Məhkəmə qərarları › İş №e-2(034)-654/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-654/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-654/2024 24.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları X1, X2 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzili tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olan yaşayış mənzilini müvəqqəti istifadə etmək üçün cavabdehlərə versə də, cavabdehlər razılaşdıqları müddətdə mənzildən çıxmaq istəmədikləri üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları belə olmadan yaşamaqla onun mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirilməsinə mane olmuşlar. Cavabdehlər mənzilində yaşamaqla mülkiyyət hüquqlarını lazimi şəkildə həyata keçirməyinə maneçilik törədərək bu hüquqlarından tam istifadə etmək imkanını məhudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ev cavabdehə iddiaçı tərəfindən yaşamaq üçün verilmiş, iddiaçı cavabdehləri evdən çıxartmaq istəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzili tam mülkiyyət hüququ əsasında hüquqlarını müdafiə etdiyi şəxsə məxsusdur. Hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan yaşayış mənzilini müvəqqəti istifadə etmək üçün cavabdehlərə versə də, cavabdehlər razılaşdıqları müddətdə mənzildən çıxmaq istəmədikləri üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdehlər hüquqlarını müdafiə etdiyi şəxsin xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları belə olmadan yaşamaqla onun mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirilməsinə mane olurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmazın əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları X1, X2 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını və məhkəmədən iddialarının təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 mənzil xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinn tələbinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Eyni Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda həmin mənzilin mülkiyyətçisi İddiaçıdur. İddiaçı mülkiyyətində olan yaşayış mənzilini müvəqqəti istifadə etmək üçün cavabdehlərə vermiş, cavabdehlər razılaşdıqları müddətdə iddiaçıya məxsus olan mənzildən çıxmalı olduqları halda, buna əməl etməmiş və mənzildə yaşamaqla davam etmişlər. İddiaçı dəfələrlə cavabdehlərə ona məxsus olan mənzildən çıxmalalarını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları olmadan yaşamağa davam etmələri iddiaçının mənzilə bağlı sahiblik, istifadə və sərəncam hüquqlarını tamamilə məhdudlaşdırmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş arayışdan görünür ki, iddiaçı sözügedən mənzildə 2004-cü ildən qeydiyyatdadır və onlan başqa həmin mənzildə qeydiyyatda olan şəxs yoxdur. Bu da onu göstərir ki, iddiaçının özünə məxsus olan mənzildən cavabdehlərin çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X1 və X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X1 və X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 27 saylı binanın 13 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar