Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-69/2025 21.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı cərimə məbləğinin azaldılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu İsmayılı kəndində yaşayan Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən səkkiz istifadə faktına görə hesablanmış 8143,2 manat məbləğində itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 101,45 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edərək İddiaçı tərəfindən təbii qazdan istifadə faktına görə 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli aktlara əsasən hesablanmış borcun Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə 3 illik iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə həmin hissədə iddiasının təmin edilməməsi, hesablanmış qaz sərfiyyatının Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə hesablamalar aparılmaqla müəyyən edilməsi, dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazdan maksimum 30 gün müddətində hesablanmaların aparılması və **********02650 abonent koduna işlənmiş 8812,8 manat debitor cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 21 dekabr 2018-ci il, 30 iyun 2020-ci il, 08 aprel 2022-ci il, 16 dekabr 2022-ci il, 28 aprel 2023-cü, 26 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 28 noyabr 2023-cü il və sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə ”Azəriqaz” İstehsalat Birliyinin, Ağsu RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli qərarlar qəbul edilərək Cavabdeh İsmayıllı XS-nin abonent bazasındakı **********02650 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 – 669,6 manat, 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 – 540 manat, 08 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 – 1036,8 manat, 16 dekabr 2022-ci il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 24190 m3 – 2903,04 manat, 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 12288 m3 – 1474,56 manat, 26 iyul 2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 4368 m3 – 524,16 manat, 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 2112 m3 – 253,44 manat, 28 noyabr 2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3 – 512,64 manat və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3 – 898,56 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən doqquz istifadə faktına görə ümumilikdə 8812,8 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892,7 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,6 manat itirilmiş təbii qazın dəyərinin, ümumilikdə 1592,7 manat məbləğin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən səkkiz istifadə faktına görə hesablanmış 8143,2 manat məbləğində itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 101,45 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, İddiaçı iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında göstərmişdir ki, cavabdeh qaz xəttinə səkkiz dəfə qanunsuz qoşulmuş, bu barədə yalnız bir dəfə inzibati protokol tərtib olunmuşdur. Cavabdeh öz hərəkətləri ilə qanunun tələblərini pozmaqda davam etmiş, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı iddia tələbi ilə razılaşmayaraq qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, itirilmiş təbii qazın dəyəri 8812,8 manat qeyd olunaraq onun **********02650 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsində hesablanmış qaz həcmini özlərinin müəyyən etdiyi əmsala vuraraq dəymiş ziyan hesablanmışdır. Fərdi yaşayış evində qaz sərfiyyatı saat hesabı ilə 0,75 kub metr olan 1 ədəd "İran istehsalı" olan (radiator) soba və 2,2 kub metr qaz sərfiyyatı olan 1 ədəd axınlı su qızdırıcısı olmuşdur. Qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrdə 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 6696 kub metr üçün hesablanmış 669,6 manat (4x12x90-6696) - 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasən 5400 kub metr üçün hesablanmış 540 manat (2.5 x 24 x 90-5400) - 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 8640 kub metr üçün hesablanmış 1036.8 manat (4x24x90-8640) - 16 dekabr 2022-ci tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 24192 kub metr üçün hesablanmış 2903.04 manat (4x24x90-8540) - 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 12288 kub metr üçün hesablanmış 1474,56 manat (4x24x128-12288) - 26 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 4368 kub metr üçün 524.16 hesablanmış (4x12x91-4368) - 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 2112 kub metr üçün hesablanmış 253,44 manat (4x12x44-2112) - 28 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 kub metr üçün hesablanmış 512.64 manat (4x24x-7488) - 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 kub metr üçün hesablanmış 898,56 manat (4x12x104-7488) olmaqla, ümumilikdə 8812,8 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) hesablanaraq abonent koduma işlənmişdir. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixl aktlara əsasən 4x12x90-6696 və 2.5 x 24 x 90-5400 kub metr hesablanmış və ondan tələb olunan borclar isə Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər olduğundan həmin tələblər üzrə 3 illik iddia müddəti ötmüşdür. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. 08 aprel 2022-ci il tarixli aktla hesablanmış 4x24x252-24192 kub metr, 16 dekabr 2022-ci tarixli aktla hesablanmış,4x24x90-8540 kub metr 28 aprel 2023-cü il tarixli aktla hesablanmış 4x24x128-12288 kub metr, 26 iyul 2023-cü il tarixli aktla hesablanmış 4x12x91-4368 kub metr, 31 avqust 2023-cü il tarixli aktla hesablanmış 4x12x44-2112 kub metr, 28 noyabr 2023-cü il tarixli aktla hesablanmış 4x24x78-7488 kub metr, 29 fevral 2024-cü il tarixli aktla hesablanmış 4x12x104-7488 kub metr itirilmiş qazın bərpası 2.95 kub metr müəyyən olunmalıdır. Belə ki, fərdi yaşayış evində qeydə alınmış 1 ədəd "İran istehsalı" olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0.75 kub metr və 1 ədəd axınlı su qızdırıcısının qaz sərfiyyatı isə 2.2 kub metr müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd qaz "İran istehsalı" olan (radiator) soba 0.75 kub metr + 1 ədəd axınlı su qızdırıcısı 2, 2 kub metr qaz sərfiyatı cami = 2.95 kub metr saat hesabı ilə qaz sərf olunuşdur. Lakin tərtib olumuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 2.5, 4 və 6 kub metr orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddəti 44-78-90-91-104- 128-252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur. Lakin isti hava şəraitində qazdan az istifadə olduğu halda Azəriqaz İB bunları nəzərə almamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə -1 (bir) ədəd "İran istehsalı" olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0.75 kub metr və -1 (ədəd) axınlı su qızdırıcısı 2.2 kub metrdir. Lakin cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir aktlar tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazlarına uyğun olaraq təbii qazdan istifadə olunması maksimum 30 gün müddətində hesablanmaqla cərimənin ümumi məbləği azaldılmalıdır. Hesab edir ki, ötən dövr ərzində sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarını pozmağı nəticəsində 8812,8 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5.3 bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylacısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkarın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəməyə təqdim etdiyi **********02650 saylı abonentin saldosundan görünür ki, tərtib olunmuş aktlar əsasında "Azəriqaz "İstehsalat Birliyinə ümumilikdə 8812.80 manat qalıq borcu yaranmışdır. Hesab edir ki, itirilmiş təbii qazın həmin məbləğdə ondan tələb edilməsi əsassızdır. Ona görə də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Presessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 78.1-ci, 80-cı, 81-ci, 217-ci və Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddələrinin tələblərinə əsasən "X1 tərədən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamə əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsini, 29 aprel 2022-ci il tarixli tələbnamə əsasında hesablanmış 4x24x90-8640 kub metr, 30 dekabr 2022-ci tarixli tələbnamə əsasında hesablanmış 4x24x252-24192 kub metr, 28 aprel 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x24x128-12288 kub metr, 31 iyul 2023-cü il tarixli tələbnamə əsasında hesablanımış 4x12x91-4368 kub metr, 31 avqust 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x12x44-2112 kub metr, 30 noyabr 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x24x89-4272 kub metr və 29 fevral 2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 6x12x104-7488 kub metr qaz sərfiyyatının Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazın maksimum 30 gün müddətində hesablanması və **********02650 abonent koduna işlənmiş 8812,8 (səkkz min səkkiz yüz on iki manat səksən qəpik) manat cərimə borcunun azaldılması barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə Cavabdeh iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbi üzrə cərimələrin azaldılması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X3 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi qazın dəyərini təqdim olunmuş hesab üzrə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2020- ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 5400 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 23 sentyabr 2020-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. -İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892,7 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin, ümumilikdə 1592,70 manat məbləğin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 aprel 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 8640 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 24192 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 12288 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 iyul 2023cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 4368 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 avqust 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 2112 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 4272 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 fevral 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 7488 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 24 oktyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh adına olan **********02650 nömrəli abonent koduna 2018-ci ilin dekabr ayının sonuna 6696 m3 təbii qazın dəyəri 669,6 manat, 2020-ci ilin iyun ayının sonuna 5400 m3 təbii qazın dəyəri 540 manat, 2022-ci ilin aprel ayının sonuna 8640 m3 təbii qazın dəyəri 1036,8 manat, 2022-ci ilin dekabr ayının sonuna 24192 m3 təbii qazın dəyəri 2903,04 manat, 2023-cü ilin aprel ayının sonuna 12288 m3 təbii qazın dəyəri 1474,56 manat, 2023-cü ilin iyul ayının sonuna 4368 m3 təbii qazın dəyəri 524,16 manat, 2023-cü ilin avqust ayının sonuna 2112 m3 təbii qazın dəyəri 253,44 manat, 2023-cü ilin noyabr ayının sonuna 4272 m3 təbii qazın dəyəri 512,64 manat, 2024-cü ilin fevral ayının sonuna 7488 m3 təbii qazın dəyəri 898,56 manat borc vurulmuş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 21 dekabr 2018-ci il, 30 iyun 2020-ci il, 08 aprel 2022-ci il, 16 dekabr 2022-ci il, 23 aprel 2023-cü, 26 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 28 noyabr 2023-cü il və sonuncu dəfə 29 fevral 2024-cü il tarixlərdə ”Azəriqaz” X2 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Cavabdeh tərtyib olunmuş aktları imzalamamışdır. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)- 570/2020 nömrəli qətnaməsinə və İddiaçı İB-nin X3 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq tələbnamələrə əsasən 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 – 669,6 manat, 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 – 540 manat, 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 – 1036,8 manat, 30 dekabr 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 24190 m3 – 2903,04 manat, 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 12288 m3 – 1474,56 manat, 31 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4368 m3 – 524,16 manat, 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 2112 m3 – 253,44 manat, 30 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4272 m3 – 512,64 manat və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 7488 m3- 898,56 manat sayğacdan kənar əlavə qaz xəttindən doqquz istifadə faktına görə Cavabdeh abonent koduna cəmi 8812,80 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(037)-570/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh törətdiyi əmələ görə 23 sentyabr 2020-ci il tarixli qərarla AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdır. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərədən 21 dekabr 2018-ci il və xx.xx.2020-ci il tarixli tələbnamə əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsini, 29 aprel 2022-ci il tarixli tələbnamə əsasında hesablanmış 4x24x90-8640 kub metr, 30 dekabr 2022-ci tarixli tələbnamə əsasında hesablanmış 4x24x252-24192 kub metr, 28 aprel 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x24x128-12288 kub metr, 31 iyul 2023-cü il tarixli tələbnamə əsasında hesablanımış 4x12x91-4368 kub metr, 31 avqust 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x12x44-2112 kub metr, 30 noyabr 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4x12x89-4272 kub metr və 29 fevral 2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 6x12x104-7488 kub metr qaz sərfiyyatının Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazın maksimum 30 gün müddətində hesablanması və **********02650 abonent koduna işlənmiş 8812.80 (səkkz min səkkiz yüz on iki manat səksən qəpik) manat cərimə borcunun azaldılması barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə ilkin və qarşılıqli iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istifadəsində olan qaz xəttinə təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman Cavabdeh mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən səkkiz dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 8143,2 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, Cavabdeh təbii qazdan qanunsuz olaraq səkkiz dəfə istifadə etdiyi müəyyən olunsa da İddiaçı tərəfindən tərtib olumuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2.5, 4 və 6 kub metr, orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddətini 44-89-90-91-104-128- 252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdeh qanunsuz qaz xəttindən 8143,2 manat dəyərində təbii qazdan istifadə etməsinə dair İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda Cavabdeh qaz xəttinə səkkiz qanunsuz qoşulması faktı ilə bağlı tərtib olunmuş yalnız bir akt üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş, Cavabdeh törətdiyi əmələ görə Azərbaycan Respublikası İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin olunmalı, Cavabdeh özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 540 manat cərimə məbləği azaldılaraq 90 manat (2,5 x 12 x 30 = 900 m3 x 10 = 90 manat), 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 1036,80 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 2903,04 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 1474,56 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 524,16 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 253,44 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 512,64 manat cərimə məbləği azaldılaraq 172,80 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 898,56 manat cərimə məbləği azaldılaraq 259,20 manat (6 x 12 x 30 = 2160 m3 x 12 = 259,20 manat) cəmi 1386 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçı Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamələr əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsinə münasibət bildirərək qeyd edir ki, 21 dekabr 2018-ci il tarixli tələbnamə üzrə Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bundan başqa Cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə vaxtaşırı ödənişlər etmişdir. Həmin ödənişlərin tərtib olunmuş tələbnamələr üzrə cərimə məbləğindən və ya istifadə olunan qaz sərfiyyatına görə ödəniş olması barədə Cavabdeh tərəfindən sübut etmə yükü onun üzərində olmasına rəğmən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən və Cavabdeh bu sübutu təsdiq edən sənədi təqdim etmədiydən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələblərinin təmin edilmiş məbləği 1386 manat olduğundan ilkin iddia tələbi üzrə Cavabdeh 33,86 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməli, İddiaçı tərəfindən 101 manat 45 qəpik dövlət rüsumu ödənilməsi nəzərə alınmalı, ödənilmiş rüsumun 67,59 manat hissəsi İddiaçınə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********02650 nömrəli abonent koduna vurulmuş 8143,2 manat cərimə məbləği - 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 540 manat azaldılaraq 90 manat (2,5 x 12 x 30 = 900 m3 x 10 = 90 manat), 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1036,8 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat), 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 2903,04 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat), 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1474,56 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 524,16 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 253,44 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 512,64 manat azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,80 manat), 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 898,56 manat azaldılaraq 259,2 manat (6 x 12 x 30 = 2160 m3 x 12 = 259,2 manat) cəmi 1386 manat müəyyən edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh 33,86 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 101 manat 45 qəpik dövlət rüsumunun 67,59 manat hissəsi İddiaçınə aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-69/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-69/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver