Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1622/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə 627.65 manat borc, 83.69 manat əldən çıxmış fayda və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30.00 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İddiaçı ASC-nin 416974******6408 nömrəli Ödəniş kartı üzrə çıxarışına əsasən xx.xx.2020-xx.xx.2023 dövrü müddətində Cavabdeh verilmiş VSDC Elektron kartın mövcud balansı -627,65 manat olmuşdur. İşdən görünür ki, Cavabdeh İddiaçı ASC-nin 416974******6408 nömrəli Ödəniş kartı ilə xx.xx.2020-xx.xx.2023 dövrü müddətində aparılan əməliyyatlar üzrə 627,65 manat əldə etmiş və qaytarmamışdır. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 627.65 manat əsas borc,83,69 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 627.65 ( altı yüz iyirmi yeddi manat, altmış beş qəpik ) manat əsas borc, 83,69 (səksən üç manat altmış doqquz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1622/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1622/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver