Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-753/2024 19.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 19 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 9628,4 manat vurulmuş maddi ziyan, 104 manat ödənilmiş mediasiya xərci və 67 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, cavabdehlə həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 143x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onumaddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 752 saylı əmrindən göründüyü kimi, “Oba – İsmayıllı 1” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxsin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 4132,36 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş, cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, qarşılaşdırma zamanı vurulan artıq və əskik malların tanış olmuş, sayımla bağlı heç bir etirazı olmamış və komissiya üzvlərindən narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh İnventarizasiya Siyahısını və yekun Aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 1564 saylı əmrindən göründüyü kimi, “Oba – İsmayıllı 1” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixləri üzrə faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 6187,21 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş, cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayım qaydalara uyğun keçirilmiş, sonda qarşılaşdırma olmuş, əskik malları ilə tanış olmuş, sayımla bağlı heç bir etirazı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh İnventarizasiya Siyahısını və yekun Aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2023-cü il tarixli, 210 saylı əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,15 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 9628,4 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də heç bir ödəniş həyata keçirilməmiş, habelə mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli mümkün olmamışdır. Cavabdehdən 9628,4 manat vurulmuş maddi ziyan, 104 manat ödənilmiş mediasiya xərci və 67 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X1 eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərdi ki, cavabdeh məhkəməyə foto şəkillər və video yazı təqdim edərək marketdə ərzaq mallarının saxlanılması yerində olan natəmizlik və gəmiricilər tərəfindən ziyan vurulması ilə bağlı dəfələrlə rəhbərliyə məlumat verdiyini və bu səbəbdən onun həmin mallarda olan əksikliklərdən məsuliyyət daşımaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, sözgedən tələblə məhkəməyə müraciət edilənə qədər marketdə olan ərzaq mallarında olan ziyanın məbləği müəyyənləşdirilmiş, cavabdehin iddia etdiyi malların ziyan həcmi müəyyənləşdirilərək ümumi ziyan təxminən iyirmi min manata yaxın hesanalanmış, cavabdehin məsuliyyət daşıdığı məbləğ isə 9628,4 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin maddi məsuliyyət həcmi iyirmi min, yəni əksik gəlmiş ümumi mallara görə deyil, məhz onun maddi məsuliyyət daşıdığı ərzaq mallarına görədir. Eyni zamanda cavabdehə əmək haqqından çıxılmaların olması, mükafatların verilməməsi barədə tələbi hazırki iddianın predmeti deyildir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2022-ci ilin sentyabr ayından İsmayıllı şəhərində yerləşən “Oba – 7” mağazasında “satıcıkassir” kimi fəaliyyətə başlamışdır. Sonradan “Oba – 1” mağazasına “administrator” vəzifəsinə təyin edilib fəaliyyətini həmin mağazada davam etdirmişdir. Mağazada işlədiyi müddətdə vəzifə və öhdəliklərini düzgün yerinə yetirmişdir. Həmin müddətdə mağazada yaranan problemlər haqqında, yəni mağazanın deposunu gəmiricilərin yararsız hala salması, sistemin düzgün işləmədiyi üçün satışın stokdan silinməsi və digər problemlər haqqında satış müdirinə, bölgə müdirinə dəfələrlə müraciət bildirmişdir. Şirkətin təyin etdiyi daxili nəzarətin əməkdaşı da dəfələrlə yoxlama nəticəsində mağazada olan problemlər haqqında şirkətə məlumat vermişdir. Bölgə müdirinin də şirkətə məlumat verməsinə baxmayaraq problemin aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Nəticədə şirkətin 2023-cü ilin aprel və sentyabr aylarında keçirtdiyi sayım yoxlaması nəticəsində ortaya çıxan əksiklərin cəmi onun üzərində qalmışdır.aprel ayında keçirilən sayımdan sonra onun maaşından may, iyun və iyul aylarında sayım əksikliyinə görə tutulmuş, avqust ayında isə ümumiyyətlə maaş verilməmişdir. Mağazada yaranan problemlərin heç birinin onun məsuliyyətsizliyinin səbəbi olmamışdır. Ona dəymiş ziyanın şirkət tərəfindən ödənilməsini iddia edir. Hansı ki, şirkətin səhv qərarlarına görə maaşdan tutulmuş hissələr, axırıncı iş ayının maaşı verilməməsi və hələ də gecikdirilməsi var. 2023-cü ilin aprel ayından başlayaraq əmək haqqı azalmışdır. Həmin aydan maddi ziyana görə əmək haqqından tutulmalar olmuşdur. Təxmini hesablamlarına görə 1350 manat maddi ziyan məbləği onun əmək haqqından tutulmuşdur. O, işdən çıxdıqda məzuniyyət pulu və son haqq-hesab məbləği verilməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 01 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında 01 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək cavabdehin İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. 14 sentyabr 2022-ci il tarixli əmək müqaviləsin əlavənin surətindən görünür ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik olunaraq 14 sentyabr 2022-ci il tarixdən cavabdehin İddiaçı MMC-də administrator vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. 14 sentyabr 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 10 may 2023-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısının surətindən görünür ki, 20 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində yerləşən “OBA-İsmayıllı 1” mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 4132,36 manat müəyyən edilmişdir. 09 oktyabr 2023-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısının surətindən görünür ki, 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində yerləşən “OBA-İsmayıllı 1” mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 6187,21 manat müəyyən edilmişdir. 22 sentyabr 2023-cü il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-4132,36 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 13 oktyabr 2023-cü il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-6187,21 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 04 oktyabr 2023-ci il tarixli DN-6239 nömrəli xəbərdarlığın surətindən görünür ki, 9628,4 manat qalıq borcun üç gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 12 yanvar 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4132,36 manat və xx.xx.2023-cü il tarixində 6187,21 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 9628,4 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 18 yanvar 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 9628,4 manat təşkil edir. "xxxx" MMC-nin 390 nömrəli arayışından görünür ki, “Oba-İsmayıllı 1 (884)” mağazasının keçmiş administratoru Cavabdeh 2023-cü ilin aprel ayı üçün 355,25 manat əmək haqqı, 229,62 manat mükafat məbləği, may ayı üçün 355,25 manat əmək haqqı, iyun ayı üçün 355,20 manat əmək haqqı, iyul ayı üçün 355,22 manat əmək haqqı, avqust və sentyabr ayının işlənmiş günləri və son haqq hesab üçün 430,63 manat bank hesabı vasitəsi ilə almışdır. 24 aprel 2024-cü il tarixli, MŞQ/MT035-2024-255 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən 104 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olmaqla, **********nömrəli qəbzə əsasən 01 may 2024-cü il tarixdə iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında 01 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək cavabdehin İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. Bundan sonra 01 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik olunaraq 14 sentyabr 2022-ci il tarixdən cavabdehin İddiaçı MMC-də administrator vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 20 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində yerləşən “OBA-İsmayıllı 1” mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 4132,36 manat müəyyən edilmişdir. 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində yerləşən “OBA-İsmayıllı 1” mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 6187,21 manat müəyyən edilmişdir. 22 sentyabr 2023-cü il tarixli imtina aktına əsasən maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-4132,36 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 13 oktyabr 2023-cü il tarixli imtina aktı üzrə isə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də araşdırılmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-6187,21 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 04 oktyabr 2023-ci il tarixli DN-6239 nömrəli xəbərdarlıqla 9628,4 manat qalıq borcun üç gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 12 yanvar 2024-cü il tarixli arayışa əsasən cavabdehlə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4132,36 manat və xx.xx.2023-cü il tarixində 6187,21 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 9628,4 manat borcu qalmışdır. Beləliklə, cavabdehin 18 yanvar 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 9628,4 manat təşkil edir. "xxxx" MMC-nin 390 nömrəli arayışına əsasən “Oba-İsmayıllı 1 (884)” mağazasının keçmiş administratoru Cavabdeh 2023-cü ilin aprel ayı üçün 355,25 manat əmək haqqı, 229,62 manat mükafat məbləği, may ayı üçün 355,25 manat əmək haqqı, iyun ayı üçün 355,20 manat əmək haqqı, iyul ayı üçün 355,22 manat əmək haqqı, avqust və sentyabr ayının işlənmiş günləri və son haqq hesab üçün 430,63 manat bank hesabı vasitəsi ilə almışdır. İddiaçının nümayəndəsi cavabdehdən 9628,4 manat vurulmuş maddi ziyan, 104 manat ödənilmiş mediasiya xərci və 67 manat ödənilmiş dövlət rüsumu vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin etiraz mülahizəsində göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, cəmiyyət tərəfindəən onun əmək haqqının ödnilməməsi və ya əksik ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi olmadığından məhkəmə bu hissəni araşdırmadan, cavabdehə sözügedən mübahisə ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmə hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına göstərilənlərə əsasən xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı təşkilata 9628,4 manat məbləğinə ziyan vurduğu sübuta yetirildiyindən, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 104 manat ödənilmiş mediasiya xərci və 67 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9628,4 manat vurulmuş maddi ziyan, 104 manat ödənilmiş mediasiya xərci və 67 manat ödənilmiş dövlət rüsumu – cəmi 9799 (doqquz min yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik tutularaq İddiaçınə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-753/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-753/2024
19.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver