Məhkəmə qərarları › İş №e-2(034)-281/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-281/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-281/2023 18.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «xidmət müqaviləsi üzrə borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «xidmət müqaviləsi üzrə borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2014-cü il tarixli, 65 və 66 nömrəli xidmət müqavilələri üzrə yaranmış 9333 manat borc məbləğinin Cavabdeh tutularaq İdrak Liseyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixli 65 və 66 nömrəli xidmət müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin övladı X6 və X3 ümumtəhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris ili üçün hər şagirdə görə 5000 manat olmaqla, cəmi 10000 manat xidmət haqqı ödəməlidir. Cavabdeh övladları İbrahimli İsa və İbrahimova Zinət həmin müqavilələrə əsasən 2014-cü ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək İdrak liseyində təhsil almışlar. İddiaçı “İdrak liseyi” xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək hər şagirdə görə 3478 manat olmaqla, ümumilikdə 6956 (altı min doqquz yüz əlli altı) manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 5.1-ci maddəsinə görə xidmətlərin dəyəri Cavabdeh tərəfindən hər təhsil ili üçün dekabr ayının sonunadək tam miqdarda ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci maddəsinin (təhsil haqqını tam və vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Tərəflərindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən xəbərdarlıq məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. Cavabdeh tərəfindən 2019/2020-ci tədris ili üzrə hər şagird üçün borc məbləği 1350 manat, 2020/2021-ci tədris ili üzrə hər şagird üçün 2128 manat olmaqla, ümumilikdə iki müqaviləyə görə 2019/2020-ci tədris ili üzrə 2700 manat, 2020/2021-ci tədris ili ürə 4256 manat olmaqla cəmi 6956 manat təşkil edir. Ödənilməyən təhsil haqqı məbləğlərinə görə cəmi hesablanmış dəbbə pulu 5077 manat olmaqla, ümumilikdə cavabdehin Liseyə borcu 9333 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, gecikdirilmiş təhsil haqqı müqavilə ilə müəyyən olunmuş müddət ərzində ödənilmədikdə “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, həmin dövrdə təhsil haqqı 5000 manat olmuş, özəl məktəbdir. Təhsil haqqı indi daha artıqdır. Müqavilə var, əgər tərəf etiraz etmirsə müqavilə eyni olaraq qalır. Məktəbin pedoqoji şurasının idarə heyətinin qərarı ilə təhsil haqqı təyin olunur. Özəl məktəb olduğuna görə qanunidir.2019-2020-ci ildə tədris ilindən ödəniş axsamış, 1350 manat hər şagirdə görə olmuş və 2020-2021-ci ildək davam etmişdir. Şagird məktəbdən çıxmışdır. Ödənişlər 2020-2021-ci ilin tədris ilinə təsadüf edir. Uşaqlar 29 dekabr 2020-ci ildə liseydən çıxmışlar. Hər uşağa 2000 manat ödənilmişdir. Müqavilədə dəbbə pulu yazılmışdır, əsas borcu ödəsə kifayyət edir. Ödəniş olanda qəbzin bir surəti onlarda, bir nüsxəsi vətəndaşda qalır. 2019-cu ildə qismən, 2020-2021-ci ildə isə ödəniş edilməmişdir. Uşaqların oxuduğu illərin təhsil haqqı tələb olunur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, dərs keçirilmədiyi halda niyə ödəniş eməli idi. Sənədləri gətirməsi üçüın direktoru yerində tapa bilməmişdir. Təhsil Nazirliyinə şikayət yazacağını dedikdən sonra uşabın başqa məktəbə getməsinə imkan vermişlər. 2019-2020-ci ildə övladı 9-cu sinifdə oxumuş, 9 illik şəhadətnaməni isə almamışdır. “İdrak “Liseyinin rəhbəri Mövsüm müəllimi illədir tanıyır. Uşaqları 1-ci sinifdən 3-cü sinifə kimi Sumqayıt məktəbində oxumuşlar. 2014-cü ildən pandenemiya dövrünə qədər uşaqları İdrak Liseyində oxumuşlar. Hər zaman vaxtı-vaxtında uşaqların təhsil haqqını ödəmişdir. Pandenemiya vaxtı zoom proqramı çıxmış və uşaqlar təhsildən geri qalmışlar. Bütün məktəblərdə şagirdlərə güzəşt olunmuşdur. Bir dəfə Mövsüm müəllmin yanına getmiş, bildirmişdir ki, tədris xoşuna gəlmir, uşaqlarını məktəbdən çıxartmaq istəyir. Mövsüm müəllimdə arada olan hörmətə görə çıxarmağa imkan verməmişdir. Pandenemiya vaxtı Mövsüm müəllimə öz şikayətini bildirmişdir ki, zoom proqramına uşaqlar girə bilmir, çözüm etsinlər. Ödənişlərlə bağlı güzəşt edər deyə fikirləşmişdir. Mövsüm müəllim güzəşt edə bilməyəcəyini bildirmişdir. Güzəşt etməmişlər. O, da güzəşt olmadığı üçün uşaqlarını məktəbdən çıxarmasını bildirmişdir. Sənədləri götürəndə gecikdirmiş və verməmişlər. O, uşaqların sənədini verməsələr Təhsil Nazirliyinə şikayət edəcəyini bildirmişdir. Üstündən bir neçə il keçəndən sonra Litseyin hüquqşünası onu yığaraq borcunun olmasını bildirmişdir. O, borcunun olmamasını izah etmişdir. İlik hər uşağa 5500 manat ödəniş etmişdir. 5500 manatı iki-üç hissəyə bölüb ödəmişdir. Bir dəfə müqavilə bağlamışlar. 2020ci il tədris ili üçün nə qədər pul ödədiyi yadında deyildir.Onun borcu yoxdur. Ədalətsizliyə əsəbləşir. Növbəti aylara güzəşt et demiş, amma etməmişlər. Ödəniş etməsəydi, uşaqlarımın sənədlərini lisey ona verməzdir. O, uşaqlarını məktəbdən çıxardığı üçün onunla belə edirlər. O, ödəniş qəbzlərini saxlamamışdır. O, ödəniş etməsəydi Mövsüm müəllim uşaqlarını dərsə buraxmazdır. Gündə o liseydən bir uşaq çıxır. 2020-ci ilin ödənişini etmişdir. Məktəb başlıyanda ilk ödənişini edirlər. 2020-ci ilin ödənişini etmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X3 Təhsil Xidmətlərinin Göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, “Lisey” tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, İddiaçı məktəb liseyi ilə valideyin Cavabdeh arasında X6 Təhsil Xidmətlərinin Göstərilməsinə dair xx.xx.2014-cü il tarixli 65 nömrəli müqavilə bağlanmış, Lisey” tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 5000 manat müəyyən edilmişdir. İş materiallarında olan şagirdlərin yerdəyişməsi elektron xidməti barədə məlumatlardan görünür ki, X1 Liseyinin Bakı filialının 8 a1 sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 8 z sinfinə,X7 isə İdrak Liseyinin Bakı filialının 9 a sinfindən Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin 9 a sinfinə keçirilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qubadlı rayon Təhsil şöbəsi Calal Həşimov adına Mərdanlı kənd orta məktəbi tərəfinlən verilmiş 311-312 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X4 həqiqətən 2019-2020-ci tədris ilində Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəbin Vİİİ sinfində, X7 isə İX sinfindən oxumuşlar. İş materiallarında olan Qubadlı rayon C.Ə.Həşimov adına Mərdanlı kənd orta məktəb üzrə 509 saylı, xx.xx.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X4 (Vİİİ sinif), X7 (İX sinif) məktəbin şagirdləri sırasına qəbul edilmişlər. İş materiallarına əlavə edilmiş və İddiaçı tərəfindən verilmiş 13071-130-72 nömrəli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərindən görünür ki, X5 və X2 2019-2020 tədris ili üçün ayrı-ayrılıqda 2000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmaqdıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə chdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 445.8-ci maddəsinə görə, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 65 və 66 nömrəli xidmət müqavilələri bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin övladları olan X6 və X3 ümumtəhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris li üçün hər şagirdə görə 5000 manat olmaqla, cəmi 10000 manat xidmət haqqı ödəməlidir. Cavabdeh övladları İbrahimli İsa və İbrahimova Zinət həmin müqavilələrə əsasən 2014-cü ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək İdrak liseyində təhsil almış,2019-cu ilin təhsil haqqını qismən və 2020-2021-ci tədris ili üçün isə ödənişlər olmamışdır. İddiaçı “İdrak liseyi” xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək hər şagirdə görə 3478 manat olmaqla, ümumilikdə 6956 manat ödənilməmiş borc məbləği yaranmasını bildirmiş və borcun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, onun hər iki övladı 2014-cü ildən pandenemiya dövrünə qədər İdrak Liseyində oxumuş, hər zaman vaxtı-vaxtında uşaqların təhsil haqqını ödəmişdir. Sonradan liseydə edilən tədrisi bəyənməydi üçüın uşaqlarını çıxarmaq istəsə də, məktəbin direktoru buna icazə verməmiş, o, Təhsil Nazirliyinə şikayət edəcəyini bildirdikdən sonra uşaqlarının liseydən çıxarmasına icazə verilmişdir. Onun liseyə heç bir təhsil borcu yoxdur, hər il uşaqların təhsil xərci vaxtlı-vaxtında ödənilmişdir. 2019-2020-ci tədris ili üçün təhsil haqlarını tam ödəmişdir və 2020-2021-ci tədris ili üçündə ödənişlər etmişdir,qəbzlər də ona verilmişdir,lakin qəbzləri sahlamamışdır.Tədris ilinin əvvəlində təhsil haqqından ödəniş olmasa lisey uşaqları ümumiyyətlə dərsə buraxmır.2020-ci ildə məktəb başlananda ilk ödənişini etmişdir. Məhkəmə araşdırması zamanı dəfələrlə iddiaçı tərəfdən cavabdehin idiaçıya nə qədər borcunun olmasını təsdiq edən maliyyə sənədləri tələb olunmuş, lakin iddiaçı tərəf öz tələbini əsaslandığı fakt və hallara dair 4 qəbzdən başqa (yəni cavabdehin hər uşağa görə 2019-2020-ci tədris ili üçün ödənilmiş 2000 manat oktyabr ayında və 2000 manat dekabr ayında qəbzlər) heç bir möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “İdrak» Liseyinin Cavabdeh qarşı «xidmət müqaviləsi üzrə borc tələbinə dair» iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «xidmət müqaviləsi üzrə borc tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar