Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-32/2024 09.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq mübahisələrinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli şəhəri, H.Əliyev prospekti 124 ünvanında yerləşən ona məxsus həyətyani torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını qeyd etməklə və torpağın plan ölçüsünün rəsmi qaydada yerində ölçməklə həmin nöqtələrin ona və Cavabdeh göstərilməklə ona plan ölçü sənədlərinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması və hasarın çəkilməsində Cavabdeh 3 metr yol saxlamaqla hasar çəkməyimə maneçilik etdiyinə görə bu işlə bağlı gələcəkdə ekspertiza təyin olunarsa ekspert xərclərinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qonşusu Cavabdeh Yunus oğlunun mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında və torpaq sahəsinin planı və ölçüsü sənədində Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsinin H.Əliyev prospektinə çıxış verilməklə 3 metr enində, 34,72 metr uzununda, 15.09 enində onunla sərhədləri və döngə nöqtələri qeyd olunmuşdur. Həmin torpaq sahəsi JN 695 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X3 xüsusi mülkiyyətində olan 0.09 ha olan həyətyani torpaq sahəsindən ayrılmışdır. N 695 saylı torpaq sahəsinin döngə nöqtələrinə əsasən isə H.Əliyev prospektinə olan çıxış 19.4 metr, bundan 3 metr çıxdıqda 16.4 metr onun mülkiyyətində qalmalıdır. Həmin 16.4 metrdən və Cavabdeh Yunus oğluna çıxarış üzrə döngə nöqtələrini pozmamaq şərti ilə hasar çəkmək istədikdə cavabdeh buna imkan verməmişdir. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmiş və yerin onun hesabına ölçülməsi və döngə nöqtələrinin qoyulub plan ölçü sənədinin verilməsi və qonşusu Cavabdehla onun torpaqdakı sərhədlərini göstərsin. Lakin Cavabdeh həmin nümayəndəyə kobudluq göstərərək ona ölçmək üçün şərait yaratmamışdır. Hazırda cavabdehlə aralarında hasar yoxdur. Onun mülkiyyətində olan həyət açıqda qalıb.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh Yunus oğlunun İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)-158/2009 saylı qərardadına əsasən müəyyən edilmiş torpaq sahəsindən çıxarılması, zəbt etdiyi torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışa əsasən **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.055 ha torpaq sahəsi iddiaçı X6 xüsusi mülkiyyətinə verilmişdir.
5. İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)-158/2009 saylı qərardadının surətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X2 mülkiyyətinə verilməsi barədə barışıq sazişi təsdiq edilmişdir.
6. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 mart 2022-ci il tarixli, 10/1136 nömrəli rəyinə əsasən İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)-158/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X1 mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsi JN-695A saylı torpağa mülkiyyət hüququna daiş şəhadətnamə ilə X3 xüsusi mülkiyyətinə verilmiş 0.09 ha olan həyətyanı torpaq sahəsindən ayrılmışdır. (X4 0.035 ha, X7 0.055 ha). X4 0.035 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata aldırmamışdır. Həmin torpaq sahəsi Sabirabad rayon DƏDRX-nin xx.xx.2008-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, İmişli 1 saylı DNK xx.xx.2008-ci il tarixli 4-Ə1-111 nömrəli bağışlanma müqaviləsi əsasında X8 tərəfindən həyat yoldaşına bağışlanılmışdır. Qeyd olunan torpaq sahəsi MN ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X5 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir.
7. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli Çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsi iddiaçı Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir.
8. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2501/2022 saylı qətnaməsinə əsasən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Göründüyü kimi həm iddiaçının, həm də cavabdehin mülkiyyətində olan torpaq sahələri qanuni əsaslarla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır və torpaq sahələri bir-biri ilə həmsərhəddir. Lakin, iddiaçı qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə müdaxilə edildiyi, torpaq sahəsini hasarlamaqda cavabdehin ona mane olduğu və nəticədə onun mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi iddia edilir. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, əksinə iddiaçı onun mülkiyyətinə qarşı qanuna zidd hərəkətlər edir, mübahisə məhkəmə qaydasında həll edilmədən, əsası olmayan mövqe tutaraq, onun vəsaiti hesabına çəkilmiş hasarı sökməklə ona maddi ziyan vurur və öz mülkiyyətində tikinti işləri aparmasına mane olur.
11. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün X6 xüsusi mülkiyyətinə verilmiş 0.055 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə e- 2(036)-1100/2023 saylı qərardad qəbul etmişdir.
12. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və tərtib olunmuş mütəxəssis rəyinin verilməsi üçün məhkəməyə tərtib olunmuş smeta və hesab vərəqi təqdim olunmuşdur.
13. Təqdim olunmuş smeta üzrə 95 manat məbləğində mütəxəssis xərclərinin ödənilməsi barədə İddiaçı bildiriş gömdərilmiş, lakin iddiaçı mütəxəssis xərclərini ödəməkdən imtina etmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası ilə bağlı rəyin alınması mümkün olmamışdır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
14. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz edərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
24. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
25. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
35. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
36. Belə ki, iş naterialları ilə müəyyən olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışa əsasən **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.055 ha torpaq sahəsi iddiaçı X6 xüsusi mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli Çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsi iddiaçı Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)- 158/2009 saylı qərardadının surətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb X2 mülkiyyətinə verilməsi barədə barışıq sazişi təsdiq edilmişdir. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 mart 2022-ci il tarixli, 10/1136 nömrəli rəyinə əsasən İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)- 158/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X1 mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsi JN-695A saylı torpağa mülkiyyət hüququna daiş şəhadətnamə ilə X3 xüsusi mülkiyyətinə verilmiş 0.09 ha olan həyətyanı torpaq sahəsindən ayrılmışdır. (X4 0.035 ha, X7 0.055 ha). X4 0.035 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata aldırmamışdır. Həmin torpaq sahəsi Sabirabad rayon DƏDRX-nin xx.xx.2008-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, İmişli 1 saylı DNK xx.xx.2008-ci il tarixli 4-Ə1-111 nömrəli bağışlanma müqaviləsi əsasında X8 tərəfindən həyat yoldaşına bağışlanılmışdır. Qeyd olunan torpaq sahəsi MN ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X5 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2501/2022 saylı qətnaməsinə əsasən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə müdaxilə edildiyi, torpaq sahəsini hasarlamaqda cavabdehin ona mane olduğu və nəticədə onun mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi iddia edilir. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, əksinə iddiaçı onun mülkiyyətinə qarşı qanuna zidd hərəkətlər edir, mübahisə məhkəmə qaydasında həll edilmədən, əsası olmayan mövqe tutaraq, onun vəsaiti hesabına çəkilmiş hasarı sökməklə ona maddi ziyan vurur və öz mülkiyyətində tikinti işləri aparmasına mane olur. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün X6 xüsusi mülkiyyətinə verilmiş 0.055 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə e- 2(036)-1100/2023 saylı qərardad qəbul etmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və tərtib olunmuş mütəxəssis rəyinin verilməsi üçün məhkəməyə tərtib olunmuş smeta və hesab vərəqi təqdim olunmuşdur. Təqdim olunmuş smeta üzrə 95 manat məbləğində mütəxəssis xərclərinin ödənilməsi barədə İddiaçı bildiriş gömdərilmiş, lakin iddiaçı mütəxəssis xərclərini ödəməkdən imtina etmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası ilə bağlı rəyin alınması mümkün olmamışdır.
37. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
38. İddiaçı da öz konstitusyon hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə tam, hərtərəfli və obyektiv baxılmanın təmin edilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmiş, lakin iddiaçı işin düzgün həllinə yönəlmiş ekspertiza tədqiqatına sərf edilmiş xərcləri ödəmədiyindən rəyin alınması mümkün olmamışdır. Tərəflər arasındakı mübahisənin düzgün həll edilməsi üçün isə əvvəlcə torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi müəyyən edilməli, daha sonra isə toplanmış sübutlar məcmu üzrə qiymətləndirilməklə obyektiv qərar qəbul edilməlidir. Lakin iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəməyə iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutların məcmusu onun mülkiyyətində həyətyanı torpaq sahəsinin olmasını təsdiq etsə də, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı müdaxilə faktlarının mövcudluğunu təsdiq etmir.
39. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər.
40. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir.
42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
43. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
44. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğu üçün təmin edilməməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı torpaq mübahisələrinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev