Məhkəmə qərarları › İş №e-2(036)-906/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-906/2024

09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-906/2024 09.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış **********45 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989cu il tarixli, 11 saylı iclas protokoluna əsasən ona İmişli şəhəri ərazisindən 05 ha həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. İmişli Bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 371,6 kv m-lik hissəsini əsassız və qanunsuz mülkiyyətinə keçirərək 29 noyabr 2018-ci il tarixdə AN-1 seriyalı ******* saylı müqavilə üzrə alıcı Cavabdeh2 satmışdır. İmişli Bələdiyyəsi qanunsuz əsalarla ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən alğı-satqının həyata keçirdiyi məlum olmuşdur. İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı protokolunun 2F saylı qərarına əsasən alğısatqı predmeti olan, 371,6 kv.m-lik hissəsi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən 0,04 ha torpaq sahəsi müsabiqədənkənar fərdi yaşayış sahəsi tikintisi məqsədilə Cavabdeh2 verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosesi başlanmışdır. Qeyd olunan məsələ məhkəmələrdə mübahisələndirilmiş, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarına əsasən İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərarının İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə ona ayrılmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 kv.m-lik torpaq sahəsinə aid hissəsində ləğv edilmişdir. Bundan sonra ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və İmişli Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-97/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, verilən imtina məktubundan ona məlum olmuşdur ki, Cavabdeh2 İmişli Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi əsasında Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan alğı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, **********45 reyestr nömrəli Çıxarış da etibarsız hesab edilməlidir.

3. İş materiallarından görünür ki, İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə iddiaçı X2 yaşayış evinin tikintisi üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

4. İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ilə İmişli Bələdiyyəsinin alğı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan Cavabdeh2 müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış və bələdiyyənin xx.xx.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir.

5. ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,04 ha torpaq sahəsi İmişli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və İmişli Bələdiyyəsi xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsini Cavabdeh2 satmışdır.

6. 2018-ci ilin sonlarında iddiaçı ona verilmiş torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən, qeyd olunan ərazi Cavabdeh2 mülkiyyətinə verildiyindən onun müraciətinin həlli mümkün olmamış və bundan sonra o, İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1212/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin olunmaqla İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə iddiaçı X2 verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2-1(106)-29/2022 saylı qərarına əsasən Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1212/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. İmişli Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(036)-97/2023 saylı qətnaməsinə əsasən 0,04 ha torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və İmişli Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış **********45 reyestr nömrəli Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

17. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

22. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

31. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.

32. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə iddiaçı X2 yaşayış evinin tikintisi üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ilə İmişli Bələdiyyəsinin alğı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan Cavabdeh2 müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış və bələdiyyənin xx.xx.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,04 ha torpaq sahəsi İmişli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və İmişli Bələdiyyəsi xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsini Cavabdeh2 satmışdır. 2018-ci ilin sonlarında iddiaçı ona verilmiş torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən, qeyd olunan ərazi Cavabdeh2 mülkiyyətinə verildiyindən onun müraciətinin həlli mümkün olmamış və bundan sonra o, İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1212/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin olunmaqla İmişli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarının İmişli şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 №-li qərarı ilə iddiaçı X2 verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2-1(106)-29/2022 saylı qərarına əsasən Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(120)- 1212/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İmişli Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(036)-97/2023 saylı qətnaməsinə əsasən 0,04 ha torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və İmişli Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış **********45 reyestr nömrəli Çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır.

33. Göründüyü kimi iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunur ki, **********45 reyestr nömrəli Çıxarışa əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınsa da, bu hüququn dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmuş hüquq müəyyənedici ilkin sənədlər, yəni 0,04 ha torpaq sahəsinin İmişli Bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********57 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və İmişli Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 seriyalı ******* saylı alğı-satqı müqaviləsi İmişli Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(036)- 97/2023 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir.

34. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapdığından qanunla həmin halların yenidən araşdırılmasına və mübahisələndirilməsinə yol verilmir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

36. Məkhəmə iş materialları tam və hərtərəfli araşdıraraq hesab edir ki, **********45 reyestr nömrəli Çıxarışa əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçı X1 maraqlarına toxunmaqla onun mülkiyyət hüquqlarını pozur.

37. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

38. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi hazırda bələdiyyənin mülkiyyətindədir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

42. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

43. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış **********45 reyestr nömrəli Çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar