Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-152/2023 05.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı1 MMC-nin nüayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi tələbi barədə ” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «ROOT-TRADE” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddizərərin əvəzi olaraq Cavabdeh 26.235 (iyirmialtı min iki yüz otuz beş) manat pulun tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nüayəndəsi İddiaçı2 iddia tələbi onunla əsaslandırdı ki, Cavabdeh ilə İddiaçı1 MMC arasında bağlanmış 05 may 2020-ci il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən, o, Cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə “Cəmiyyət” arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “Malların təsərrüfatdaxili yerdəyişməsi” haqqında qaimə fakturalarına əsasən Cavabdeh satmaq məqsədilə İddiaçı1 MMC-dən 256 kisə Ammofos, 39 kisə “azot rus”, 18 kisə “azot gürcü” və 3 kisə “Karbamid” təhvil almış, həmin məhsulların satılaraq əldə olunacağı gəlirdən 26235 AZN məbləği və yaxud satılmadığı halda, məhsulun satılmayan hissəsini geri qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən başlayaraq İddiaçı1 MMC-yə satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamağı, ziyankarlığa qarşımübarizə aparmağı, o cümlədən onun üzündən müəssisəyə dəyən zərərin miqdarını ödəməyi öhdəsinə götürmüşdür. “Malların təsərrüfatdaxili yerdəyişməsi” haqqında qaimə fakturalarına əsasən Cavabdeh İddiaçı1 MMC-dən 256 kisə Ammofos, 39 kisə “azot rus”, 18 kisə “azot gürcü” və 3 kisə “Karbamid” təhvil almış. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı1 MMC-dən təhvil aldığı məhsulların satılaraq əldə olunacağı gəlirdən 26235 AZN məbləğini və və məhsulu Cəmiyyətə geri qaytarmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 26235 (iyirmi altı min iki yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı1 MMC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 26235 (iyirmi altı min iki yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №e-2(036)-152/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-152/2023
05.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver