Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-1097/2025 28.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Ərizəçilər Ərizəçi və X2 İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsin ölmüş elan edilməsi” barədə mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X2 İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və “Elektron Məhkəmə Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, iddia ərizəsində ərizəçi qismində Ərizəçi və X4 göstərilsə də, iddia ərizəsi yalnız ərizəçi X4 tərəfindən məxsus biznes sertifikatlı elektron imza ilə imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və “Elektron Məhkəmə Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, iddia ərizəsində ərizəçi qismində X4 oğlu göstərilsə də, iddia ərizəsi (VÖEN**********) məxsus biznes sertifikatlı elektron imza ilə imzalanmışdır. Halbuki, hazırki ərizə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı üçün biznes sertifikatlı elektron imza bilməz. Həmçinin, Ərizəçi və X4 tərəfindən iddia tələbi məhkəməyə müraciət edilsə də, iddia ərizəsi yalnız X3 məxsus (VÖEN **********) biznes sertifikatlı elektron imza ilə imza edilmişdir. Ərizəçi tərəfində imza edilməmişdir. Həmçinin, iddia ərizəsi X4 tərəfindən imza edilsə də, Ərizəçi adından yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizəin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. - 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi geri qaytarılmalı və İddiaçılarya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi və X2 İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılarya izah olunsun ki, o, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1097/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-1097/2025
28.02.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver