Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1499/2025 05.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 68.66 manat əsas borc və 2.80 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli BPM**********34 saylı Tam kart müqaviləsiyə əsasən Bank tərəfindən istifadə etmək üçün “Tam Kart” plastik ödəniş kartı verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 68.66AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində hesabında 60 AZN olmasına baxmayaraq 740.66 AZN məxaric etmiş və hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 612 AZNödəniş etmiş və beləliklə hesabından 68.66 AZN plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 2.80 AZN borcu mövcuddur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 68.66 AZN əsas borc və 2.80 AZNgecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a) iddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 68.66 manat əsas borc və 2.80 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli BPM**********34 saylı Tam kart müqaviləsiyə əsasən Bank tərəfindən istifadə etmək üçün “Tam Kart” plastik ödəniş kartı verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 68.66AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində hesabında 60 AZN olmasına baxmayaraq 740.66 AZN məxaric etmiş və hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 612 AZNödəniş etmiş və beləliklə hesabından 68.66 AZN plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 2.80 AZN borcu mövcuddur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 68.66 AZN əsas borc və 2.80 AZNgecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehn qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdırlar. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2019-cu il tarixli BPM**********23 saylı müqavilənin 1.1-ci maddəsinə müvafiq olaraq iddiaçı müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli BPM**********23 saylı müqavilə üzrə Cavabdeh 68,66 manat mövcud borcunu ödəməsi barədə və öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı müvafiq xəbərdarlıq edilmişdir. xx.xx.2025 tarixli əsassız varlanmanı əks etdirən arayışa görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən 68.66 manat əsas borc və 2.80 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 manat borc təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 30,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, borclu Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 68.66 manat əsas borc və 2.80 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.46 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №e-2(037)-1499/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1499/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver