Məhkəmə qərarları › İş №e-2(034)-52/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-52/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-52/2025 17.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarma tələbinə dair» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə el adəti ilə toy edərək ailə qurmuş, rəsmi nikahları xx.xx.2003-cü il tarixində Zəngilan rayonu VVADQ şöbəsində 177 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2003-cü ildə Məryəm və xx.xx.2006-cı ildə Cəlal adlı ikin övladları olmuşdur. Cavbdehlə əvvəllər mehriban yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsinə görə münasibətləri pozulmuş, hazırda ayrı yaşayırlar. Aralarında bağlanmış nikah cavabdehin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1963/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Hər iki övladları yetkinlik yaşına çatmışdır. Hazırda oğlu Cəlal hərbi xidmətdədir, qızı Məryəm isə onunla birlikdə yaşayır. Yaşadıqları ərazidə dövlət tərəfindən aparılan quruculuq işləri ilə bağlı əvvəllər yaşadıqları ev plana düşdüyü üçün xx.xx.2017-ci il tarixdə əri Cavabdeh Cəlal oğlu ilə podratçı şirkət Maraqlı şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ailəsinin əvvəllər yaşadığı ünvan 2 ünvanında yerləşən özlərinin inşa etdiyi 4 otaqlı, ümumi sahəsi 105.76 kv.m olan sənədsiz tikili təhlükəli olduğu üçün tikinti şirkəti tərəfindən sökülərək, yerinə inşa ediləcək binada ailəsinə yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni evləri tikilib təhvil verilənədək ailəsinin müvəqqəti yaşaması üçün tikinti şirkəti tərəfindən hər ay 450 manat məbləğində kirayə haqqı vermiş, onlar həmin pulla yaxınlıqda ev tutaraq bir ailə kimi kirayədə yaşamışlar. Yeni mənzilləri xx.xx.2022-ci il tarixdə inşa edilərək təhvil verilmişdir. Həmin gündən onlar bir ailə kimi yeni mənzildə yaşamışlar. Onlara məxsus bəzi əşyalar da həmin mənzildədir. Hazırda cavabdeh yeni mənzili öz şəxsi mülkiyyəti olaraq öz adına rəsmiləşdirmək və sataraq şəxsi məqsədləri üçün istifadə etmək niyyətinə görə onları yeni mənzilinə buraxmaq istəmir, elə bu səbəbə görə ondan boşanmışdır. Cavabdeh daima spirtli içki qəbul etdiyinə görə müxtəlif bəhanələr gətirməklə, evdə dava-dalaş salmış, oun pis vərdişləri səbəbindən onunla yaşamaq çətin olmuşdur. Ona görə də o, qızı Məryəmlə birlikdə qonşuluqda kirayədə yaşamalı olmuşlar. Özü fərdi əməklə məşğul olur, maddi vəziyyəti elə də yaxşı deyil, kirayə qaldığı evin pulunu ödəməkdə çətinlik çəkir. Ona görə də övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanda yerləşən “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.37 kv.m oln 3 otaqlı, 118 saylı mənzilə köçürülmək və mənzildən istifadə hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin məhkəmədən kənar həll olunmasından ötrü mediasiya təşkilatına müraciət etsə də, bunun bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh məhkəmə qərarı olmadan onları mənzilə buraxmayacaqdır. Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarma tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdehə 21600 manat məbləğində kompensasiya ödənilməsi və bunun müqabilində cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Belə ki, o, xanımla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahdan iki övladları var. Uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar. Onun xanımla ailə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan mənzil məsələsinə görə ailə münasibətləri pozulmuş və aralarında olan rəsmi nikah artıq məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Mübahisəli mənzil ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzildir. Cavabdehin köçüb yaşamaq istədiyi ev sökülməzdən əvvəl atası Cəlal kişinin adına olmuş, həmin ev ata mülkü olduğu üçün qardaş və bacıları evdən onun xeyrinə imtina etmiş və mülk ona qalmışdır. Həmin ev rəhmətlik atasına işlədiyi yer üzrə mənzil kommunal istismar sahəsi tərəfindən verilmişdir. Mübahisəli evə nə o, nədəki xanım tərəfindən hər-hansı bir ödəniş edilməmişdir. O, hal-hazırda mübahisələndirilən evdə tək yaşayır və evi 3 ilə yaxındır ki, əldə etmişdir. Ev ona valideynlərindən qalmışdır. Əvvəlki yaşadıqları ata evi 105 kvadrat olmaqla, 3 otaqdan ibarət olmuşdur. Məcburi köçkün kimi onlar gələndə jek tərəfindən atasına ev veriləndə atası heç bir ödəniş etməmişdir. Sonradan həmin ev sökülmüş və yerinə 120 kvadrat olan ev verilmişdir. O, evi 2022-ci ildə təhvil almış, elə həmin vaxtdan orada yaşayır. Cavabdeh ona qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin idarə etməsində olan ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində 118 saylı mənzilin bərabər bölünərək, hər birinin payına düşən ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edir ki, cavabdehin iddiası əsassızdır. Belə ki, ev onun ata mülkü olmuş və atasından ona qalmışdır. Onlar həmin mənzildə cavabdehlə birlikdə yaşamışlar. Cavabdeh özü çıxıb getmiş, o, heç vaxt cavabdehi evdən qovmamışdır. Məhkəmə qətnaməsi ilə cavabdehin həmin evə köçməsi onun üçün çox ağır nəticələrə səbəb ola bilər. Belə ki, cavabdehin həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşdıracaqdır. Buna görə də cavabdehin mənzildən çıxarılması üçün ona 21600 manat məbləğində birdəfəlik kompensasiya ödənişi təklif edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, 300.000 manatlıq evə 21.600 manat kompensasiya absurddur. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə el adəti ilə toy edərək ailə qurmuş, nikahları rəsmi olaraq xx.xx.2003-cü il tarixdə Zəngilan rayon VVADQ şöbəsində 177 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından tərəflərin xx.xx.2003-cü ildə Məryəm və xx.xx.2006-cı ildə Calal adlı iki övladları olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsinə görə münsibətləri pozulmuş, hazırda ayrı yaşayırlar. Tərəflər arasında bağlanmış nikah cavabdehin iddası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1963/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin hər iki övladları yetkinlik yaşına çatmış, oğlanları Calal hərbi xidmətdədir, qızları Məryəm isə iddiaçı ilə birlikdə yaşayır. Tərəflərin yaşadıqları ərazidə dövlət tərəfindən aparılan quruculuq-abadlıq işləri ilə bağlı əvvəllər yaşadıqları ev plana düşdüyü üçün xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə podratçı şirkət Maraqlı şəxs1 MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ailənin əvvəllər yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi,ev 35 ünvanda yerləşən tərəflərin inşa etdiyi 4 otaqlı, ümumi sahəsi 105.76 kv.m olan sənədsiz tikili təhlükəli olduğu üçün tikinti şirkəti tərəfidən sökülərək, yerində inşa ediləcək binada ailəyə yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni evləri tikilib təhvil verilənədək ailənin müvəqqəti yaşaması üçün tikinti şirkəti tərəfindən hər ay 450 AZN məbləğində kirayə haqqı vermiş, həmin pulla yaxınlıqda ev tutaraq bir ailə kimi kirayədə yaşamışlar. Yeni mənzilləri xx.xx.2022-ci il tarixdə inşa edilərək təhvil verilmişdir. Həmin gündən iddiaçı bir ailə kimi yeni mənzildə yaşamış, onlara məxsus bəzi əşyalar da həmin mənzildədir. Hazırda cavabdeh yeni mənzili öz şəxsi mülkiyyəti olaraq öz adına rəsmiləşdirmək və sataraq şəxsi məqsədləri üçün istifadə etmək niyyətində olduğuna görə iddiaçını yeni mənzillərinə buraxmaq istəmir. Elə bu səbəbə görə iddiaçıdan boşanmışdır. Cavabdeh daima spirtli içki qəbul etdiyinə görə müxtəlif bəhanələr gətirməklə, evdə dava-dalaş salmış, onun bu pis vərdişləri səbəbindən onunla yaşamaq çətin olmuşdur. Ona görə də iddiaçı qızı Məryəmlə birlikdə qonşuluqda kirayədə yaşamalı olmuşdur. İddiaçı fərdi əməklə məşğul olur, maddi vəziyyəti elə də yaxşı deyil, kirayə qaldığı evin pulunu ödəməkdə çətinlik çəkir. Ona görə də övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri ünvan 6 ünvanda yerləşən “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,37 kv.m olan 3 otaqlı, 118 saylı (yeni nömrə ilə 6) mənzilə köçürülmək və mənzildən itifadə hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər mübahisənin məhkəmədən kənar həll olunmasından ötrü mediasiya təşkilatına müraciət etsədər də bunun bir müsbət nəticəsi olmamışdır. Hesab edirlər ki, cavabdeh məhkəmə qərarı olmadan iddiaçını mənzilə buraxmayacaqdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddiaçının ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120,37 kv.m olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, onun vəkili X5, həmçinin üçüncü şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh tərəfin ıə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin vəkili X5 əvvəlki məhkəmə iclasında onlar tərəfindən verilmiş qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil ünvan 1 ünvandakı “B” binasının 2ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzildir. İddiaçının köçüb yaşamaq istədiyi ev sökülməzdən əvvəl Cavabdeh atası Calal kişinin adına olmuşdur. Odur ki, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehə 21.600 manat məbləğində kompensasiya ödənilməsi və bunun müqabilində cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və Maraqlı şəxs1 tərəfindən verilmiş 551/24 nömrəli, xx.xx.2024-cü il tarixi məktubun məzmunundan aydın olur ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə notarial bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh məxsus olmuş, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, 35 saylı evin söküntüsü əvəzi olaraq Maraqlı şəxs1 yeni tikili olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 10, 6-cı mərtəbə, 6 saylı mənzili xx.xx.2022-ci il tarixli, 67 saylı aktla Cavabdeh təqdim etmişdir. İş materiallarında olan Cavabdeh Cəlal oğlu ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsindən görünür ki, “ARCHİCO’ MMC ünvan 7 ünvanında yerlədən, yaşayış uçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata seçirərək, həmin binada qeydiyyatsız olaraq yaşayan X2 adına olan ünvan 8 ünvanında yerləşən, yaşayış uçun təhlükəli vəziyyətdə, umunu sahəsi 105.76 kv/m olan 4 (dörd) otaqlı mənzilin əvəzinə 13,8% artıq, B2 blokunun 6-ct mərtəbəsində, təmirlı 3 (üç) otaqlı ümumi tikinti sahəsi 120.37 kv.m. olan 135 nömrəli mənzili "Mulkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 may 2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ilə «Archico” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 ünvanda yerləşən söküntü üçün tam hazır, məişət avadanlıqları və cihazları götürülmüş, ev əşyaları tam boşlamış mənzili «Archico” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarına təhvil verilmişdi. İş materiallarında əlavə edilmiş xx.xx.2022-ci il tarixli 67 nömrəli təhvil-təslim aktından görünür ki, «Archico” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli mülkiyyət haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 10 mülkiyyətçi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan və 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 4-45 nömrəli, xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, 35 saylı evin 7 saylı mənzilində məskunlaşmış, həmin mənzildə həyat yoldaşı X10 qeydiyyatsız, qızı X6 və oğlu X8 yaşamışlar. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01085 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ünvanındakı B binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən, 118 nömrəli mənzildə yaşayır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən verilmiş 173 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olmuş, Nəsimi rayonu, B.Bağırova 35 ünvanında müvəqqəti qeydiyyatda olmuş, ailə üzvləri olan xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 və xx.xx.2004-cü ildə vəfat etmiş atası X7 yuxarıda gösərilən ünvanda xx.xx.1995-ci il tarixdən «049830” karta qeydiyyat nömrəsi ilə məcburi koçkün kimi qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilə kimi qüvvədə olmuş) 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunda nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, onların bu nikahdan 2003-cü il təvəllüdlü və 2006-cı il təvəllüdlü iki övladları doğulmuşdur. Tərəflər əvvəllər mehriban ailə münasibətəlrində yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsi onların ailə münasibətlərinin pozulmasına səbəb olmuş və cavabdehin iddiası əsasında tərəflər arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1963/2024 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Tərəflərin əvvəl yaşadıqları ünvan 10 ünvanda yerləşən ev plana düşdüyündən Cavabdeh ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən evin şirkət tərəfindən sökülməsi və yerinə inşa ediləcək binada tərəflərin yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuş və mənzil şirkət tərəfindən inşa edildikdən sonra xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehlə bir evdə yaşamaq mümkün olmadığından qızı ilə birlikdə evdən çıxaraq kirayədə yaşamalı olmuş, lakin maddi vəziyyəti pis olduğundan və kirayə haqqının ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyindən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanda olan “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.37 kv.m oln 3 otaqlı, 118 saylı mənzilə övladları ilə köçüb yaşamaq istəmiş, amma cavabdeh evin onun mülkiyyətində olmasını əsas gətirərək onları mənzilə buraxmamışdır. Bu səbəbdən iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda olan “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.37 kv.m oln 3 otaqlı, 118 saylı mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Belə olan halda məhkəmə hesasb edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli və İddiaçı ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə istifadə hüquqları tanınmalı və iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçürülməlidir. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 21600 manat məbləğində təklif olunan kompensasiya ilə iddiaçı razılaşmayaraq evə köçürülməsini tələb etdiyindən Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarma tələbinə dair» qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli və İddiaçı ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə istifadə hüquqları tanınmalı və iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 238, 252, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə istifadə hüquqları tanınsın və İddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçürülsün. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar