Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-191/2024 04.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı/cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasına, Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 04 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı/cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2132 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatının, bu qeydiyyata əsas olmuş sənədlərin və 06 noyabr 2023-cü il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və bir qrup şəxs halında, qulluq mövqeyindən sui-istifadə etməklə və saxta sənədlərdən istifadə etməklə İsmayıllı rayonu,Tircan kəndində yerləşən 0,2131 hektar torpaq sahəsinə hüquqları pozmuş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin e-2(037)-191/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi/vəkil X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh3 ilkin iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı ilkin iddiasının isə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin e-2(037)-191/2024 saylı, 24 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh/iddiaçı Cavabdeh2 iddiaçı/cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qəbul edilərək qarşılıqlı iddiaya iddiaçı/cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair e-2(037)-191/2024 nömrəli mülki işlə birlikdə baxılması qərara alınmışdır. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X14 13 dekabr 2004-cü ildə notarial qaydada təsdiq olunmuş 13 dekabr 2004-cü il tarixli 4Ə-1-190-191-192-193-194 saylı alğı-satqı müqavilələri əsasında İsmayıllı rayonu ərazisində ümumi sahəsi 0.85 hektar təşkil edən bir-birinə bitişik torpaq sahələri satın almışdır. Həmin alğı-satqı müqavilələri əsasında 0.85 hektar torpaq sahəsinin Həsən Həsənovun mülkiyyətində olması dövlət aktı qeydiyyat kitabında 18 noyabr 2005-ci ildə 249 sayla qeydiyyata alınmışdır və torpağın mülkiyyətçisi olaraq Həsən Həsənova torpağa mülkiyyət hüququna dair JN-0516 saylı kod 40726018 olan Dövlət Aktı verilmişdir. X14 27 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Ərinin vərəsəsi odur. 2023-cü ildə X14dan miras qalmış, İsmayıllı rayonunda yerləşən 0,85 hektar torpaq sahəsini öz adına sənədləşdirərkən aşkar olunmuşdur ki, həmin torpaq sahəsinin Cavabdeh3 tərəfindən mərhum ərinə satılmış 0,2131 ha hissəsi tamah niyyətilə sonradan saxta sənədlər əsasında Cavabdeh2 adına sənədləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publuk Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və 06 noyabr 2023-cü ildə ona dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh2 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ saxta sənədlərdən istifadə etməklə əldə edilmişdir.Belə ki, 0,2131 hektar torpaq sahəsi 13 dekabr 2004-cü il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-1-190 reyestr sayı ilə qeydə alınmış alğı-satqı müqaviləsi ilə mərhum X14a satıldıqdan və Həsən Həsənova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0516 saylı kod 40726018 olan Dövlət Aktı verildikdən sonra başqa şəxsə satıla bilməz. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publuk Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh3 notarial qaydada təsdiq olunmuş 13 dekabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsini mərhum X14a satdıqdan sonra həmin torpaq sahəsini həm də Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsini Cavabdeh3 adından onun verdiyi 16 iyun 2023-cü il tarixli etibarnamə əsasında keçmiş arvadı Nəzakət Mehdiyeva imzalamışdır. Cavabdeh3 İsmayıllı rayon Polis şöbəsində izahat verərkən göstərmişdir ki, o İsmayıllı rayonu ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında mərhum X14a satdığını Nəzakət Mehdiyevaya bildirmişdir.Buna baxmayaraq Cavabdeh3 onun adından bağışlama müqaviləsi imzalamaq üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında da bağışlama müqaviləsi imzalanmışdır. Göstərilən hərəkətləri ilə Cavabdeh3 ərinə satdığı torpaq sahəsini 19 ildən sonra öz oğlu Cavabdeh2 bağışlamış, oğlu da torpaq sahəsinin başqa şəxsə satıldığını bilə-bilə bağışlama müqaviləsini imzalamış və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmişdir. İddiaçı/cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onu etibarnamə üzrə səlahiyyəli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçı/cavabdeh İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd edilənlərlə Cavabdeh2 etirazının tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh2 etirazında "dəlilləri” bunlardan ibarətdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən ona və atası Cavabdeh3 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə (JN:342 KOD ********) 2.20 ha torpaq sahəsi verildiyini, 13 dekabr 2004-cü ildə notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında iddiaçının mərhum X14a satılması zamanı "anasının adından torpağın satılmasına razılıq verməsi barədə saxta sənəd tərtib edildiyini", torpağın satılmasından nə onun, nə anasının "xəbərinin olmadığını” bildirir. Həmin torpaq sahəsinin atası tərəfindən ona "bağışlandığını” bildirməklə, torpağın həqiqi "mülkiyyətçisi” kimi hazırkı iş üzrə iddianın rədd edilməli olduğunu bildirir. Cavabdeh2 1-ci ”dəlili” ilə bağlı olaraq iş materiallarından da göründüyü kimi,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 5 iyun 1998-ci il tarixli qərarına əsasən, Cavabdeh3 və onun ailə üzvü kimi Cavabdeh2 cizgidə göstərilən sərhəd daxilində 2.20 hektar torpaq sahəsi verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak,habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Əvəzsiz əqdlər nəticəsində əldə edilən əmlakların ər-arvadın birgə mülkiyyəti olmaması həmçinin "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun l-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında da bir daha təsbit edilmişdir. Bundan əlavə, torpaq sahasinin Həsən Həsənova satılması zamanı satıcı qismində çıxış etmiş Cavabdeh3 eyni zamanda 10 yaşlı oğlu Cavabdeh2 da qanuni nümayəndəsi olmuşdur və torpaq sahəsinin bütövlükdə satılması ilə sonuncunun da əvəzinə əqd bağlamışdır. İş materiallarında olan arayışlardan da göründüyü kimi, Cavabdeh3 ilə Nəzakət Mehdiyevanın nikahı xx.xx.1993-cü il tarixdə,onların nikahının pozulması ilə xx.xx.2009-cü il tarixdə qeydə alınmışdır. Yəni, torpaq sahasi Həsən Həsənova satılan zaman - xx.xx.2004-cü il tarixdə onlar birgə nikahda olmuşlar. Göründüyü kimi, torpaq sahəsinin Cavabdeh3 və ailə üzvü kimi Cavabdeh2 torpaq sahəsi veriləndə və həmin torpaq sahəsi özgəninkiləşdirilməsi zamanı Cavabdeh2 atası və anası birgə nikahda olmuşlar və atası da qanuni nümayəndə olmaqla Cavabdeh2 əvəzinə əqd bağlamışdır. Beləliklə Cavabdeh2 anasının həmin əqdin bağlanmasına ''razılığının olmadığına” gəldikdə isə analoji mübahisə ilə bağlı "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini məhkəmənin diqqətinə çatdırmaq istəyir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarları işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqddə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.Cavabdeh2 anası Nəzakət Mehdiyevaya həmin vaxt yaxşı məlum idi ki, "Torpaq islahatı haqqında” Qanunun yuxarıda istinad edilən maddəsinə əsasən,onun ərinə və oğluna torpaq sahəsi verilməlidir. Belə ki, həmin Qanunla pay torpaqlarının verilməsi geniş əhali kütləsini əhatə edirdi və hər kəsə məlum idi. Bundan əlavə, torpaq sahəsinin verilməsindən sonrakı 5 il ərzində də Cavabdeh2 atası və anası birgə nikahda olmuşlar. Bu müddət ərzində də oğlunun və ərininmülkiyyətində olmuş torpaq sahəsinin müqəddəratı ilə maraqlanmaması, həmin torpağa dair oğlunun hüquqlarının pozulması” ilə bağlı hər hansı tələb, iddia irəli sürməməsi kimi davranış nümayiş etdirməsi Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqelərinin təsir dairəsinə düşməklə, həmin əqdin etibarlığına şübhə yarada bilməz. Şərh edilənlərdən də göründüyü kimi, torpaq sahəsinin alğı-satqısına dair müqavilənin etibarlığı Cavabdeh3 arvadı kimi Nəzakət Mehdiyevanın iradəsindən asılı deyildir və bu səbəbdən də onun razılıq ərizəsinin alınması ümumiyyətlə tələb olunmamışdır. Həmin müqavilədə Cavabdeh2 qanuni nümayəndəsi olan atası tərəfindən imzalanmışdır və anası tərəfindən bu əqdin bəyənildiyini təsdiq edən davranış nümayiş etdirilmişdir. Belə olan halda iş materiallarında olan razılıq ərizəsinin kim tərəfindən imzalanmasının müzakirə edilməsinə ehtiyac da qalmır. Cavabdeh2 2-ci "dəlili” ilə bağlı olaraq iş materiallarından da göründüyü kimi, 13 dekabr 2004-cü ildə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi qüvvədədir və onun etibarlılıq prezumpsiyası vardır. Göründüyü kimi, Cavabdeh2 tərəfindən göstərilən "dəlillər” tamamilə əsassız olmaqla, iddianın təmin olunması üçün heç bir hüquqi maneə yaradan "dəlil” hesab edilə bilməz. Hazırkı iş üzrə keçirilən məhkəmə iclasında Cavabdeh3 və Nəzakət Mehdiyeva əsassız olaraq bildirdilər ki, güya, xx.xx.2004-cü il tarixli alqı-satqıdan sonra mərhum Həsən Həsənov tərəfindən torpağa mülkiyyət hüququnu təsdiq edən Dövlət aktı alınmamışdır. Həmin "dəlil" tamamilə əsassızdır. Belə ki, mərhum Həsən Həsənov xx.xx.2004-cü il tarixli, 4Ə-1-190 nömrəli alqı-satqı müqaviləsi imzalandıqdan sonra, həmin torpaq sahəsi də daxil olmaqla 4Ə-1-190-191,192-193-194 saylı alqı-satqı müqavilələri ilə mülkiyyətinə aldığı torpaq sahələrinə dair vahid “Torpağa mülkiyyət hüququna dair" 18 mart 2005-ci il tarixdə JN-0516 KOD: 40726018 saylı Dövlət Aktı alınmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə Dövlət Aktı torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd olmuşdur. Göründüyü kimi, Həsən Həsənovun adına 18 mart 2005-ci il tarixdə verilmiş Dövlət Aktı torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddir. Bundan sonra İsmayıllı rayonun Baş memarı tərəfindən xx.xx.2007-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində tikiləcək “Həsənoğlular” İstirahət kompleksinin eskiz layihəsi razılaşdırılmış, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2007-ci il tarixli 18 saylı sərəncamı ilə X12 kəndində ümumi sahəsi 2183,4 kv.metr olan "Həsənoğlular" İstirahət kompleksinin inşa edilməsinə icazə verilmiş, daha sonra 02 iyun 2011-ci il tarixdə "Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi Aktı" ilə istismara qəbul edilmişdir. Həmin Akt komissiya üzvü kimi Tircan Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ərazi Ekologiya və X9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək müfəttişliyi Xidmətinin 13 saylı Region üzrə Dövlət əmək müfəttişliyinin möhürləri ilə təsdiq edilərək, istismara qəbul edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçının "mülkiyyətində qalmış” hesab etdiyi torpaq sahəsində daşınmaz əmlak-İstirahət kompleksi inşa edilmişdir. Bunu da Cavabdeh2 görməyə bilməzdi. Şərh edilənlər, qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinin tamamilə əsassız olması ilə yanaşı, iddia müddətinin də üzrsüz səbəbdən ötürüldüyünü təsdiq edir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyi ondan ibarətdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin,qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü,iddia müddəti tərəflərə üzərindən çox vaxtı ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenimunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair "2001-ci il 27 dekabr tarixli qərarı). Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı mülki iş üzrə Cavabdeh2 qarşılıqlı iddiasının tamamilə əsassız olması ilə yanaşı, həmin tələb üzrə iddia müddətinin də ötürülməsi səbəbindən iddia müddətinin tətbiq edilərək,ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, e-2(037)-191/2024 nömrəli iş üzrə iddiaçı ona məxsus olan və İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmış və buna əsas olaraq xx.xx.2004-cü il tarixda İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsini göstərmişdir. Mövcudluğundan heç vaxt xəbəri olmayan müqavilənin saxta olmasını sübut etmək üçün Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən tələb edərək aldığı notariat sənədlərini incələyərkən şübhələri tam təsdiq olunmuşdur. İşin içində anası Nəzakət Mehdiyevanın adından yazılmış saxta razılıq ərizəsi vardır. Razılıq ərizəsini anası yazmadığı və oradakı imzanın da ona məxsus olmadığı artıq məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının 4 iyun 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Əsaslandıqları yeganə əsasın da sıradan çıxdığını görən qarşı tərəfin vəkili bir valideyn kimi anasının razılığını ümumiyyətlə, gərəkli olmaması barədə əsassız mülahizə təqdim etmiş və öz mülahizəsini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarına uğursuz istinad etmişdir. Həmin qərarda əqdin bağlanmasına zahirən razılıq olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarının işin hallarından bariz məlum olması və məhkəmələr tərəfindən iddialara baxarkən tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarının hərtərəfli araşdırılması, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunun müəyyən edilməsi və yalnız bundan sonra qərar qəbul etməsi şərti vardır. İİİ qrup əlil olan uşağın əmlakının saxta sənədlərlə əlindən alınmasının bu prinsiplərə uyğun olmasını iddia etmək nə qədər vicdanidir, qoy bunu iddia edənlər düşünsünlər. Əlavə olaraq, iddiaçı onun və anasının bu əqddən xəbardar olmaqlarını və bu əqdi bəyəndiklərini göstərən hansı sübutlara sahibdirlər. Bildirir ki, onun 1 yaşı olanda atası Cavabdeh3 7 illik həbsə məhkum olunmuş və bundan 7-8 ay sonra o əvvəlcə anasının valideynlərinin yaşadığı Balakən rayonuna, 1 il sonra isə anası ilə Bakı şəhərinə yerləşərək çox çətin şərtlər altında yaşamışlar. Anası onu təkbaşına böyütmüşdür və o daim maddi sıxıntılar çəkmişdir. Bu şərtlər altında yaşayan insanların mülkiyyətinin əllərindən alınmasından məmnun olmalarını iddia etmək gülüncdür. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 29-cu maddəsində isə düzünə olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 29.2ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri,övladlığa götürənlər və qəyyumları tərəfindən bəyənildikdə etibarlıdır.Bu maddədən görünür ki, qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların bağladıqları əqdlərə onların valideynlərinin razılıq verməsi deyil, həmin əqdlər onların adından imzalanması nəzərdə tutulmuşdur. Bildirir ki, ona və atası Cavabdeh3 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nomrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə (JN: 342, KOD ********) 2.020 ha torpaq sahəsi verilmişdir. Balaca olduğu və İsmayıllı rayonunda yaşamadığı üçün dövlət tərəfindən ona verilmiş torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. 2023-cü ildə atası ilə birgə mülkiyyət hüququ ilə ona məxsus torpağın ayrılması üçün İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. Bu zaman atası ona bu iddianı geri çəkməyi xahiş edərək öz mülkiyyətində olan bütün torpağı ona bağışlayacağını bildirmişdir. O, məhkəmə prosesini dayandırmış və atası da söz verdiyi kimi öz adına olan bütün torpağı ona bağışlamışdır. Notarial qaydada aparılmış sənədləşdirmədən sonra o öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bütün bu əməliyyatlar səlahiyyətli dövlət orqanlarının iştirakı ilə qanunlara tam riayət etməklə aparılmışdır. Sonradan ona məlumat çatmışdır ki, guya bu torpağın 0.2132 ha hissəsi 2004-cü ildə başqa adama satılmışdır. Bu barədə nə onun, nə də anası Nəzakət Mehdiyevanın məlumatı olmamışdır. Onun mülkiyyətində olan torpağa aid sənədlərin ləğv edilməsi tələbinə dair iddia qaldırıldıqdan sonra o Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edərək həmin sənədlərin surətinin verilməsini xahiş etmişdir. Sənədlərlə tanış olarkən aşkar olundu ki, əslində onu dələduzluqda suçlayan insanlar özləri dələduzluq etmişlər. Onlar anasının adından torpağın satılmasına razılıq verməsi barədə saxta sənəd tərtib etmiş və anasının imzasını saxtalaşdırmışlar. Görünür hansısa formada sənədlərin qanuniliyinə məsuliyyət daşıyan notariusu da ələ almışlar. Bununla da onun azyaşlı olmağından istifadə edərək mülkiyyətini ələ keçirməyə çalışmışlar. Özlərini o qədər itirmişlər ki, anasının soyadının həmin sənədlərdə də Mehdiyeva olduğu göstərilsə də razılıq ərizəsində Bədəlova göstərmişlər. Məhkəmə tərəfindən müqavilə işində olan razılıq ərizəsində olan imzanın anasına məxsus olub-olmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində razılıq ərizəsində olan imzanın anasına məxsus olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2004-cü il tarixli müqavilədə olan imzanın Cavabdeh3 məxsus olub-olmamasının müəyyən edilməsinin nəticəsi olaraq verilmiş ekspert rəyində müqavilədə olan imzanın Cavabdeh3 məxsus olmasının qeyd edilməsi ilə razılaşmır və hesab edir ki, müqavilədə olan imza nümunəsinin Cavabdeh3 məxsus olub-olmamasının müəyyən edilməsi üçün yenidən xətşünaslıq ekspertizası təyin edilməlidir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı iddia tələbinin isə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onu etibarnamə üzrə səlahiyyəli nümayəndəsi anası X4 təmsil etmişdir. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi anası X4 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə Cavabdeh3 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Tircan kəndində yaşayır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nomrəli qərarına əsasən JN:342 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 2.20 ha torpaq sahəsi onun və oğlu Cavabdeh2 birgə mülkiyyətlərinə verilmişdir. 2023-cü ildə birgə mülkiyyətdə olan torpaq sahəsindən onun payına düşən hissəsini oğlu Cavabdeh2 bağışlamışdır. Oğlu Cavabdeh2 notarial qaydada aparılmış sənədləşdirmədən sonra həmin torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bütün bu əməliyyatlar səlahiyyətli dövlət orqanlarının iştirakı ilə qanunlara tam riayət etməklə aparılmışdır. Sonradan ona məlumat çatmışdır ki, guya bu torpağın 0.2132 ha hissəsi 2004-cü ildə onun tərəfindən başqa adama satılmışdır.O, mülkiyyətində olan torpaq sahəsinin 0.2132 ha hissəsini heç kimə satmamışdır və xx.xx.2004-cü il tarixli müqavilədə olan imza da ona məxsus deyildir. Məhkəmə tərəfindən müqavilə işində olan razılıq ərizəsində olan imzanın Nəzakət Mehdiyevaya məxsus olub-olmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində razılıq ərizəsində olan imzanın Nəzakət Mehdiyevaya məxsus olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2004-cü il tarixli müqavilədə olan imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsinin nəticəsi olaraq verilmiş ekspert rəyində müqavilədə olan imzanın ona məxsus olmasının qeyd edilməsi ilə razılaşmır və hesab edir ki, müqavilədə olan imza nümunəsinin ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün yenidən xətşünaslıq ekspertizası təyin edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş,məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını,ekspert rəylərini,iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq,iddia tələbinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 29 aprel 1999-cu il tarixli, JN-342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sürətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi verilmişdir. Dövlət aktının bir nüsxəsi Cavabdeh3 verilmişdir. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1-190 nömrə ilə qeydə alınmış 13 dekabr 2004-cü il tarixli müqavilənin sürətindən görünür ki, İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh3 JN 342 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan 2.20 hektar əkin torpaq sahəsinin 0.2131 hektar hissəsini Bakı şəhər sakini X6 iki milyon beş yüz min manata satmışdır və tərəflər müqavilə şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər. 18 mart 2005-ci il tarixli, JN-0516 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sürətindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-190-191-192, 193-194 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.85 hektar əkin torpaq sahəsi Bakı şəhər sakini X5 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 249 nömrə ilə qeydə alınaraq bir nüsxəsi X6 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin sürətindən görünür ki, hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. X1 (Cavabdeh3 əvəzinə) və Cavabdeh2 tərəfindən imza edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2024-cü il tarixli, № 3-16-16/2-4/507 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli X2 adından olan ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza-X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertia Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1260 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli müqavilədə “imzalar” qrafasında “Бəдəлoв T” soyadı önündəki imza- Cavabdeh3 tərəfindən icra olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə JN-342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1-190 nömrə ilə qeydə alınmış 13 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh3 JN 342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona məxsus olan 0.2131 hektar torpaq sahəsini Bakı şəhər sakini Həsən Həsənova iki milyon beş yüz min manata satmışdır. JN-0516 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-190- 191-192, 193-194 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.85 hektar əkin torpaq sahəsi Bakı şəhər sakini Həsən Həsənovun mülkiyyətinə verilmişdir. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2024-cü il tarixli № 3-16-16/2-4/507 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli X2 adından olan ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza-X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1260 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli müqavilədə “imzalar” qrafasında “Бəдəлoв T” soyadı önündəki imza- Cavabdeh3 tərəfindən icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini,tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən,belə qənaətə gəlir ki,tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur.Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə işə əlavə edilmiş sübutları, işdə iştirak edən şəxslərin izahatları, eləcə də mübahisəli alğı-satqı müqaviləsinin şərtləri ilə müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, tərəflər arasında sözügedən torpaq sahəsinə dair notarial qaydada alğı-satqı müqaviləsi bağlanarkən sözügedən müqavilənin predmeti olmuş torpaq sahəsi üzərində hər hansı yüklülük və ya qadağa olmayıb və bu fakt işin mübahisə olunmayan halıdır. Bundan başqa məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərək qeyd edir ki, torpaq sahəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən alğı-satqı müqaviləsində olan imzaların, ayrı-ayrılıqda Nəzakət Mehdiyeva və Cavabdeh3 tərəfindən icra olunmadığını, eyni zamanda alğı-satqı müqaviləsi bağlanan zaman müqavilənin predmeti olmuş mübahisəli torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ olan Cavabdeh2 iradə ifadəsinin qanunvericiliyin tələbinə uyğun bəyan edilmədiyini əsas gətirərək həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir.Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, qeyd edir ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqaviləsi onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır. Göründüyü kimi Cavabdeh3 özünə məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqla artıq iradəsini ifadə etmişdir. Belə ki, Cavabdeh3 mübahisələndirdiyi torpaq sahələrinə dair tərəflər arasında alqısatqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilə bağlanarkən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Belə ki, alğı-satqı müqaviləsindəki imzanın məhz Cavabdeh3 tərəfindən icra olunması iş materiallarına əlavə edilmiş ekspertiza rəylərindən də öz təsdiqini tapmışdır. Bundan başqa Cavabdeh3 müqavilə bağlanan zaman arvadı olmuş, hazırki tələb üzrə Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nəzakət Mehdiyava tərəfindən sözügedən alğı-satqı müqaviləsindəki imzanın onun tərəfindən icra olunmamasına münasibətdə məhkəmə qeyd edir ki, alğı-satqının predmeti olmuş torpaq sahəsi nikah dövründə əldə olunsa da əvəzli əldə edilmədiyindən ər arvadın hər birinin mülkiyyəti hesab edilməlidir. Belə ki, 06 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Qanunun mənasından da göründüyü kimi sözügedən torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış “Aqrar İslahat Komissiyasının” qərarı ilə (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və ya Torpağa mülkiyyət hüququna dair Dövlət aktı formasında) Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədi ilə əvəzsiz (hədiyyə olaraq) verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, alğı-satqının predmeti olmuş sözügedən torpaq sahəsi nikah dövründə verilsə belə, Azərbaycan Respublikasının Ailə və Mülki Məcəlləsində nəzərdə tutulmuş “əldə edilmə” kimi qəbul edilə bilinmədiyindən əvəzsiz (hədiyyə) olaraq nəzərə alınmalı və sözügedən torpaq sahələri tərəflərin hər birinin mülkiyyəti hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Sözügedən maddənin mənasından da göründüyü kimi, qanunverici ərlə arvadın nikah dövründə qazandıqları əmlak ifadəsini qeyd etməklə,hədiyyə kimi və ya vərəsəlik qaydasında əldə edilmiş əmlakları hər birinə mənsub olduğunu vurğulamış,nikah dövründə yalnız əvəzli olaraq əldə edilmiş əmlakların onların ümumi mülkiyyəti hesab etmişdir. Göstərilənlərə əsasən Cavabdeh3la Həsən Həsənov arasında bağlanmış alğı-satqı müqaviləsində Nəzakət Mehdiyevanın imzasının olmaması və ya imzanın onun tərəfindən icra olunmaması sözügedən müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bundan başqa alğı-satqı müqaviləsi Cavabdeh2 qanuni nümayəndəsi olan atası tərəfindən imzalanmışdır və anası tərəfindən bu əqdin bəyənildiyini təsdiq edən davranış nümayiş etdirilmişdir. Bununla yanaşı məhkəmə xüsusi ilə qeyd edir ki, İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verildiyi üçün sözügdən torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən edilməmişsə, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3.Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, mübahisəli alğı-satqı müqaviləsinin predmeti olmuş İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsinın yarısı yəni, 1.10 ha hissəsi Cavabdeh3 məxsus olmuş, o isə özünə məxsus torpaq sahəsinin 0,2131 ha hissəsini alğı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə iddiaçıya satmış, digər birgə mülkiyyətçi olan oğlunun isə qanuni nümayəndəsi olduğu üçün Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri pozulmamışdır. Yuxarıdakı sadalananlara əsasən məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinə dair tərəflər arasında bağlanmış 13 dekabr 2004-cü il tarixli 4Ə-1-190 saylı alğısatqı müqaviləsinin etibarsızlığı üçün əsaslar mövcud olmadığından, həmin alğı-satqının predmeti olmuş torpaq sahəsinə dair sonradan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlanma etibarlıdır. Maddənin məzmunundan da göründüyü kimi, hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Hazırkı bağışlama müqaviləsinin predmeti olan torpaq sahəsi isə hədiyyə verənin, yəni Cavabdeh3 öz əmlakı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2.şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3.müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından işin faktiki hallarına yanaşaraq məhkəmə qeyd edir ki, iddiaçı/cavabdehin sözügedən alğısatqı müqaviləsini dövlət reyestri xidmətində qeydiyyata aldırmaması,cavabdeh/iddiaçılar tərəfindən artıq bir dəfə iradə ifadələrini bildirdikləri torpaq sahəsinə dair bağışlama müqaviləsi və bunun əsasında yeni çıxarışın alınmasına əsas verməməklə, hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə vicdanlı alıcı olan iddiaçı/cavabdehin torpaq sahələri üzərində hüququnun pozulması və ya məhdudlaşdırılması ilə nəticələnə bilməz. Əksi mülki dövriyyə iştirakçıları arasında güvəni sarsıtmaqla, əmlakı vicdanlı əldə edənin hüquqlarına və eyni zamanda da mülki dövriyyənin sabitliyinə xələl gətirəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər,habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir,sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Notariat Haqqında” Azırbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər,habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.Şəxs əqdi,ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına,xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi,ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.Məhz bu səbəbdən,məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır,dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə-sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi,dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir,belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir.Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı,yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi,binanı,qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir.Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alğı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur.Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi-hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır.Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün,ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə,Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması,habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına,əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli bağışlanma müqaviləsi və həmin müqavilədən əmələ gələn hüquqi nəticələr etibarsız hesab edilməli, Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası isə təmin edilməməlidir. Məhkəmə, Cavabdeh3 əməllərində Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.Belə ki,iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və qərar mübahisələndirilməmişdir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəsatəti əsasında təyin edilmiş ekspert rəyinin verilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 110 manat ekspert xərci ilkin iddia təmin edildiyindən, qarşılıqlı iddia isə təmin edilmədiyindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutulmalıdır. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh3 vəsatəti əsasında təyin edilmiş ekspert rəyinin verilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 110 manat ekspert xərci ilkin iddia üzrə Cavabdeh3 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə dövlət rüsumu məbləği tələb edilmədiyindən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı/cavabdeh İddiaçı özünə aid edilməlidir. Eyni zmanda qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh2 özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia tələbi təmin edilsin. İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli bağışlanma müqaviləsi və həmin müqavilədən əmələ gələn hüquqi nəticələr etibarsız hesab edilsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı/cavabdeh İddiaçı özünə aid edilsin. Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh2 özünə aid edilsin. Cavabdeh2 110 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. İlkin iddia tələbi üzrə Cavabdeh3 110 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-191/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-191/2024
04.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver