Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-990/2023 18.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Mirzəyeva (Salmanova) Səlminaz Rüstəm qızının nümayəndəsi vəkil Nümayəndə Cavabdeh Yüzbaşiyeva Saydat Abdulla qızının iştirakları ilə İddiaçı qanuni nümayəndəsi Mirzəyeva (Salmanova) Səlminaz Rüstəm qızının cavabdehlər Yüzbaşiyeva Saydat Abdulla qızı və Yüzbaşiyev Elman Fəxrəddin oğluna qarşı “qərəzli hərəkətlərə son qoyulma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı qanuni nümayəndəsi Mirzəyeva (Salmanova) Səlminaz Rüstəm qızı cavabdehlər Yüzbaşiyeva Saydat Abdulla qızı və Yüzbaşiyev Elman Fəxrəddin oğluna qarşı “qərəzli hərəkətlərə son qoyulma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Yübaşıyev Elman Fəxrəddın oğlu və Yüzbaşıyeva Saydat Abdulla qızının, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdehlər Yübaşıyev Elman Fəxrəddın oğlu və Yüzbaşıyeva Saydat Abdulla qızının, zəbt etdikləri - İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Zaqatala rayonu, Qazangül qəsəbəsində 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Sonuncunun həmin torpaq sahələri üzərindəki hüquqları 12 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində İddiaçı məxsus tikintilər vardır. İş üzrə cavabdehlər Yübaşıyev Elman Fəxrəddın oğlu və Yüzbaşıyeva Saydat Abdulla qızı heç bir hüquqi əsas olmadan İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən qanunsuz olaraq istifadə edərək gəlir əldə edir, o cümlədən, iddiaçı və onun qanuni nümayəndəsinin həmin daşınmaz əmlaklardan istifadə və sahiblik etməyinə, həmin torpaq sahəsinə və tikililərə daxil olmağa qoymamaqla və torpaq sahələrindən iddiaçının razılığı olmadan öz istəyinə uyğun istifadə etməklə maneçilik yaradırlar. İş üzrə cavabdehlər Yübaşıyev Elman Fəxrəddın oğlu və Yüzbaşıyeva Saydat Abdulla qızından, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən istifadə və sahiblik etməsinə qarşı yaratdıqları maneənin aradan qaldırılması, cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları tələb edilməsinə baxmayaraq cavabdehlər bundan qərəzli olaraq imtina etmişdirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı qanuni nümayəndəsi Mirzəyeva (Salmanova) Səlminaz Rüstəm qızının nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yüzbaşiyeva Saydat Abdulla qızı məhkəmə iclasına ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul edir. O, və əri Elman Yüzbaşiyev iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən hazırda istifadə etmirlər. Həmin torpaq sahəsində ev tikilib onlar tərəfindən kirayəyə verilmişdir. Bu ilin yay aylarında həmin torpaq sahəsinin qapısının açarını iddiaçıya vermişlər. Onların torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi yanaşıdır. İddiaçı ilə hazırda aralarında mübahisə yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Yüzbaşiyev Elman Fəxrəddin oğlu 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbini qəbul edir və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Yüzbaşiyev Elman Fəxrəddin oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan qeydiyyat tarixi 12 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və AN 283766 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 219678 saylı 16 fevral 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2011-ci ildə doğulmuşdur. X1 və Qanuni nümayəndədır. Mülki işin materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 451954 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. Mülki işin materiallarında olan cavabdeh Yüzbaşiyeva Saydat Abdulla qızı tərəfindən 11 dekabr 2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, o və əri Yüzbaşiyev Elman Fəxərddin oğlu, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən hazırda istifadə etmirlər. İddia qaldırıldıqdan sonra həmin əmlaklardan istifadəni dayandırmışlar və bu səbəbdən də qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan cavabdeh Yüzbaşiyev Elman Fəxrəddin oğlu tərəfindən 18 dekabr 2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbini qəbul edir və qanuni qətnamə çıxarılmasını xahiş edir. Mülki işin materiallarında olan Yüzbaşiyeva Saydat Abdulla qızı tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edir, iddiaçıya məxsus torpaq sahəsindən çıxmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdeh tərəf iddianı qəbul edir. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Yüzbaşiyeva Saydat Abdulla qızı və Yüzbaşiyev Elman Fəxrəddin oğlunun qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və onun üzərində olan tikililərdən sonuncunun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. Cavabdehlər Yübaşıyev Elman Fəxrəddın oğlu və Yüzbaşıyeva Saydat Abdulla qızı zəbt etdikləri qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-990/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-990/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver