Məhkəmə qərarları › İş №e-2(035)-355/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-355/2024

19.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-355/2024 19.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı “cavabdehin adına yazılmış maliyyə arayışının və mənzilin orderinin ləğv edilməsi və ya həmin mənzil üçün onun tərəfindən ödənilmiş 110000 manat pulun, hüquqi yardım alması üçün ödədiyi 150 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 400 manatın alınıb ona verilməsi tələbinə” dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilinə İddiaçı adına tərtib olunmuş, "xxxx" MTK üzvülərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarışın və xx.xx.2014cü il tarixli Forma 2 arayışının ehtibarsız hesab edilməsinə, Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə İddiaçı, X5 və X1 adlarına olan mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsinə və Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə onun mülkiyyət hüququnun qeydə alınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 19 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin adına yazılmış maliyyə arayışının və mənazilinin orderinin ləğv edilməsi və ya həmin mənzil üçün onun tərəfindən ödənilmiş 110000 manat pulun, hüquqi yardım alması üçün ödədiyi 150 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 400 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilinə İddiaçı adına tərtib olunmuş, "xxxx" MTK üzvülərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarışın və xx.xx.2014cü il tarixli Forma 2 arayışının ehtibarsız hesab edilməsinə, Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə İddiaçı, X5 və X1 adlarına olan mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsinə və Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə onun mülkiyyət hüququnun qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi -Vəkil1 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X4 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənilmiş 400 manat dövlət rüsumu tam olaraq ilkin İddiaçı qaytarılmalıdır. Həmçinin iddia ərizəsi geri qaytarıldığından xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumuda tam olaraq qarşılıqlı iddiaçı Cavabdeh qaytarılmalıdır. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlkin İddiaçı Cavabdeh qarşıcavabdehin adına yazılmış maliyyə arayışının və mənazil orderinin ləğv edilməsi və ya həmin mənzil üçün onun tərəfindən ödənilmiş 110000 manat pulun, hüquqi nyardım alması üçün ödədiyi 150 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 400 manat, alınıb ona verilməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilinə İddiaçı adına tərtib olunmuş, "xxxx" MTK üzvülərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarışın və xx.xx.2014cü il tarixli Forma 2 arayışının ehtibarsız hesab edilməsinə, Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə İddiaçı, X5 və X1 adlarına olan mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsinə və Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 137 saylı mənzilə onun mülkiyyət hüququnun qeydə alınmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli nömrəli qəbzə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənilmiş 400 manat dövlət rüsumu tam olaraq ilkin İddiaçı qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli nömrəli qəbzə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu tam olaraq qarşılıqlı iddiaçı Cavabdeh qaytarılsın. Tərəflər iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar