23 nömrəli qərarı ilə X3 və X1 mülkiyyətinə verilmiş Zaqatala rayonu Danaçı kəndində 0,58 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-984/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-984/2025
08.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver