Məhkəmə qərarları › İş №e-2(035)-798/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-798/2024

29.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-798/2024 29.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh x qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maneənin aradan qaldırılması tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh x sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh x qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Çallı kəndində yerləşən cavabdeh Çallı Bələdiyyəsi tərəfindən ona 50 il müddətinə icarəyə verilmiş 27,2 ha torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və icarəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 27,2 ha, 28,7 ha və 24,7 ha hissələrinin ona təhvil verilməsini və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsinin 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi ilə onun istifadəsinə ayrılması qərara alınmış və bələdiyyə ilə aralarında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsini 50 il müddətinə onun icarəsinə verilmişdir. Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə və xx.xx.2000-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün iddiaçının X8 icarəsinə 86,0 ha torpaq sahəsi verilmişdir. X10 tərəfindən etibarnamə üzrə ona həmin torpaq sahəsi üzərində icarə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələr verilmişdir. Mövcud icarə müqavilələri ilə icarəçilərə verilmiş torpaq sahələri verilən gündən bu günədək 50 ha torpaq sahəsindən 27,2 ha onun icarəsinə verilməsi, 86 ha torpaq sahəsindən X8 icarəsində olan 261743 qeydiyyat nömrəli, 28,7 ha və AN 397642 saylı dövlət qeydiyyatı olan 24,7 ha torpaq sahəsi bu günə kimi onların istifadələrinə verilməmişdir. Bununla əlaqədar onlar tərəfəfindən Çallı Bələdiyyəsinə rəsmi və şifahi qaydada müraciətlər etsələr də, cavabdeh tərəfindən bu vaxta kimi torpaq sahəsinin onlara verilməsini təmin etməmiş və üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsinin 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi ilə onun istifadəsinə ayrılması qərara alınmış və bələdiyyə ilə aralarında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə onun icarəsinə verilmişdir. Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə, 50 il müddətinə əkinçiliyin inkişafı üçün X8 icarəsinə 86,0 ha torpaq sahəsinin verilməsinə dair icarə müqaviləsi bağlamışlar. X10 tərəfindən etibarnamə üzrə ona həmin torpaq sahəsi üzərində icarə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələr verilmişdir. Mövcud icarə müqavilələri ilə icarəçiyə verilmiş torpaq sahələri verilən gündən bu günədək, 27.2 ha ona, 28.7 ha və 24.7 ha X8 icarəsinə verilmişdir. Bugünədək 86,0 ha torpaq sahələri Çallı Bələdiyyəsi tərəfindən təhvil verilməsi təmin olunmamışdır. X8 icarəsində olan 261743 qeydiyyat nömrəli, 28,7 ha və AN 397642 saylı dövlət qeydiyyatı olan 24,7 ha torpaq sahəsi bu günə kimi onların istifadəsinə verilməmişdir. Bununla əlaqədar onlar tərəfəfindən Çallı Bələdiyyəsinə rəsmi qaydada və dəfələrlə şifahi qaydada müraciət etsələr də, Çallı Bələdiyyəsi bu vaxta kimi torpaq sahəsini onların istifadəsinə verilməsini təmin etməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq, icarə müqaviləsinin bağlanmasından 17 il keçməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə rəsmi və şifahi müraciətlərə baxmayaraq bugünədək bir nəticə əldə olunmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zərdab rayon Çallı Bələdiyyəsinin sədri X2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Zərdab rayonu Çallı kəndi ərazisində Çallı kənd bələdiyyəsinin mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. Bələdiyyənin xx.xx.2000ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsindən 50.0 hektarının 50 il müddətinə hazırkı İddiaçı istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə, 50 il müddətinə əkinçiliyin inkişafı üçün iddiaçının X8 icarəsinə isə 86,0 ha torpaq sahəsinin verilməsinə dair icarə müqaviləsi bağlamışlar. Onun tərəfindən iddiaçının və iddiaçının X8 icarəsində olan torpaq sahəsinə heç-bir maneə yoxdur. İddianın təmin olunmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan x bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İşdə olan Zərdab rayonu Çallı bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinəİddiaçı icarəsinə verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-736/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair apelyasiya şikayəti üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6078/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair kassasiya şikayəti təmin olunmamış və apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci bəndinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 241.1-ci maddəsinə görə Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tərbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan RespublikasıKonvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” və “əmlak” anlayışıkifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. “X5rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquqAvropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiəsi təsirinə düşür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun: 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o, halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Çallı kəndi ərazisində yerləşən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsi 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq hələdə cavabdeh tərəfindən icarə müqaviləsi üzrə iddiaçıya məxsus torpaq sahəsi qaytarılmamışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6078/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən onun tərəfindən iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair kassasiya şikayəti verilmiş, lakin, kassasiya şikayəti təmin olunmamışdır. Bu barədə, artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Hazırda onun tərəfindən iddiaçının icarəsində olan 50 ha torpaq sahəsindən istifadəsinə hər hansı maneə yaradılmamışdır. Məhkəmə iddiaçının iddia tələbində iddiaçının X8 icarəsinə verilmiş torpaq sahəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X10 tərəfindən etibarnamə üzrə həmin torpaq sahəsi üzərində icarə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələr verilməsini qeyd etsədə, lakin, iddiaçı iddia ərizəsində X10u iddiaçı kimi göstərməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə və xx.xx.2000ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün iddiaçının X8 icarəsinə verilmiş 86,0 ha torpaq sahəsinə dair iddianın tələb etmək üçün subyektiv hüququ olmadığı üçün həmin hissədə iddia tələbi rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. cavbdehin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına əsasən, xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsinin 27.2 ha hissəsində cavabdeh Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən İddiaçı qarşı törənən maneə aradan qaldırılsın və torpaq sahəsi İddiaçı qaytarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar