Məhkəmə qərarları › İş №e-2(034)-340/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-340/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-340/2025 25.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 qarşı «pulun və qızıl-zinət əşyalarının mərhuma məxsus olması» faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 qarşı «pulun və qızıl-zinət əşyalarının mərhuma məxsus olması» faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, maraqlı şəxsin kassasına təhvil verilmiş maddi sübut qismində tanınmış 32.800 manat məbləğində pulun, ümumilikdə 3588 manat dəyərində qızıl-zinət əşyalarının mərhum X2 məxsus olması faktının muəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin əsillərinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 qarşı «pulun və qızıl-zinət əşyalarının mərhuma məxsus olması» faktının müəyyən edilməsi tələbinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarlımalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 qarşı «pulun və qızıl-zinət əşyalarının mərhuma məxsus olması» faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar