Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1939/2024 05.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlildir. Hərəkət qabiliyyətində problem olduğu üçün özünə avtomaşın almaq istəmiş və “Turbo.az” saytında avtomaşın axtarmağa başlamış, nəticədə “Opel Zafira” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb onun sahibi ilə əlaqə saxlamış və həmin vaxt ona özünü maşının sahibi kimi təqdim etmişdir. Cavabdeh maşını almaq üçün İmişli rayonuna gəlməli olduğunu bildirmişdir. O, xx.xx.2021-ci ildə həmin şəxslə İmişli rayon Notariat ofisinin qarşısında görüşmüş və cavabdeh onu əmin etmişdir ki, maşının heç bir problemi yoxdur və son qiymət olaraq maşını ona 6200 (altı min iki yüz) manata sata bilər. O, maşını bəyənərək İmişli rayon “Asan Xidmət” Mərkəzinin qarşısında cavabdehə 6200 (altı min iki yüz) manat məbləğində pulu sayaraq vermiş və cavabdeh də onun adına etibarnamə vermişdir. O, maşını Bakı şəhərinə gətirmiş və maşında olan bəzi nasazlıqları aradan qaldırdıqdan sonra maşını adına rəsmiləşdirmək məqsədi ilə Sumqayıt şəhər DYPİ-nin Qeydiyyat şöbəsinə getmiş, orada maşını müayinə etdirdikdən sonra ona bildirilmişdir ki, maşının üstündə olan ban nömrəsi ilə maşının texniki pasportunda olan ban nömrə uyğun gəlmir, bundan başqa texniki pasportda məhərrik nömrəsiz yazılsa da mühərrikin üstündə nömrə yazılmışdır. Bu uyğunsuzluq səbəbindən o, maşını adına rəsmiləşdirə bilməmiş və cavabdehə zəng vuraraq bu barədə bildirməklə ondan verdiyi pulu qaytarmasını istəmiş, lakin cavabdeh maşını sahibindən bu qaydada aldığını ona demiş və o, maşını adına rəsmiləşdirmək ücün müvafiq orqanlara müraciət etmiş və ona bildirilmişdir ki, hec bir halda maşının adına rəsmiləşdirilməsi mümkün deyildir. Cavabdeh özü də verdiyi izahatlarında həmin maşına görə ondan 6200 (altı min iki yüz) manat aldığını etiraf etmişdir. Göründüyü kimi cavabdehin təqsiri üzündən ona ziyan dəymiş, pulu əlindən çıxmış və 2021-ci ildən o, maşını ondan almağına baxmayaraq maşını idarə edə bilməmiş, əksinə ziyana düşmüşdür. Belə ki, maşında problemlər olduğu ücün həmin problemlərin aradan qaldırılmasına 800 manat xərc çəkmiş, buna görə də cavabdehdən 7000 (yeddi min) manat məbləğində pulunu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, “Opel Zafira” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Turbo.az” saytında satmaq məqsədi ilə yerləşdirmişdir. İddiaçı sayıt vasitəsi ilə ona müraciət etmiş və həmin maşını ondan 6200 (altı min iki yüz) manata razılaşaraq ona satmışdır. Sonrdan iddiaçı maşının ban nömərlərində səhvlik olduğunu, buna görə də adına keçirə bilmədiyni demişdir. O da maşını başqa adamdan etibarnamə ilə almışdır. Maşın da hər hansı problemin olması ona məlum olmamışdır. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 063383 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür; İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun 2-2-443/3-047076/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 39.1.2-ci mddəsi ilə 18 mart 2023-cü il tarixdə xitam verilməsi haqqında qərar qəbul edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Sumqayıt Şəhər Prokurorluğuna ünvanlanmış 2-2-050/3-043636/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı aldığı avtomobili öz adına sənədləşdirə bilməməsi, bununla bağlı müraciətlərinə baxılmaması barədə müraciəti baxılması və qanuna müvafiq tədbir görülməsi üçün sizə göndərilir; İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 3-13-16/2-C-54878 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı "OPEL ZAFİRA" markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. Bir daha bildirilir ki, qeyd olunan "OPEL ZAFİRA" markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ban nömrəsinin “W0L0TGF75Y2264044” və mühərrik nömrəsiz göstərildiyi halda nəqliyyat vasitəsinin üzərində “W0LÜTGF75Y2Ö58559” ban nömrəsinin və “16X11021D3704” mühərrik nömrəsinin aşkar edilməsi səbəbindən xahişi müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər; İş materiallarında olan AD 916917 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "OPEL ZAFİRA" markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (İl 2000, Tip: Universal, Mühərrik: W0L0TGF75Y2264044) X1 mülkiyyətindədir; İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-niıı 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş, Cavabdeh təqsirləndirilən şəxs qismində iştirakına və barəsində seçilmiş qətimkan tədbirinə xitam verilmiş, qərarın surəti maraqlı tərəflərə məlumat verilməklə onlara prokurora, yuxarı prokurora və məhkəməyə şikayət hetmək hüquqlarının olması izah edilmiş və cinayət işi saxlanılması məqsədi ilə Azərbaycan Respublikası DİN-in arxivinə verilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir; İş materiallarında olan 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 107 saylı arayışından görünür ki, İddiaçı göz xəstəxanasında Füzuli rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır və yaşayır; İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ seriyalı 072890 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən "OPEL ZAFİRA" markalı **-GX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində hüquqları İddiaçı etibar edilmişdir; Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə Cavabdeh əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Belə ki, Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərar ilə sübut olunur ki, Cavabdeh X2 məxsus etibarnamə ilə idarə etdiyi ban və mühərrik nömrələrinin düzgün olmayan Opel Zafıra” markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobili İmişli rayonunda İddiaçı 6200 manata sataraq ona etibarnamə vermişdir. Sonradan iddiaç avtomobili öz adına dövlər qeydiyyatına aldırmaq istə də, ban və mühərrik nömrələrinin düzgün olması səbəbindən bunu edə bilməmişdir. Bu İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 3-13-16/2-C-54878 saylı xx.xx.2024cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Opel Zafıra” markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobil qarşılığında İddiaçı 6200 manat alması faktının cavabdeh özü də məhkəmə iclasında təsdiq etmişdir. Bu fakt həmçinin iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarı ilə də sübut olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunmuş 6200 (altı min iki yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı etiraf olunmayan əmlakların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf “Opel Zafıra” markalı **-GX-*** dövlət nömrə nişanlı avtomaşını təmir etdirdiyini, hazırda da cavabdeh tərəfindən ödənilmədiyini bildirsə də, həmin “Opel Zafıra” markalı **-GX-*** dövlət nömrə nişanlı avtomaşını təmir etdirməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin evdə olan iddiaçıya məxsus 800 (səkkiz yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, sübut etmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 6200 (altı min iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...... 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, 82 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6200 (altı min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 82 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1939/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1939/2024
05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver