Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-376/2025 29.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və vəkili/nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək götürülməsi tələbinə dair mülki işə 29 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Birinci Yeniyol kəndində mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsində cavabdeh ona məxsus 0,06 hektar torpaq sahəsində mişar daşı, qırmızı, ağ kərpicdən ibarət inşa etdirdiyi 13 m x 8 m ölçüdə 1 (bir) mərtəbəli kürsülu aynabəndli fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək götürülməsi və zəbt olunmuş 0,06 hektar torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonu Böyük-Kəngərli kəndində yaşayır. İsmayıllı rayonu Birinci Yeniyol kəndində yaşamış, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum anası X1 İsmayıllı rayonu Birinci Yeniyol kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam olaraq ona miras qalmışdır. Miras qalmış 0,20 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********12-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixdə öz adına çıxarış əldə etmişdir. Ailə üzvlərinin istifadəsində olmuş İsmayıllı rayon Birinci Yeniyol kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsində cavabdehin mərhum atası 1990-1991-ci ildə mərhum atası X2 ilə qabaqcadan sövdələşmə apararaq guya qardaşı Nümayəndə qısa müddətdə işə düzəldəyəcəyini, öz vəsaiti hesabına yaşadığı həyətyanı torpaq sahəsində ticarət obyekti açdıracağına və bir sözlə yaxşı yaşaması üçün hər bir şərait yaradacağını vəd etmişdir. Cavabdehin atası qeyd olunan işlərin əvəzi olaraq valideyninə məxsus olan həyətyanı torpaq sahəsindən 0,06 hektar torpaq sahəsinin verilməsinə razılaşmışdır. Atası cavabdehin atasının vədinə inanıb həyətindən 0,06 hektar torpaq sahəsi ayıraraq vermişdir. Cavabdeh həmin ərazidə tikinti işləri aparmış və mişar daşından və qırmızı, ağ kərpicdən ibarət, aynabəndli 13m x 8m ölçüdə 01 mərtəməli kürsülü evi inşa etdirmişdir. İnşa olunmuş həmin evə yay aylarında Kürdəmir rayonundan ailəsi ilə birlikdə gələrək orada yaşayırlar. Həmin vaxtdan indiyədək torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Mülki qanunvericiliyə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Göründüyi kimi, cavabdehlə aralarında satılmayan mübahisə torpaq sahəsi ilə bağlı yaranmışdır. Belə ki, atasına biləbilə yalan, həqiqətə uyğun olmayan vədlər verərək aldatma yolu ilə 0,06 hektar torpaq sahəsi əldə etmişdir. Lakin hazırda cavabdehin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin dəyəri ödənilməmişdir. Valideynləri vəfat edənədək hər dəfə cavabdehə istifadə etdiyi 0,06 hektar torpaq sahəsinin dəyərinin ödənilməsini tələb etmələrinə baxmayaraq cavabdeh onların tələbərini yerinə yetirməmişdir. Bununla da cavabdeh tərəfindən valideynlərinə maddi və mənəvi zərər vurulmuşdur. Valideynlərinin vəfatından sonra da o və qardaşı cavabdehə torpaq sahəsinin dəyərini ödəməsi üçün müraciət etmişlər. İlk əvvəl cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə dəyərini ödəyəcəyinə söz versə də sonradan müxtəlif bəhanələr gətirərək tələblərinə məhəl qoymamış və onlara biganə münasibət göstərmiş və həmin həyətdə yaşamağa davam etmişdir. Hesab edir ki, aldatma yolu ilə əldə olunmuş torpaq sahəsinin hüquq pozuntusunu ehtiva edən, mülkiyyətçinin və ya sahibinin hüquqlarının pozulmasına yönələn qanunsuz fəaliyyətdir. Bu qanunsuz fəaliyyət nəticəsində bir tərəf digər tərəfin mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsindən heç bir əsas olmadan istifadə etməklə sahəni özbaşına olaraq tutmuş olur. Ona görə də torpaq sahəsinin boşaldılmasını tələb etmək hüququnu yaradır. İsmayıllı rayon Birinci Yeniyol kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini cavabdehin istifadəsində olan torpaq sahəsininn azad etməsini və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsi ona təhvil verməsini istəyir. İsmayıllı rayonu Birinci Yeniyol kəndində mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsində cavabdeh ona məxsus 0,06 hektar torpaq sahəsində mişar daşı, qırmızı, ağ kərpicdən ibarət inşa etdirdiyi 13m x 8m ölçüdə 01 mərtəbəli kürsülu aynabəndli fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək götürülməsi və zəbt olunmuş 0,06 hektar torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə (qardaşı) Nümayəndə təmsil etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mərhum atası Böyükkişi Abdullayevlə iddiaçının mərhum atası Məhəmmədəli Məlikov arasında yaxın tanışlıq əlaqələri olduğundan, atası onları hər yay mövsümündə sözügedən kəndə istirahətə aparmışdır. Günlərin bir günü, yəni 1988-ci ildə iddiaçının mərhum atasının təklifi və Mülki Məcəllənin 389.1-ci maddəsinə uyğun olaraq, qarşılıqlı şifahi razılaşma əsasında, dediyinə görə, özünə məxsus olan 0,20 hektar həyətyanı torpaq sahəsinin 0,06 hektar hissəsini "gözəyarı" ayıraraq atasına satmışdır. Təxminən 3- 4 ay müddətində həmin torpaq sahəsində, mərhum atası 01 mərtəbəli, kürsülü, 03 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Qeyd etdiyi ildən hazırki günə kimi sözügedən mübahisəli torpaq sahəsi və evə aşkar sahiblik etməklə yanaşı, onu faktiki idarə etməyə başlamışlar və bütün vərəsələr, qohum-qonşular və kənd əhli də bilir ki, hazırki mübahisəli torpaq sahəsi və ev faktiki olaraq onlara məxsusdur. Ötən 37 il ərzində, mövcud torpaq sahəsi və fərdi evlə bağlı mərhum atasına və ona qarşı istər bələdiyyə, istər Rayon İcra Hakimiyyəti, istərsə də iddiaçı və onun digər ailə üzvləri tərəfindən heç bir tələb irəli sürülməmiş, heç bir mübahisə baş verməmiş, heç bir neqativ xəbərdarlıq edilməmişdir. İddiaçının qardaşı Nümayəndə ötən ilin sonlarında ümumi torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ondan ödəniş etməsini tələb etmiş və o da öz növbəsində sonuncuya 2000 manat pul təklif etsə də sonuncu, bu məbləğlə razılaşmayaraq ondan qanunsuz və əsassız olaraq hədə-qorxu yolu ilə xeyli miqdarda pul tələb etmişdir. Sabiq polis zabiti kimi o, iddiaçının qardaşının hərəkətlərini özbaşınalıq, hədə-qorxu ilə tələb etmə və dələduzluq kimi qiymətləndirərək, hazırkı iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisəli 0,06 hektar torpaq sahəsinin 1988-ci ildə, SSRİ zamanında müqəddəratını həll edənlərin hər ikisi uzun müddət öncə vəfat etmişlər. Torpaqla bağlı razılaşma yalnız bu iki şəxs arasında baş tutmuşdur. İddiaçı tərəf yalnız 01 ay öncə, yəni 2025-ci ilin yanvar ayında ümumi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Ötən 37 il ərzində iddiaçı onun kimi torpaq sahəsinin sahibi və istifadəçisi olduğundan, eləcə də, Mülki Məcəllənin 178.1-ci maddəsinin tələblərinə əsasən uzun zaman kəsiyi 37 il sonra, SSRİ-dən miras qalmış torpaqlara mülkiyyət hüququ əldə etdiyindən, iddiaçının hazırkı tələbləri Konstitusiyanın 149.7-ci maddəsinə uyğun olaraq, geriyə şamil oluna və Sovetlər dönəmindəki reqress vəziyyətə gətirilə bilməz. Sözügedən mübahisəli 0,06 hektar həyətyanı torpaq sahəsi və orada inşa etdikləri fərdi yaşayış evi 37 il öncə, iddiaçının atasından ödənişli icazə və qarşılıqlı razılaşma əsasında əldə edilərək, həyata keçirildiyindən, "özbaşına tikinti" hesab edilə bilməz və həmin evin sökülməsi tələbi də absurd bir şeydir. Bundan başqa ümumi iddia müddəti 10 il təşkil edir. O isə artıq 37 ildir ki, tələb olunan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadə edir. Qeydiyyata gəldikdə isə “Dövlət Reyestri” haqqında Qanun 16 il sonra, yəni 2004-cü ildə qəbul edilmişdir. İddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə təmin edilməməsini xahiş edir. Cavabdehin vəkili/nümayəndəsi Vəkil cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin iddia müddəti tətbiq edilməklə təmin edilməməsini xahiş etdi. 09 iyul 1992-ci il tarixli İV-ЖГ №354604 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 08 iyul 1992-ci il tarixdə vəfat etmişdir. 09 noyabr 2007-ci il tarixli AZ-İ №262972 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 04 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. 07 yanvar 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və həmin tarixli **********12-10301 reyestr nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı rayonu Birinci Yeniyol kəndi ərazisində yerləşən 0,20 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində üumi sahəsi 92,40 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə İddiaçı mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 3-16-16/2-10/2340/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində İddiaçı məxsus 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki ölçüsü ilə **********12-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan ölçüsünün üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, **********12-10301 reyestr nömrəli çıxarışda mübahisə predmeti olan torpaq sahəsi 0,20 hektar qeyd olunsa da baxış zamanı aparılan ölçü işləri nəticəsində İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin 0,14 hektar təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin 0,06 hektar təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş faktiki döngə nöqtələrinin koordinatlarla məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadı ilə birlikdə Mərkəzə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsinə tərtib edilmiş xx.xx.2025-ci il tarixli texniki pasport sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli ekspert vəsatətində qeyd olunan materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin başlanğıcından, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinində olan torpaq sahəsinədək olan hissənin ölçüsü 0,14 hektar, hər ikisinin birlikdə ölçüsü isə 0,20 hektar təşkil edir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsindəyerləən fərdi yaşayış evinin ölçüləri 13m x 9m təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 05 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 07 yanvar 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli **********12-10301 reyestr nömrəli texniki pasport əsasında İsmayıllı rayonu Birinci Yeniyol kəndi ərazisində yerləşən 0,20 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində üumi sahəsi 92,40 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə İddiaçı mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 3-16-16/2-10/2340/2025 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində İddiaçı məxsus 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki ölçüsü ilə **********12-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan ölçüsünün üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, **********12-10301 reyestr nömrəli çıxarışda mübahisə predmeti olan torpaq sahəsi 0,20 hektar qeyd olunsa da baxış zamanı aparılan ölçü işləri nəticəsində İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin 0,14 hektar təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin 0,06 hektar təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş faktiki döngə nöqtələrinin koordinatlarla məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadı ilə birlikdə Mərkəzə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsinə tərtib edilmiş xx.xx.2025-ci il tarixli texniki pasport sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli ekspert vəsatətində qeyd olunan materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin başlanğıcından, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinində olan torpaq sahəsinədək olan hissənin ölçüsü 0,14 hektar, hər ikisinin birlikdə ölçüsü isə 0,20 hektar təşkil edir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsindəyerləən fərdi yaşayış evinin ölçüləri 13m x 9m təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı mülkiyyətçi qismində hüququnun hər cür pozuntularının aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməli, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının xüsusi mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsində cavabdeh ona məxsus 0,06 hektar torpaq sahəsində mişar daşı, qırmızı, ağ kərpicdən ibarət inşa etdirdiyi 13 m x 8 m ölçüdə 1 (bir) mərtəbəli kürsülu aynabəndli fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək götürülməsi və zəbt olunmuş 0,06 hektar torpaq sahəsinin ona təhvil verilməsi tələbində göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçının xüsusi mülkiyyətində olan 0.20 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.6 hektar hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsindən iddiaçının razılığı olmadan cavabdehin fərdi yaşayış evi inşa edərək istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Birinci Yeniyol kəndində 0,20 hektar həyətyanı torpaq sahəsində Cavabdeh ona məxsus 0,06 hektar torpaq sahəsində mişar daşı, qırmızı, ağ kərpicdən ibarət inşa etdirdiyi 13 m x 8 m ölçüdə 01 (bir) mərtəbəli kürsülu aynabəndli fərdi yaşayış evi Cavabdeh hesabına sökülərək götürülməli və zəbt olunmuş 0,06 hektar torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Birinci Yeniyol kəndində 0,20 hektar həyətyanı torpaq sahəsində Cavabdeh ona məxsus 0,06 hektar torpaq sahəsində mişar daşı, qırmızı, ağ kərpicdən ibarət inşa etdirdiyi 13 m x 8 m ölçüdə 01 (bir) mərtəbəli kürsülu aynabəndli fərdi yaşayış evi Cavabdeh hesabına sökülərək götürülsün və zəbt olunmuş 0,06 hektar torpaq sahəsi İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-376/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-376/2025
29.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver