Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-96/2024 19.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında onlara 4 nəfərdən ibarət ailə tərkibi nəzərə almaqla ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni massiv, bina 20-də yerləşən 2 otaqlı, 21 saylı mənzilə uşaqları ilə birlikdə onun yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi şərti ilə köçürülməklərini təmin etmək məqsədi ilə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir müddət faktiki ailə münasibətlərində olduqdan sonra nikahlarını xx.xx.2009-cu il tarixli akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü övladları-X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 dünyaya gəlmişlər. Cavabdeh məcburi köçkün statusu ilə əvvəllər qeydiyyatda olduğu mənzildə digər ailə üzvləri ilə birgə darısqallıq səbəbilə birlikdə yaşamaq mümkün olmadığından müəyyən vaxt kirayədə yaşasalar da, sonradan, yəni 2014-cü ilin iyul ayından Azarbaycan Respublikası Qaçqınların və X6 üzrə Mənzil İstismar Departamentinin Xüsusi Təyinatlı yaşayış sahəsinin Kirayə müqaviləsi əsasında onlara 4 nəfərdən ibarət ailə tərkibini nəzərə almaqla Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Yeni massiv, bina 20-də yerləşən, 21 nömrəli 2 otaqlı mənzil verilmişdir. Qeyd edilən mənzildə yaşadıqları müddət ərzində cavabdehin xırda məişət məsələlərini bəhanə edərək mütəmadi şəkildə ailə münaqişəsinə səbəb olan nalayiq hərəkətləri artıq dözülməz həddə çatdığından o, uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6-da yerləşən valideynlərinə məxsus 311 saylı mənzilə sığınaraq yaşamaq məcburiyyətində qalmış və aralarında olan nikahın ləğv edilməsi ilə bağlı Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(034)-15/2022 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmiş, uşaqlar onun yanında qalmaqla alimentin sabit pul məbləğində təyin edilməsi qət edilmişdir. Hal-hazırda valideynlərinə məxsus mənzildə uşaqları ilə birlikdə məcburiyyət qarşısında qalaraq müvəqqəti məskunlaşdıqlarına baxmayaraq, gələcəkdə onun və uşaqlarının məişət, sosial-iqtisadi, həmçinin mənəvi- psixoloji ehtiyaclarının təmin olunması üçün xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ayrılmış Müşfiqabad qəsəbəsi, Yeni massiv, bina 20, mənzil 21 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin cavabdehlə aralarında olaıı ailə münasibətlərinə son qoyulmaqla nikahlarının ləğv edilməsi birgə ailə təsərrüfatının idarə edilməsi və mənzildən ümumi qaydada istifadənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Məlum olduğu kimi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçi və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən ümumi istifadə qaydası müəyyən edilmişdir. Lakin, nikahlarının pozulması və uşaqların onun himayəsində qalması barədə məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən artıq cavabdehlə birgə ailə təsərrüfatında olmadığını əsas tutaraq yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi yolu ilə uşaqları ilə birlikdə mənzilə köçürmə hüquqları məhkəmə qaydasında təmin edilməlidir. Belə ki, 2 otaqdan ibarət mənzilin bir otağı onunla uşaqlarının istifadəsinə verilməsi, mətbəx və sanitar qovşaqdan qarşılıqlı şəkildə maneə yaratmadan növbəlilik qaydasında istifadə edilməsi cavabdehin münaqişəyə səbəb ola bilən hərəkətlərə cəhd etməsinin qadağan olunması şərti ilə mənzildən istifadə qaydası müəyyənləşdirilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsində əvvəlcədən eyni saata təyin edilmiş işdə iştirak etməli olduğu üçün hazırkı işə onun iştiakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, işə Qaradağ Rayon Məhkəməsində baxılmış və iş aidiyyətlə bağlı Zəngilan Rayon Məhkəməsinə göndərilmiş, işin uzanmaması üçün qərardaddan şikayət etməmişlər. Tələb mülkiyyət hüququ ilə deyil, sırf evə köçürülmə ilə bağlıdır. İddiaçıya ev Qaçqınkom tərəfindən müvəqqəti yaşamaq üçün verilmişdir. Mənzillə bağlı müqavilə var və məhkəməyə təqdim etmişlər. Tərəflər arasında olan nikah isə Zəngilan Rayon Məhkəməsində pozulmuşdur. Hal-hazırda evdə cavabdeh öz valideyinləri ilə yaşayır. İddiaçı cavabdeh X8 ilə bir müddət ailə münasibətlərində olduqdan sonra nikahlarını xx.xx.2009-cu ildə qeyd edərək rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci ildə X7 və xx.xx.2007-ci ildə X2 anadan olmuşdur. Cavabdehin məcburi köçkün statusu ilə əvvəllər qeydiyyatda olduğu mənzildə digər ailə üzvləri ilə birgə darısqallıq səbəbi ilə birlikdə yaşamaq mümkün olmadığından müəyyən vaxt kirayə yaşasalar da, sonradan 2014-cü ilin iyul ayından Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında 4 nəfərdən ibarət ailə tərkibi nəzərə alınmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni massiv, bina 20-də yerləşən 21 nömrəli 2 otaqlı mənzil verilmişdir. Cavabdehin xırda məişət məsələlərini bəhanə edərək mütəmadi şəkildə ailə münaqişəsinə səbəb olan hərəkətləri artıq dözülməz həddə çatdığından iddiaçı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6-da yerləşən valideyinlərinə məxsus 311 saylı mənzilə slğınaraq yaşamaq məcburiyyətində qalmışlar. Tərəflərin müraciəti əsasında Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-15/2022 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Belə ki, 2 otaqdan ibarət mənzilin bir otağının iddiaçı ilə uşaqlarının istifadəsinə verilməsi, mətbəx və sanitar qovşaqdan qarşılıqlı şəkildə maneə yaratmadan növbəlik qaydasında istifadə edilməsi cavabdehin münaqişəyə səbəb ola bilən hərəkətlərə cəhd etməsinin qadağan olunması şərti ilə mənzildən istifadə qaydası müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında 4 nəfərdən ibarət ailə tərkibini nəzərə almaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ,Yeni massiv, bina 20-də yerləşən 21 nömrəli 2 otaqlı mənzilə iddiaçının uşaqları ilə birlikdə yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi şərti ilə köçürülməsini təmin etmək məqsədi ilə qətnamə qəbul etmələrini xahiş edir. Evin planı onlarda yoxdur, hal-hazırda həmin evdə cavabdeh yaşayır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki,iş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 20/21 nömrəli xx.xx.2014-cü il tarixli kirayə müqavilənin surətindən götürür ki, Azərbyacan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Deapartamenti ilə Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 20 nömrəli evdə 21 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verilmiş, kirayəçinin ailə üzvləri isə-yoldaşı X9, övladları-X2 və X5r. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallaırna əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)- 15/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları X4 himayəsində saxlanılmaları, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunmasına təminat verilən hüquqlardan biri də, mənzil toxunulmazlığı hüququdur. (Azərbaycan Respublikası Konstitusiyasının 33,60 mad.) Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sırasına daxildir və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (MM-nin 158.1.,158.1.2., 158.4.-cü mad.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir: Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən,xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən,məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-cı maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. (Mənzil Məcəlləsinin 68.1;68.2;68.3;68.4 ) Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 adlı övladları doğulmuşdur.Tərəflər Zəngilan rayonundan məcburi köçkün olduqları üçün onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbyacan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında xüsusi təyinatlı yaşayış sahəsinə dair 20/21 nömrəli, xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 20 nömrəli evdə 21 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid 2 otaqlı yaşayış sahəsinin Cavabdeh və onun ailə üzvləri olan həyat yoldaşı X9, iki uşaqlarıxx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə müvəqqəti yaşamaları üçün kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Mənzil yaşayış sahəsi 33.20 kv/m, mətbəx 8.50 kv/m, hamam 3,24 kv\m, dəhliz 13.16 kv/m, eyvan 6,70 kv/m olan 2 otaqdan ibarət olmaqla ümumi hahəsi 61.73 kv/mdir. Mənzil tərəflərə birgə yaşadıqları dövrdə dövlət tərəfindən müvəqqəti yaşamaları üçün verilmiş mənzildir və iddiaçı mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamışdır. Aralarında yaranmış mübahisələr nəticəsində, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxmağa məcbur olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6-da yerləşən valideynlərinə məxsus 311 saylı mənzilə sığınaraq yaşayırlar.Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iki otaqlı mənzildə tək yaşamaqla iddiaçıya uşaqları ilə birlikdə həmin mübahisəli mənzildən sərbəst istifadə və sahiblik etmək hüquqlarına maneələr yaratmış, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən və qanunvericiliyin yuxarıda qeyd olunan müddealarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlı olduğundan iddia tələbi təmin edilməli, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 20 nömrəli evin 21 nömrəli mənzilin bir otağına köçürülməli, evin yardımçı sahələri (hamam, tualet,sanuzellər və s.) evdə yaşayan şəxslərin ümumi istifadəsində olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 238, 252, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni massiv, bina 20, 21 saylı mənzilin yardımçı sahələri (hamam, tualet, sanuzellər və s.) evdə yaşayan şəxslərin ümumi istifadəsində olmaqla, bir otağına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-96/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-96/2024
19.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver