Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-614/2023 20.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məməmdbağır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcla əlaqədar pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcla əlaqədar pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 349.83 manat borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00175 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 349.83 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 349.83 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 349.83 manat elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. "xxxx" ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, "xxxx" ASC-nin iddası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********00175 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 349.83 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisiniin haqqı olan 349.83 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 349.83 manat elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 349.83 manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Borcun yaranma səbəbi ödənişin lazımı qaydada edilməməsidir. 2016-cu ilə kimi olan borclar silinmiş,2019-cu ildən güzəşt yoxdur. Sayğac qoyulmuş və cavabdehə artıq limitin olmaması bildirilmişdir. Borc abonent kodunda olur, sayğacda borc olmur. Sayğac dəyişilə bilər, amma borc abonent kodunda qalır. Cavabdeh 2019-cu ildə 158 manat ödəməli olduğu halda, amma 50 manat ödəmişdir. Sayğac 10 fevral 2017-ci ildə qoyulmuş, 2019-cu ildən isə limit yoxdur. İddia verilən cari günə kimi cavabdehin 830 manat borcu qalmışdır. Ödəniş olduğuna görə borc məbləği dəyişə bilər. 400 manatı məhkəmə icra üsulu ilə alırlar. 2017-ci ilə qədər borcu tələb olunmayan borclar qrafasında qalacaqdır. 400 manat tələb olunmayan borcdır. Abonentin 211.14 manat civarında xx.xx.2016-cı ilə aid olan borcu da var ki, həmin borclar tələb olunmayan borca aiddir.Sadəcə həmin borclar silinsə də sistemdə qalır.Buna görə də həmin borcları tələb etmirlər. Onlar bu gün 2019-cu ildə yaranan borcu tələb edirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatıda bildirmişdir ki, işıqla bağlı onlara limit qoyulmuş, sonradan gəlib sayğac quraşdırmışlar. Sayğacda olan borcu ödəməyə razıdır. O, işlətdiyi işığın pulunu ödəmişdir. Sayğacda qeyd olunan borcu ödəməyə razıdır. Sayğacın onlara dəqiq qoyulduğu tarixi bilmir. Sonuncu işlətdiyi işığın sərfiyyatı 10 manat olmuş, ödənişini də etmişdir. Onlara sayğacı qoyanda borc olmayacaq demişlər, lakin sonradan borc yaranmışdır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 566309 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh yaşadığı Xırdalan şəhəri, Tağıyev küçəsi M-0062 ünvanına **********00175 olan abonent kodu ilə Hm-95 hesablaşma elektrik sayğacı quraşdırılmışdır. İş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, Cavabdeh **********00175 abonet kodu üzrə 2019-cü il tarixdə 158.34 manat ödəməli olduğu halda 50 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərəfindən Cavabdeh 890,32 manat məbləğində borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilsmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddiaçı tərəfindən cavabdehin yaşadığı ünvana elektrik enerjisinin verilməsi ilə bağlı abonent kodu **********00175 olan Hm-95 hesablaşma elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh elektrik enerjisindən istifadə etmiş, lakin brrcunu vaxtında ödəmədiyindən onun 349.83 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin borcu cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə iddiaçı tərəfindən hesasblanmış borcla razı olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehdən Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 349.83 manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 349.83 manat məbləğində borc və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-614/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-614/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver