Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-831/2025 04.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum akt qeydinin bərpa edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum akt qeydinin bərpa edilməsi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X1 və atası X2 birgə nikahda olmuş (dini kəbin əsasında) və həmin nikahdan xx.xx.1990-cı il tarixində o, Əliyev X3 rayonu, Qarağöz kəndində anadan olmuşdur. Doğum aktına dair məlumatlar xx.xx.1990-cı il tarixində Ördəkli İcra Nümayəndəliyində 27 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Bu fakt AZ-İİİ № 040614 seriyalı doğum şəhadətnaməsində özəksini tapmışdır. Şəxsiyyət vəsiqəsində atası X5raq oğlu qeyd edilmişdir. Zərurət yarandığından (mənburi köçkünlük məsələsi ilə bağlı atasının hərbi bileti və şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətini əldə etməyə dair doğum haqqında qeyd məlumatları sistemdə çıxmadığı üçün ) atalığın müəyyən edilməsi haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə gələn xx.xx.2025-ci il tarixli cavab məktubunda maraqlı tərəf şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ona dair atalığı müəyyən etmək haqqında aktın qeydi aşkar olunmadığını bildirilmişdir. Həmçinin qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, bunun üçün aşkar olunmayan atalığı müəyyən etmək haqqında aktın qeydi bərpa olunmalı və bunun üçün məhkəməyə müraciət edilməlidir. Odur ki, doğum akt qeydimin bərpa edilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə məhkməyə müraciət edərək, mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum akt qeydinin bərpa edilməsi tələbinə dair» mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum akt qeydinin bərpa edilməsi tələbinə dair» mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-831/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-831/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver