Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1794/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 MMC-ə qarşı “torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 MMC-ə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 və digərlərinin İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 və digərlərinin İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yasayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İmişli regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən alınmış 8İ-5295 nömrəli xx.xx.2023-cü iı tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2nə məxsus İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 137 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola və xx.xx.2023-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Qanundan da göründüyü kimi cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 və digərləri yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. İddiaçının nümayəndəsi məhkəmənin elektron kabinetinə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü tarixli ipоtеkа predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqаvilədən görünür ki, iddiaçı İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 137 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən 14025 manat ödəməklə almışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixdən xüsusi mülkiyyətindədir. İşdə оlаn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən İmişli regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 təklif edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - AZ1095, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti / VÖEN:********** tələbi ilə ipoteka qoyan - AZ3024, İmişli rayonu, Qaralar kəndi ünvanında yerləşən Cavabdeh2 / VÖEN:**********, İmişli rayonu, Qaralar kəndi ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE********, xx.xx.2016 - İmişli; FİN: xxxxxxx; d/t: xx.xx.1965) məxsus ipoteka predmeti olan İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 18019-0217/586454KLM müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13253.11 AZN əsas borc, 358.93 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 13612.04 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X6 bildirir ki, əri Cavabdeh1 məxsus olan İmişli rayonu, Qaralar kəndi ünvanında, mülkiyyətində olan 0,336 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 122,4 kv.m, fərdi yaşayış evi "xxxx" ASC-dən götürülən kreditin (qarantiyanın) təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir, ipoteka müqaviləsinin şərtləri ifə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İmişli rayon Qaralar kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X1 rayonu qaralar kəndi ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 137 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan görünür ki, "xxxx" ASC İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0,336 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 122,4 kv.m, fərdi yaşayış evini 14025 manat almışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən alınmış 8İ-5295 nömrəli xx.xx.2023-cü iı tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2nə məxsus İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 137 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola və xx.xx.2023-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cu maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən, borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldildiyindən və açıq hərracda iddiaçının özünə satıdldığından və İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdehlərin iddiaçının ailə üzvü olmadığında və ya onlar arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından iddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 və digərlərinin İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yasayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı və yasayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndi ünvanında olan 0.336 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 122.4 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın və yasayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1794/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1794/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver