Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-33/2025 22.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı “Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 3701.71 manat əsas və ona hesablanmış 290.73 manat faiz borcu olmaqla, cəmi 3992.44 manat məbləğində pul vəsaitinin və 60 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BİRBANK CASHBACK DEBERT KART müqaviləsinə əsasən ona debet kartlar verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən hesab vasitəsilə əməliyatın növündən asılı olaraq Bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən müştərinin həyata keçirdiyi əməliyyatın məbləğinin bank tərəfindən müəyyən edilən faizi müştərinin Cashbank hesabına Cashback kimi mədaxil edilə bilər. Müştəri internet saytları (Umico) vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır.Bu zaman həmin əməliyyat üzrə Bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək faktiki ödəniş etmədiyi və mal almadığı halda 3701.71 manat cashback əldə etmişdir. Azərbaycan Respublikasının Mərkəzi X9 qərarı ilə xx.xx.2024-cü il tarixindən uçot dərəcəsi 7,25% miqdarında müəyən edilmişdir. Qeyd olunana əsasən hesab edirlər ki, cavabdehdən 3701,71 manat vəsaitlə yanaşı, həmin vəsaitlərə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən banka ödəniləcəyi günə qədər bank uçot dərəcəsi ilə 290,73 manat faizlərdə hesablanmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cari iddia tələbi üzrə hesablanmış faiz məbləği 290.73 manat kimi qeyd edilmiş, iddia tələbində həmin hissənin 200.5 manata qədər azaldılması mqəsədəuyğun hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 3701.71 manat vəsaitin və ona hesablanmış 200.5 manat faizlərin və dövlət rüsumu olaraq ödənilmiş 59 manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Umikodan alış-veriş edilmiş, sonra etdiyi alış-veriş iptal olunduğu üçün keşbekdən yığılan borcu cavabdehdən istəyirlər. Belə ki, «Kapital Bank” ASC ilə müştəri X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli X10 KART müqaviləsinə əsaəsn cavabdehə debet kartlar verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən hesab vasitəsilə aparılan əməliyyatın növündən asılı olaraq bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən müştərinin həyata keçirdiyi əməliyyatın məbləğinin bank tərəfindən müəyyən edilən faizi bank tərəfindən müştərinin Cashback hesabına Cashback kimi mədaxil edilə bilər. Müştəri internet saytları (Umico) vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-ci il– xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək (15 epizod) faktiki ödəniş etmədiyi və mal almadığı halda 3701.71 manat cashback əldə etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Burada əmlakın əldə edilməsi dedikdə eyni zamanda pul vəsaitinin əldə edilməsi də nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2-ci maddələrinə əsasən əmlak bütün əşyaların toplusudur, pullar isə əşyadır. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə əsassız varlanmışdır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh məxsus İddiaçı ASC-yə məxsus olan 5239-1517-3497-3863 və 4169-7420-6062-9140 nömrəli plastik kartlar vasitəsilə 2023-cü il tarixdə 122,884.03 manat məbləğində pul mədaxil və məxaric olunmuşdur. Cari iş üzrə cavabdeh Güləbatın Abbasova hüquq-mühafizə orqanına müraciət edərək, xx.xx.2024-cü il tarixdə Zəngilan Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında naməlum şəxs tərəfindən adına 3992.44 manat kredit rəsmiləşdirilməsini öyrənməsini bildirmişdir. Bundan başqa, cavabdeh hüquq mühafizə orqanlarına onun istifadəsində sonu 2960-la bilən plastik kartın olmadığını bildirmişdir. Qeyd edilənlər nəzərə alınaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)-1093/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə bankdan soni 3863 və 9140 olan plastik kartlar barədə məlumatlar istənilmişdir. Xüsusi olaraq qeyd edirlər ki, 5(008)-1093/2024 saylı qərarla bankdan istənilən məlumatlar bankın cavabdehə qarşı Zəngilan Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbindən tamamilə fərqlənir.e-2(034)-594/2024 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə etdikləri sübutlar arasında cavabdehlə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli X10 Kart müqaviləsi də var. Bundan başqa, cavabdehin hüquq mühafizə orqanlarına müraciət edərək, sonu 2960-la bitən plastik kartının olmadığını bildirdiyini öyrəndiklərindən sonra xx.xx.2024-cü il tarixdə elektron məhkəmə kabinetinə cavabdehin həmin kartı təhvil almasını sübut edən məxaric orderini əlavə etmişlər. Sadalananları rəhbər tutaraq, cavabdehin plastik kartdan məlumatsız olmasına dair qeyd etdiklərinin həqiqətə uyğun olmadığını bildirirlər. Cavabdehin şikayəti əsasında hüquq mühafizə orqanında gedən icraatda tamamilə fərqli kartlar üzrə fərqli məsələlər araşdırılır. Bankın iddia ərizəsi isə məhz sonu 2960 olan plastik kartla aparılmış əməliyyatlarla bağlıdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 3701.71 manat vəsaitin və ona hesablanmış 290.73 manat faizlərin, cəmi 3992.44 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 60 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra izahatında bildirmişdir ki, onlar iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cari iddia tələbi üzrə hesablanmış faiz məbləği 290.73 manat kimi qeyd edilmiş, iddia tələbində həmin hissənin 200.5 manata qədər azaldılması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh X1 3701.71 manat vəsaitin, ona hesablanmış 200.5 manat faizlərin və dövlət rüsumu olaraq ödənilmiş 59 manat pulun tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, heç bir yerdən pul götürməmişdir. Bu işlə bağlı polisə müraciət etmiş, lakin işlə bağlı polisdə heç bir araşdırılma aparılmamışdır. Sonda cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BİRBANK CASHBACK DEBERT KART müqaviləsinə əsasən ona debet kartlar verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus 4169******2960 nömrəli BİRBANK CASHBACK PLUS kart vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövr müddətində 105558.93 manat məbləğində vəsait dövr üzrə məxaric, 95359.9 manat məbləğində vəsait dövr üzrə mədaxil olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göndərilən xx.xx.2024-cü il tarixli, 3-36-3/2-3001/2024 nömrəli məktubdan görünür ki, Azərbayacan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, 27,6, 68 ünvanında faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-1093/2024 nömrəli qərardan aydın olur ki, Cavabdeh məxsus İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 5239 1517 3497 3863 və 4169 7420 6062 9140 nömrəli plastik kartları vasitəsilə 2023-cü il tarixdə 122884.03 manat məbləğində pulun mədaxil və məxaric olunmasına, çıxarılıb naməlum nömrəli karta köçürülən pulun bankın hər hansısa bankomatından və ya hansısa bankomatından və ya hansısa bankomatından və ya hansısa terminaldan əməliyyat aparılacaq çıxarılıb-çıxarılmamasına, əgər çıxarılmışdırsa, əməliyyatın hansı ərazidən icra edilməsi, həmin əməliyyatın nömrəsi, kimə məxsus olması ilə bağlı, həmçinin digər məlumatların qeydə alınmış foto və videogörüntülərin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürülməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-49/2-24 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixində 12 PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünün xəbəri olmadan adına açılmış özünə məxsus İddiaçı tərəfindən verilmiş 5239-1517-3497-3863 və 4169-7420-6062-9140 nömrəli kartlarından Umicoda alış-veriş edilmiş xx.xx.2024-cü il tarixində HK 1/5132 nömrəli materialın araşdırılması Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunmuşdur. Yaranmış araşdırma zərurəti ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti hesab barədə bank hesabatlarının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatların ələ keçirilməsi üçün Sabunçu rayon Məhkəməsinin hakimi Nigar İmanovanın xx.xx.2024-ü il 5(008)- 1093/2024 saylı qərarı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş və bununla bağlı zəruri istintaq hərəkətləri davam etdirilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Eyni Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BİRBANK CASHBACK DEBERT KART müqaviləsinə əsasən ona debet kartlar verilmiş, cavabdeh internet saytları (Umico) vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmiş, lakin daha sonra həmin məhsulun alışından imtina edərək istifadə etdiyi vəsaiti geri qaytarmış, bu zaman həmin əməliyyat üzrə bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı olduğu halda, texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamış, cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək (15 epizod) faktiki ödəniş etmədiyi və mal almadığı halda 3701.71 manat cashback əldə etmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus 4169******2960 nömrəli BİRBANK CASHBACK PLUS kart vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövr müddətində 105558.93 manat məbləğində vəsait dövr üzrə məxaric, 95359.9 manat məbləğində vəsait dövr üzrə mədaxil olunmuşdur. Hazırda cavabdehin banka 3701.71 manat və ona hesablanmış 200.5 manat faiz borcu var, iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh heç bir yerdən pul götürmədiyini, kiminsə onu adına pul rəsmiləşdirilməsini və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsini, lakin işlə bağlı heç bir araşdırma aparılmamasını bildirmişdir. Yəni, cavabdeh banka məxus olan vəsaiti geri qaytarmamaqla banka məxsus olan pul vəsaitindən heç bir müqavilə və ya əsas olmadan sui-istifadə etməklə əsassız olaraq varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh X2 3701.71 manat əsas, 200.5 manat faiz borcu olmaqla, cəmi 3902.21 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 3701.71 manat əsas, 200.5 manat faiz borcu olmaqla, cəmi 3902.21 manat məbləğində borc və ödənilmiş 59 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-33/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-33/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver