Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-193/2023 06.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdeh Baxışov Elvı̇ n Baxış oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 06 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Baxışov Elvı̇ n Baxış oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 558,3 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 dekabr 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən cavabdehin qeydiyyat ünvanının İsmayıllı rayonu Cülyan kəndi olması müəyyən olunsa da, bildiriş cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qayatarılmışdır. Araşdırma zamanı İsmayıllı şəhər İcra Hakimiyyətinin Cülyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən əldə edilmiş məlumatlardan müəyyən edildi ki, cavabdeh Bakı şəhərində yaşayır. Daha sonra “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəmədə baxılmağa verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Baxışov Elvı̇ n Baxış oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-193/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-193/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver