Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-678/2022 06.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 96.15 manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli e-2(034)-227/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindək 151 manat və xx.xx.2021-ci il tarixinədək 200 manat, xx.xx.2021-ci il tarixinədək 100 manat, xx.xx.2021ci il tarixinədək 100 manat və xx.xx.2022-ci il tarixinədək 90 manat məbləğİndəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 96.15 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 96.15 manat məbləğində xidmət haqqı ödəmişdir. «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014 -cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyəti Cəmiyyəti ilə «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli hüqüqi xidmət haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyəti Cəmiyyəti ilə «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən imzalamış xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktların surətlərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)- 227/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 492,52 manat əsas, 55,01 manat faiz, 50,96 manat cərimə, xərclər və komissiyalara üzrə 2,00 manat, 8,20 manat poçt xərcləri olmaqla, cəmi 608,69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Mülki işin materialları nəzərdən keçirilərkən məlum olmuşdur ki, «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında xx.xx.2014 -cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış və həmin müqavilədə vəkil/hüquqi xidmət ilə bağlı bəndi nəzərdə tutulduğundan iddiaçı «X3 Azərbaycan» QSC hüquq yardımın göstərilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyəti Cəmiyyəti müraciət etmiş, tərəflər arasında xx.xx.2021-ci il tarixli hüqüqi xidmət haqqında müqavilə bağlanmış, "xxxx" Məhdud Məsuliyəti Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı tərəfindən 96.15 manat məbləğində xidmət haqqı ödənilmiş və iddiaçı həmin xidmət haqqını cavabdehdən tutulmasını xahiş edir. «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə hüquqi xidmətin ödənilməsi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından bu tələb qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tututlması tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-678/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-678/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver