Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1139/2024 23.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1,İddiaçı3 və İddiaçı2 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Notariat Ofisi və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə 23 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına 28 fevral 2020-ci il tarixdə İsmayıllıı Rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə məhkəmə qaydasında etibarsız hesab edildiyindən həmin şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın ləğv edilməsi və İsmayılıı rayon Notariat Ofisi tərəfindən 2020-ci ildə verilmiş reyestrdə 2V- 85 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməklə həmin şəhadətnamə əsasında verilən hüquqmüəyyənedici sənədlər (reyetsrdən çıxarışlar, alqı-satqı aktları və həmin alqı-satqı aktları əsasında verilmiş reyestrdən çıxarışlar) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1,İddiaçı3 və İddiaçı2 məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbində dəqiqləşdirmə barədə ərizə göndərərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına 28 fevral 2020-ci il tarixdə İsmayıllıı Rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə məhkəmə qaydasında etibarsız hesab edildiyindən həmin şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-225/2024 saylı qətnaməsi ilə iddia ərizələri təmin edilərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmiş, mərhum Zərxanım Hüseynovadan miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, İddiaçı3 ¼ hissədə və Cavabdeh3 ¼ hissədə payları müəyyən edilmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı Rayon Məhkəməsinin sorğusu ilə əlaqədar verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat işində olan xx.xx.2020-ci il tarixli 2V-86 nömrəli Vərəsəlik Şəhadətnaməsində göstərilmişdir ki, Şəhadətnamə verilən miras əmlak-ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Zərxanım Hüseynovaya verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən və ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Zərxanım Hüseynovaya verilmiş **********88 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən ümumi sahəsi 1.6639 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-225/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq aidiyyəti orqanlara müraciət edilərkən onlara məlum olmuşdur ki, Zərxanım Hüseynovadan miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar torpaq sahəsinə vərəsələrin xəbəri olmadan 2V-85 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında 1.6639 hektar torpaq sahəsi Tahirmirzə Hüseynovun adına rəsmiləşdirilərək alğı-satqı aktı əsasında digər şəxslərə satılaraq özgəninkiləşdirilmişdir. Bundan başqa məhkəmə qətnaməsi ilə payları müəyyən edilən İsmayıllı rayonu Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın əsası olan vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında ləğv edildiyindən həmin çıxarış DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ləğv edilməmişdir. Yuxarıda qeyd edilənlər əsasında cavabdehlərə müraciət edərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın ləğv edilməsini, həmçinin vərəsələrin xəbəri olmadan miras əmlaka dair İsmayılılı Rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar torpaq sahəsinə mərhum qardaşları Tahirmirzə Hüseynovun adına 2020-ci ildə verilən 2V-85 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilərək həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğvini tələb etmişlər. Lakin müraciətləri nəticəsiz qalmış,heç bir cavab verilməmişdir. Bundan əlavə xx.xx.2024cü il tarixdə cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə Vəkil Sorğusu verərək İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar torpaq sahəsinə dair 2020-ci ildə verilmiş “Qanun üzrə vərəsəlik hüququna dair" 2V-85 nömrəli şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədlər (reyestrdən çıxarış), alğısatqı aktları və həmin alğı-satqı aktları əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin (reyestrdən çıxarışlar) onlara verilməsini şəxsən tələb etmişlər.Lakin buna baxmayaraq həmin sənədlər cavabdeh tərəfindən onlara verilməmişdir. Bu səbədən iddia tələblərində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə gedişi zamanı düzəliş və dəqiqləşmə apararaq yuxarıda qeyd edilən sənədlərin adını, tarixini və nömrəsini tam şəkildə göstərəcəklər. Onların xəbərləri olmadan miras qalmış 0.13 hektar torpaq sahəsinə 2020-ci ildə verilən 2V-86 nömrə ilə qeydə alınmış “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsinə məhkəmə qaydasında nail olmuşlar, lakin 1.6639 hektar torpaq sahəsinə 2020-ci ildə verilən 2V-85 saylı nömrə ilə qeydə alınan vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbərləri olmayıb, bundan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-225/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar reyestr idarəsinin İsmayılı rayon şöbəsinə müraciət edərkən məlumatları olmuşdur. Bu səbəbdən də həmin 2V-85 saylı Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilən hüquqmüəyyənedici sənədlərin ləğvi, həmçinin Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın ləğv edilməsini məhkəmə qaydasında tələb etməli olmuşlar. Ona görə də hazırkı iddia tələbinin təmin edilərək Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın ləğv edilməsini xahiş edirlər. İddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Digər İddiaçı1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin o, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Zərxanım Hüseynovaya verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı və ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X4 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 1.6639 hektar olan pay torpaq sahəsindən ibarət miras əmlaklardan tam hissədə pay almasına dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş Zərxanım Hüseynovanın vərəsəsi oğlu Tahirmirzə Hüseynovun adına 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. X6 vəfatından sonra İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında ərindən miras qalmış İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********89 olan xx.xx.2023-cü il tarixli çıxarış və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2-1(107)-225/2024 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X6 adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilərək mərhum Zərxanım Hüseynovadan miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar pay torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə,İddiaçı3 ¼ hissədə və ona ¼ hissədə payları müəyyən edilmişdir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X6 adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında onun adına verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X4 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X4 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 1.6639 hektar olan torpaq sahəsindən ibarət miras əmlaklardan tam hissədə pay almasına dair İsmayıllı rayon notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsəsi oğlu X1 adına 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********89 olan xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş sürətindən görünür ki,İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2-1(107)-225/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi təmin edilərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilərək mərhum X2 miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 ha torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, İddiaçı3 ¼ hissədə və Cavabdeh3 ¼ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hazırda iddiaçılar tərəfindən ləğv edilməsi istənilən çıxarışın verilməsinə əsas olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(107)-225/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki,müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir.Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir.Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi,mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən,mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə,əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-225/2024 saylı qətnaməsi ilə İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum Tahirmirzə Hüseynovun adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilərək mərhum Zərxanım Hüseynovadan miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 hektar pay torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, İddiaçı3 ¼ hissədə və Cavabdeh3 ¼ hissədə payları müəyyən edildiyindən, eyni zamanda məhkəmə qətnaməsi ilə payları müəyyən edilən İsmayıllı rayonu Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarışın əsası olan vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında ləğv edildiyindən həmin çıxarış DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ləğv edilmədiyindən, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə İddiaçı1 dövlət rüsumu ödəməkdən azad olunduğundan Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinin tərəflərdən tutulması istisna olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 adına qeydə alınmış qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********89 olan xx.xx.2023-cü il tarixli Çıxarış ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1139/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1139/2024
23.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver