Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-721/2023 17.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 17 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) əsassız varlanma nəticəsində əldə etdiyi 4628,37 manat və 66,28 manat dövlət rüsumunun tutularaq iddiaçı laṫ ıpaK“ Bank” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus iki ədəd plastik kart istifadəçisi olmuş və həmin plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesablarından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından xx.xx.2022xx.xx.2022-ci il tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh iddiaçıya 883,23 manat və 3745,14 manat ziyan vurmuşdur. İddiaçı tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi cəmi 4628,37 manat pul və 66,28 manat dövlət rüsumunun tutularaq iddiaçı laṫ ıpaK“ Bank” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 08 may 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən müəyyən edilir ki, cavabdeh kart hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında 3745,14 manat “onlayn” ödəniş əməliyyatları həyata keçirmişdir. 10 may 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən müəyyən edilir ki, cavabdeh kart hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında 883,23 manat “onlayn” ödəniş əməliyyatları həyata keçirmişdir. 17 aprel 2023-cü il tarixli 16/T2201 nömrəli bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən 4628,37 manat məbləğində borcunun ödənilməsi 5 təqvim günü ərzində tələb edilmiş, əks halda müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 26 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 66,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus iki ədəd plastik kart (******************** və **********91********) istifadəçisi olmuş və həmin plastik kart hesablarından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh iddiaçıya cəmi 4628,37 manat ziyan vurmuşdur. Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 66,28 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 4628,37 manat pul və 66,28 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, cavabdehə məxsus kart hesabına bank tərəfindən texniki səhv olaraq keçirilmiş vəsait, əsassız olaraq cavabdeh tərəfindən çıxarılmışdır. Göründüyü kimi, həmin vəsaitin çıxarılması heç bir müqavilə və hüquqi əsasa dayanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 4628,37 manat pul və 66,28 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 4694 (dörd min altı yüz doxsan dörd) manat 65 (altmış beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-721/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-721/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver