Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-330/2023 30.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanmaya dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanmaya dair” kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat pul vəsaitinin və ona illik 5%-lə hesablanmış 90,86 manat əldən çıxamış faydanın, həmçinin, 35.45 manat dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlər araşdırılarkən məlum olmuşdur ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırma aparılması zəruriəti yarandığından iş № 2(034)-330/2023 nömrəli mülki iş üzrə materiallar Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 28.1.2022 tarixində nağdsız ödəniş əməliyyatları icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1453,73 ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edirlər ki, iddia ərizələri tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, bankın tələb etdiyi məbləğin banka heç bir adiyyətinin olmamasını həmin məbləğin anasının əməliyyat olunması üçün "xxxx" Şirkəti tətəfindən ona məxsus olan və "xxxx" tərfindən verilmiş plakstik karta köçürülmüş pul olmasını, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviənin isə onun müraciəti əsasında bank tərfindən verilmiş plakstik kartla bağlı müqavilə olmasını, plastik kart bank tərəfindən ona veriləndən kartın içərisində heç bir məbləğin olmamasını, verilən kartı bir ay işlətdikdən sonra bank tərəfindən bloklanmasını, iki ilə yaxındır ki, həmin plastik kartdan istifadə etməməsini, özünün şəhid ailəsi olmasını, himayəsində iki azyaşlı uşaqlarının və xəstə anasının olmasını, heç bir yerdə işləməməsini bildirərək, məhkəmədən bankın iddiasının əsassız hesab edilməsini və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli BBUM4602364A121 nömrəli Birkart, Umicodebet (kredit) müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli BBUM4602364A121 nömrəli Birkart, Umicodebet (kredit) müqaviləsi bağlanmış və cavabdehə istifadə üçün bank tərəfindən plastik kart verilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş, cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 28.1.2022-ci il tarixində nağdsız ödəniş əməliyyatları icra etmiş, nəticədə Cavabdeh banka cəmi 1453,73 ziyan vurmuş, bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilmədiyindən cavabdehdən bankın xeyrinə həmin borcun tutulması ilə bağlı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, lakin iddiaçı tərəfindən təqdim olunmuş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi üçün əlavə araşdırma aparılmasından ötrü mülki iş üzrə materiallar məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına kecirilmişdir. Həm məhkəmə hazırlıq iclaslarında, həm də məhkəmə baxışı iclaslarında işin mahiyyəti üzrə baxılması və həll olunması üçün zəruri olan sənədlər bank tərəfindən dəfələrlə tələb olunsa da, sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etmiş ərizəsində qeyd etdiklərinə əsasən, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində tələb etdiyi məbləğin banka heç bir adiyyətinin olmamamasını, həmin məbləğin anasının əməliyyat olunması üçün "xxxx" Şirkəti tətəfindən ona məxsus olan və "xxxx"ASC-də açılmış plakstik kart hesabına köçürülmüş pul vəsaiti olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanmaya dair» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanmaya dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-330/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-330/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver