Məhkəmə qərarları › İş №e-2(035)-655/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-655/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-655/2025 15.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə 15 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin etibarnamə ilə nümayəndəsi X3 14 iyul 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, həmçinin işə baxılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçının hesabına geri ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, məhkəməyə verilmiş iddia ərizəsi geri qaytarılmalı, xx.xx.2025-ci il tarixdə **********32 nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia İddiaçı MMC tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********32) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası X4 Maliyyə idarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar