Məhkəmə qərarları › İş №e-2(037)-308/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-308/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-308/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 14 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən istehsalın genişləndirilməsi üçün "xxxx" MMC 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280 000 (iki yüz səksən min) manat məbləğində kredit verilmişdir.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 06 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X4 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 iyun 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus İsmayıllı rayonu, Qalagah kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 62.3 kv.m yaşayış, 55.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X5, X2, X10 və X8 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 15 ha torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriaylı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X5, X2, X10 və X8 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 1.935123 torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X5, X6, X10 və X8 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 2.569835 torpaq sahəsi ipotekaya qoyulmuşdur. X4 məxsus fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə X9 arasında 30 iyul 2008-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə İsmayıllı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcalan "xxxx" MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə,yazılı bildirişlərin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun Banka qaytarılması təmin edilməmişdir. Borc vaxtında ödənilmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin ipoteka ilə yüklü edilmiş mənzillərdən biri, İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən 41 saylı evə dair tələblərə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş, lakin həmin bildiriş müvafiq qaydada daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd olunan iş üzrə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ASCnin tələbi qismən təmin edilmiş, cavabdeh X4 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində təmin etməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş təqdim olunmadığı halda iddia tələbi həmin baxılmamış saxlanılır, bununla bağlı ayrıca qərardad qəbul edilir. Lakin məhkəmə isə iddiaçı tərəfin hüquqlarını pozaraq belə bir qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmin hissədə qərardad qəbul etməmiş, yəni X7 məxsus mənzilə dair hissədə iddianın təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, qətnamə qismən ləğv olunaraq cavabdeh X4 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadından cavabdeh kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-3893/2014 saylı, 24 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı 25 iyul 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iş məhkəmənin icraatında olan zaman X9 01 fevral 2015-ci il tarixdə öldüyünə görə 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadla X3 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə müki iş üzrə icraatın təzələnməsi barədə İsmayıllı Rayon Məhkəməsinə ərizə ünvanlanmış və iş üzrə icraat təzələnməklə işin məhkəmə baxışı 06 noyabr 2024-cü il tarixə, saat 11:50-ə təyin edilmişdir. İddiaçı ASC-yə elektron kabinet vasitəsilə göndərilən bildirişlərin sayının çox olması səbəbindən 2(037)-1/2024 saylı iş üzrə məhkəmə iclasına dair bildirişdən məlumatları olmamış və nəticədə işin baxılmamış saxlanılması barədə 2(037)-1/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardad qəbul edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Hazırda isə ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evində yaşayan və miras əmlakına faktiki sahiblik edən şəxslərin dairəsi müəyyən edilmişdir. Elektron sistem vasitəsi ilə əldə edilmiş sorğuya əsasən Cavabdeh ipoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda olduğu və əmlaka faktiki sahiblik etdiyi aşkar edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. X9 anasıdır və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, o, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 41 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq başqa ünvanda özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Qeydiyyatda olduğu ünvan onun ata ocağıdır. O, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 41 ünvanında qeydiyyatda olsa da, hazırda həmin ünvanda yaşamır və həmin evdən istifadə etmir. Eyni zamanda 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X1 qalan irs payından ibarət olan əmlakdan, o cümlədən İsmayıllı şəhəri, Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası X3 adına keçməsinə etiraz etməmişdir. Bundan əlavə onun anası tərəfindən kredit götürülməsi və həmin kreditin təminatı kimi anasına məxsus mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatı olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, 30 iyul 2008-ci il tarixdə istehsalın genişləndirilməsi üçün 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280000 manat məbləğində kredit verilmişdir. 30 iyul 2008-ci il tarixli №289 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, bank tərəfindən verilmiş 280000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi dəyəri 204000 manat olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 06 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi və dəyəri 230000 manat olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 19 may 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan İsmayıllı şəhəri,Təbriz küçəsində 0.22 hektar torpaq sahəsində yerləşən 1-2 mərtəbəli, 5 otaqlı,97 kv.metr yaşayış,86.9 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəısi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, RX seriyalı №0432994 nömrəli Çıxarışdan görünür ki, X3 mülkiyyətində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evi 0.2 hektar torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin 2 saylı Nəsimi rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli, 2(037)-07/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 16 saylı kredit müqaviləsi üzrə 280000 manat əsas,77360 manat faiz və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 357390 manat məbləği "xxxx" MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməsi və iddianın 280000 manat əsas, 77360 manat faiz və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 357390 manat məbləğinin ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə X4 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(107)- 620/2014 saylı qanuni qüvvəyə minmiş qərardadından görünür ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 17 yanvar 2014cü il tarixli qətnaməsi qismən, yəni iddianın 280000 manat əsas, 77360 manat faiz, cəmi 357360 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə X4 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2014-cü il tarixli, 2(102)-3893/2014 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Əhmədova Püstə Bəhlul qızının kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-620/2014 nömrəli iş üzrə 25 iyul 2014-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş reyestrdə 1İ-3 nömrə ilə qeydə alınmış xx.xx.2003-cü il tarixli, Cavabdeh tərəfindən yazılmış ərizənin surətindən görünür ki, Cavabdeh 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X1 qalan irs payından ibarət olan əmlakdan, o cümlədən İsmayıllı şəhəri, Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası X3 adına keçməsinə etiraz etmədiyini qeyd etmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 10 mart 2015-ci il tarixli, AZ-İ № 716095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 03 ayının 10 günündə 34 nömrə ilə qeydə alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(037)-1/2024 saylı qanuni qüvvəyə minmiş qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Əhmədova Püstə Bəhlul qızına qarşı kredit borcunun ipoteka poredmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 100000 manat və likvid dəyəri isə 90000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 472 manat məbləğində olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən istehsalın genişləndirilməsi üçün "xxxx" MMC 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280 000 (iki yüz səksən min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı olaraq girov qoyulmuş əmlaklardan biri kimi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 06 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X4 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. X4 məxsus fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə X9 arasında 30 iyul 2008-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Borc vaxtında ödənilmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərindən biri, İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən 41 saylı evə dair tələblərə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş, lakin həmin bildiriş müvafiq qaydada daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd olunan iş üzrə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,X4 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində isə təmin edilməmişdir.Məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək X4 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-3893/2014 saylı, 24 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı 25 iyul 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bank tərəfindən yenidən iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iş məhkəmənin icraatında olan zaman X9 01 fevral 2015-ci il tarixdə öldüyünə görə 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadla X3 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC tərəfindən 09 oktyabr 2024-cü il tarixdə müki işin icraatının təzələnməsi barədə İsmayıllı Rayon Məhkəməsinə ərizə göndərildikdən sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 06 noyabr 2024-cü il tarixli, 2(037)-1/2024 saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında ipoteka ilə yüklü edilmiş, Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 manat kredit borcu və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatına münasibətdə qeyd edir ki, Cavabdeh 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X1 qalan irs payından ibarət olan əmlakdan,o cümlədən İsmayıllı şəhəri,Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası X3 adına keçməsinə etiraz etmədiyini qeyd etsə də, ancaq mərhum anası X9 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalan əmlaklardan imtina etməsi barədə notariat ofisinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər.Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt, yəni 27 yanvar 2014-cü il tarixədək qüvvədə olan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsi üçün tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka (ipoteka predmetinə) yönəldir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə əsasən yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Məhkəmələri tərəfindən həll edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə,ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müavfiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh anasından miras qalmış və faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında 90000 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur.Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında qeyd edilən məbləğə uyğun olmaqla 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qiymətləndirmə hesabatının dəyəri olan 472 (dörd yüz yetmiş iki) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin “İnşaatçılar” filialında olan hesabına keçirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 90000 (doxsan min) manat məbləğində müəyyən edilsin. Qiymətləndirmə hesabatının dəyəri olan 472 (dörd yüz yetmiş iki) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin “İnşaatçılar” filialında olan hesabına keçirilsin. (VÖEN **********,Bank rekvizitləri:İddiaçı ASC-nin “İnşaatçılar filialı,H/h AZ53AİİB400600C**********226,M/hAZ37NABZ**********0000001944,kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********). Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar