Məhkəmə qərarları › İş №e-2(037)-249/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-249/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-249/2025 06.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyəti Cavabdeh Kərı̇ mov Elçı̇ n Ramı̇ s oğluna qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 fevral 2025-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyəti cavabdeh Kərı̇ mov Elçı̇ n Ramı̇ s oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 90.73 AZN olmaqla cəmi 90.73 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq cavabdeh tərəfindən iddia tələbi üzrə qalıq borcunun və dövlət rüsumunu ödədiyindən işin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 15 yanvar 2025-ci il tarixdə cavabdeh Kərı̇ mov Elçı̇ n Ramı̇ s oğluna rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyəti Cavabdeh Kərı̇ mov Elçı̇ n Ramı̇ s oğluna qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi iddiaçının baxılmamış saxlanılması barədə vəsatət verməsi, cavabdehin isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdeh tərəfindən ödənildiyi üçün və iddiaçının hazırda dövlət rüsumunun qaytarılmasını tələb etməməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyəti Cavabdeh Kərı̇ mov Elçı̇ n Ramı̇ s oğluna qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "Azərbaycan Beynəlxalq Banki" Açiq Səhmdar Cəmı̇ yyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar