Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-91/2024 19.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsi üzrə 51.222,65 manat əsas borc, 257,85 manat faiz borcu, ümumilikdə, 51.480,50 manat borc, 244,44 manat məbləğində dövlət rüsumu, 45 manat ipoteka üzrə dövlət rüsumu və xidmət haqqın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 2 (Yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzilə (DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Seriya RX №1185611, Reyestr nömrəsi **********09-05303-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh, X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 99/368/AİFK nömrəli kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 4 faizlə 348 ay müddətinə 57.200,0 (əlli yeddi min iki yüz) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzil **********09- 05303-093004 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 99/368/AİFK nömrəli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzil xx.xx.2017-ci il tarixli, 99/368/AİFK nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 51.222,65 manat əsas borc və 257,85 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq puı və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpоtеkа Hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 33-cü mаddəsinə əsаsən bоrclu əsаs öhdəliyi icrа еtmədikdə və yа lаzımıncа icrа еtmədikdə ipоtеkа sахlаyаnın tələbinin ödənilməsi üчün ipоtеkа prеdmеtinə tutmа yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsi üzrə 51.222,65 manat əsas borc, 257,85 manat faiz borcu ümumilikdə, 51.480,50 manat borc, 244,44 manat məbləğində dövlət rüsumu, 45 manat ipoteka üzrə dövlət rüsumu və xidmət haqqı tutulmalıdır; Tutma həmin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzilə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti satıldıqda Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilərək mənzildən ən geci bir ay ərzində çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 99/368/AİFK saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 51.222,65 (əlli bir min iki yüz iyirmi iki manat altmış beş qəpik) manat əsas borc, 257,85 (iki yüz əlli yeddi manat səksən beş qəpik) manat faiz borcu, 244,44 (iki yüz qırx dörd manat qırx dörd qəpik) manat dövlət rüsumu, 45 (qırx beş) manat əlavə dövlət rüsumu və xidmət haqqı tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmetinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş Seriya RX № ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********) Cavabdeh məxsus olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracdan ilkin satış qiyməti 71.543,0 (yetmiş bir min beş yüz qırx üç) manat müəyyən edilsin. İpoteka ilə yüklü edilmiş ünvan 2 (Yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 66.8 kv.m. yaşayış sahəsi 41.9 kv.m. olan mənzilə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh bir ay ərzində həmin mənzildən çıxarılsın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-91/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-91/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver