Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1212/2024 04.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh3,Cavabdeh1,Cavabdeh2,Cavabdeh4 və üçüncü şəxslər Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik payının müəyyən edilməsi və paya uyğun olaraq çıxarışın verilməsi tələbinə dair mülki işə 04 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 miras qalmış İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 4 ünvanında yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə İddiaçı tam hissə üzrə vərəsəlik payının müəyyən edilməsinə və müvafiq çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum anaları X11 şəhəri, İ.Həsənov küçəsi ev 4 ünvanında yerləşən 0.22 hektar torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Qeyd etmək istəyir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı tərəfindən X32 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edilmiş, notarius tərəfindən qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müdddəti buraxmağı səbəbindən vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət edilməsinin tövsiyyə olunduğu qeyd olunmuşdur. Mərhum anaları Surə Həsənovanın birinci dərəcə vərəsələri övladları o və bacıları Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4dır. Bildirmək istəyir ki, vərəsələrdən bacıları Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 və Cavabdeh4 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmuişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Ona görə də məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Üçüncü şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Zaks şöbəsi tərəfindən verilmiş 27 iyun 1946-cı il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X20 1928-ci ildə İsmayıllı rayonu, Basqal kəndində doğulmuşdur.X3 və anası X7r.Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında 1946-cı ilin iyun ayının 27 günündə 73 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş AZE №08624669 nömrəli, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1928-ci ildə İsmayıllı rayonu, Basqal kəndində doğulmuş X1 şəhəri, İ.Həsənov küçəsi ev 4 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Zaks şöbəsi tərəfindən verilmiş 11 oktyabr 1957-ci il tarixli, İ-ИЕ № 055407 nömrəli evlənmək haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 ilə X22 xx.xx.1957-ci ildə rəsmi nikaha daxil olmuşlar.Ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1957-ci ilin oktyabr ayının 11 günündə 71 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon ВВАГ şöbəsi tərəfindən verilmiş 23 may 1983-cü il tarixli İİ- ЖГ № 349085 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 xx.xx.1983-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1983cü ilin may ayının 23 günündə 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 yanvar 2014-cü il tarixli AZ-İ № 660670 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X24 xx.xx.2013-cü il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 01 ayının 07 günündə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon ВВАГ şöbəsi tərəfindən verilmiş 30 yanvar 1958-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X14r.Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında 1958-ci ilin yanvar ayının 30 günündə 45 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Zaks bürosu tərəfindən verilmiş 26 iyun 1948-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.1948-ci ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X14r.Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında 1948-ci ilin iyun ayının 26 günündə 58 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Zaks bürosu tərəfindən verilmiş 29 iyun 1954-cü il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X23 xx.xx.1954-cü ildə İsmayıllı şəhərində doğulmuşdur. X5 və anası X14r.Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında 1954-cü ilin iyun ayının 29 günündə 134 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Zaks bürosu tərəfindən verilmiş 18 mart 1950-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh2 İsrayıl qızı xx.xx.1950-ci ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X14r.Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında 1950-ci ilin mart ayının 18 günündə 32 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 02 mart 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh4 xx.xx.1951-ci ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X14r.Bu barədə doğum haqqında akt qeydləri kitabında 1951-ci ilin aprel ayının 18 günündə 69 nömrə ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2006-cı il tarixli JN-2085F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin sürətindən görünür ki,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında İsmayıllı şəhəri ərazisindən 0.22 hektar həyətyanı təyinatlı torpaq sahəsi İsmayıllı şəhər sakini X9 mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş,17071 nömrə ilə kitabda qeydə alınmış və bir nüsxəsi X15 verilmişdir. İşdə olan xx.xx.1988-ci il tarixli 573 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarzasiya və qiymətləndirilməsinə aid pasportun sürətindən görünür ki, İsmayıllı şəhəri, 28 aprel küçəsi ev 4 ünvanında yerləşən 1946-cı ildə inşa edilmiş ümumi sahəsi 115.7 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydə alınmışdır. İşdə olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2011-ci il tarixli, 564 nömrəli arayışdan görünür ki, X1 şəhəri, İ.Həsənov küçəsi ev 4 ünvanında tək yaşayır. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 24 avqust 2024-cü il tarixli №2607 nömrəli müraciətə cavab məktubunun sürətindən görünür ki, İddiaçı mərhum anası X6 miras qalmış İsmayıllı şəhərində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin İddiaçı mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 24 avqust 2024-cü il tarixli №2608 nömrəli müraciətə cavab məktubunun sürətindən görünür ki, Cavabdeh3 mərhum anası X6 miras qalmış İsmayıllı şəhərində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin Cavabdeh3 mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 24 avqust 2024-cü il tarixli №2606 nömrəli müraciətə cavab məktubunun sürətindən görünür ki, Cavabdeh1 mərhum anası X6 miras qalmış İsmayıllı şəhərində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin Cavabdeh1 mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 428/2024 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 övladları İddiaçı, X16,X17,Cavabdeh2 və Cavabdeh4 qızlarıdır. X2 qardaş və bacıları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. İşdə olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 659 nömrəli arayışda İsmayıllı şəhəri,İ.Həsənov küçəsi ev 4 ünvanında yaşamış mərhum X24 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra vərəsələri Bağırova (Həsənova) Adilə İsrail qızı,Cavabdeh2,Cavabdeh4,Ağayeva (Həsənova) Ziba İsrayıl qızı və İddiaçı olması qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin 14 iyun 2024-cü il tarixli, 3-16-5/8-12- 218/2024 nömrəli Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin sorğusuna cavab məktubunda X10 xx.xx.1957-ci ildə X21 ilə nikaha daxil olduğu, “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X10 övladları Cavabdeh2, X16, Cavabdeh4 İsrail qızı, X23, İddiaçı İsrail qızı olması qeyd edilmişdir. İşdə olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-47208 nömrə ilə qeydə alınmış Cavabdeh3 əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən imza edilmiş 13 oktyabr 2024-cü il tarixli **********208 nömrəli ərizədə Cavabdeh3 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X6 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını,mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına heç bir etirazının olmadığı qeyd edilmişdir. İşdə olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-47209 nömrə ilə qeydə alınmış Cavabdeh1 əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən imza edilmiş 13 oktyabr 2024-cü il tarixli **********209 nömrəli ərizədə Cavabdeh1 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X6 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını,mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına heç bir etirazının olmadığı qeyd edilmişdir. İşdə olan Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ- 2363 nömrə ilə qeydə alınmış Cavabdeh2 tərəfindən yazılmış 07 mart 2024-cü il tarixli **********363 nömrəli ərizədən görünür ki, Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə yazaraq xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X6 qalmış mirası qəbul etmədiyini,qəbul edilməsi ilə bağlı məhkəməyə iddia vermədiyini və mirasa dair heç bir iddiasının olmadığını qeyd etmişdir. İşdə olan Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ- 2363 nömrə ilə qeydə alınmış Cavabdeh4 tərəfindən yazılmış 06 mart 2024-cü il tarixli **********136 nömrəli ərizədən görünür ki, Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizə yazaraq xx.xx.2013-cü il tarixdə ölmüş anası X6 miras qalmış (yaşayış (ev, mənzil və otaq),qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1261,1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edildiyini qeyd etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 64523458 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı İsrayil qızı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu məbləği ödənilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, X31 Hüseynova xx.xx.1957-ci ildə rəsmi nikaha daxil olmuşlar. İsrail Həsənov xx.xx.1983-cü il tarixdə və Surə Həsənova isə xx.xx.2013-cü il tarixdə ölmüşlər. X25 JN-2085F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında İsmayıllı şəhəri ərazisindən verilmiş 0.22 hektar həyətyanı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X26 vərəsələri övladları Bağırova (Həsənova) Adilə İsrail qızı, Cavabdeh2,Cavabdeh4, Ağayeva (Həsənova) Ziba İsrayıl qızı və İddiaçıdır. X18rdaş və bacıları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Cavabdeh3 əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən imza edilmiş 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-47208 nömrə ilə qeydə alınmış 13 oktyabr 2024-cü il tarixli **********208 nömrəli ərizədə Cavabdeh3 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası Surə Həsənovadan ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etmədiyi, qəbul etmək niyyətində olmadığı,mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına heç bir etirazının olmadığı qeyd edilmişdir.Cavabdeh1 əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən imza edilmiş, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-47209 nömrə ilə qeydə alınmış 13 oktyabr 2024-cü il tarixli **********209 nömrəli ərizədə Cavabdeh1 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası Surə Həsənovadan ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına heç bir etirazının olmadığı qeyd edilmişdir. Cavabdeh2 tərəfindən yazılmış Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-2363 nömrə ilə qeydə alınmış 07 mart 2024-cü il tarixli **********363 nömrəli ərizədə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası Surə Həsənovadan qalmış mirası qəbul etmədiyini,qəbul edilməsi ilə bağlı məhkəməyə iddia vermədiyini və mirasa dair heç bir iddiasının olmadığını qeyd etmişdir. Cavabdeh4 tərəfindən yazılmış Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-2363 nömrə ilə qeydə alınmış 06 mart 2024-cü il tarixli **********136 nömrəli ərizədə Cavabdeh4 xx.xx.2013-cü il tarixdə ölmüş anası Surə Həsənovadan miras qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1261,1268 və 1269-cu maddələrinin tələbləri ona izah edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı mərhum anası Surə Həsənovadan miras qalmış əmlaklardan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq mərhum anaları Surə Həsənovadan miras qalan əmlakları qəbul etmədiklərini,qəbul edilməsi ilə bağlı məhkəməyə iddia vermədiklərini və mirasa dair heç bir iddialarının olmadığını bildirmişlər. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X6 miras qalmış İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 4 ünvanında yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə İddiaçı tam hissə üzrə vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müvafiq çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi səlahiyyəti ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X6 miras qalmış İsmayıllı şəhəri,İ.Həsənov küçəsi ev 4 ünvanında yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə İddiaçı tam hissə üzrə vərəsəlik payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1212/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1212/2024
04.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver