Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-88/2025 17.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın və borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı cərimə məbləğinin azaldılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yaşayan Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 5989,8 manat itirilmiş qazın dəyərinin, mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat debitor borcun, 85,7 manat ödənilmiş dövlət rüsumunun və 0,8 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edərək qarşılıqlı iddia tələbinin rədd edilməsi, itirilmiş qaz dəyərinin yeddi gün üçün hesablanmaqla qalan məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2023-cü il və 18 may 2023cü il tarixlərdə ”Azəriqaz” X3 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu Müdürsə kəndində yaşayış qeydiyyatında olan Cavabdeh məxsus İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli qərarlar qəbul edilərək Cavabdeh İsmayıllı XS-nin abonent bazasındakı **********04320 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 17 mart 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 43800 m - 5256 manat, 18 may 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 6115 m - 733,8 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 2 (iki) istifadə faktına görə ümumilikdə 5989,8 itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Bundan başqa cavabdehin mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filalına göndərilmiş, 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 5989,8 manat itirilmiş qazın dəyərinin, mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat debitor borcun, 85,7 manat ödənilmiş dövlət rüsumunun və 0,8 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək işə ştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Müdürsə kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi ev 52 ünvanında fərdi yaşayış evi vardır. Övladı Bakı şəhərində ali məktəbdə təhsil alması səbəbindən 3 ildir ki, Bakı şəhərinə köçərək orada yaşayır. 2023-cü ilin mart ayının 17-də novruz bayramı münasibətilə İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi ev 52 ünvanında fərdi yaşayış evinə gəlmişlər. Təbii qazdan "smart" tipli sayğacdan istifadə edir və ödəniş "kartı" Bakı şəhərində yaşadığı evdə qalmışdır. Bu səbəbdən hesaba ödəniş edib qazdan qanuni qaydada istifadə edə bilməmişdir. Havanın hərarəti son dərəcə aşağı olduğu üçün sayğacdan kənar qaz borusuna müdaxilə edərək bir otağın qızdırılmasını təmin etmişdir. 24 mart 2023-cü il tarixdə cavabdehin nümayəndələri bunu aşkar etmiş, borunu qaynaqla bərkidib getmişlər. 2023-cü ilin may ayının 17-də təkrarən evə gələrkən həmin hissədən qaz sızdığını görüb rezin boru ilə bağlamışdır. Növbəti gün cavabdehin nümayəndələri bunu aşkar edərək qazdan qanunsuz istifadə kimi qiymətləndirmişlər. Birinci fakta görə 5256 manat, ikinci fakta görə isə 733,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq abonent koduna vurulmuş, iddia ərizəsi ilə 5989,8 manat məbləğində itirilmiş qazın dəyərinin və mənzildə istifadə edilmiş, lakin ödənilməmiş 577,65 manat məbləğində debitor borun, 85,7 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. "Azəriqaz” İstehsalat Birliyinin bu iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. Həmin qaz xəttindən cəmi 7 gün istifadə etmişdir. Ona görə də hesablanmış borc məbləği ilə razı deyil və hesab edir ki, bu tamamilə qanunsuzdur. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir. Əgər onun evində sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi sayğacdan kənar qaz xəttindən istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. İddiaçı İB-nin əməkdaşları 03 noyabr 2023cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. "Azəriqaz" İB-nın istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə gəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə gəbul edilmədiyindan həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Ona görə də itirilmiş qazın dəyərinin yeddi gün üçün hesablanmaqla qalan məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Cavabdeh iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tərəflər arasında bağlanmış 14 iyul 2017-ci il tarixli 7988 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin” surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin mənzilində qeyri-qanuni qaz xəttin birləşmə aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X4 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən 2 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün (2x1,2x24x365=21024 m3), 1 ədəd axımlı su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün (2,6x24x365=22776 m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 may 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, təkrar baxış keçirilən zaman abonentin mənzilində sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X4 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən 2 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 2,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün, 1 ədəd axımlı su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə (Təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) əsasən, fiziki şəxs qismində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. -Təqdim olunmuş fotoşəkillər Cavabdeh qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən sübut kimi qəbul edilməlidir. -MN ******* nömrəli 29 avqut 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 05 fevral 2023-cü il tarixdən 24 mart 2023-cü il tarixədək Cavabdeh sayğacdan kənar qeyri-qanuni qaz xətii vasitəsilə təbii qazdan istifadə edərək 691,10 manat məbləğində ziyan vurmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. -Xəbərdarlığın surətindən görünür ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 31 oktyabr 2024-cü il tarixə yaranmış 6577,45 manat borc məbləğinin beş gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 19 noyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, 2024-cü ilin noyabr ayının sonuna Cavabdeh **********04320 nömrəli abonent koduna 6567,45 manat borc vurulmuşdur ki, bunun 5256 manat hissəsi 2023-cü ilin mart ayının sonuna, 733,8 manat hissəsi 2023-cü ilin may ayının sonuna akt əsasında hesablanmış borc, 577,65 manat isə təbii qazdan istifadəyə görə yaranmış borcdur. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. -06 dekabr 2022-ci il tarixli ********** nömrəli və 19 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən 85,7 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 27 mart 2023-cü il və 18 may 2023-cü il tarixlərdə ”Azəriqaz” X3 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri Ə.Hüseynov küçəsində Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Cavabdeh tərtib olunmuş aktları imzalamamışdır. İddiaçı İB-nin X4 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli tələbnaməyə əsasən 27 mart 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 43800 m3 - 5256 manat və 18 may 2023-cü il tarixli tələbnaməyə əsasən 18 may 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6115 m3 - 733 manat sayğacdan kənar əlavə qaz xəttindən iki istifadə faktına görə Cavabdeh abonent koduna cəmi 5989,8 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh törətdiyi əmələ görə 29 avqust 2023-cü il tarixli qərarla AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh 2022-ci ildən 2024-cü ilin noyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı ona qarşı 5989,8 manat itirilmiş qazın dəyərinin və mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat debitor borcun, 85,7 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, itirilmiş qazın 7 gün üçün hesablanmaqla qalan məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə ilkin və qarşılıqli iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istifadəsində olan qaz xəttinə təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman Cavabdeh mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən iki dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 5989,8 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, Cavabdeh təbii qazdan qanunsuz olaraq iki dəfə istifadə etdiyi müəyyən olunsa da İddiaçı tərəfindən tərtib olunmuş tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2, 2.4, 2.5 və 2.6 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddətini 365 və 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdeh qanunsuz qaz xəttindən 5989,8 manat dəyərində təbii qazdan istifadə etməsinə dair İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də Cavabdeh əməli tərtib edilmiş sənədlərlə yanaşı, özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı qismən təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən tərtib olunmuş Cavabdeh mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********04320 nömrəli abonent koduna vurulmuş 5989,8 manat cərimə məbləği – 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 5256 manat azaldılaraq 216 manat (2 x 1,2 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,6 x 12 x 30 = 936 m3 x 12 = 112,32 manat), 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 733 manat azaldılaraq 211,68 manat (2,4 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,5 x 12 x 30 = 900 m3 x 12 = 108 manat) cəmi 427,68 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə ilkin iddia tələbinin istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh tələb olunan 577,65 manat İddiaçı İB-nin X4 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2017-ci il tarixli 7988 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə” əsasən mənzilində istifadə etdiyi təbii qazın dəyəri olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələblərinin təmin edilmiş məbləği 427,68 manat olduğundan ilkin iddia tələbi üzrə Cavabdeh 30,06 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməli, İddiaçı tərəfindən 85,7 manat dövlət rüsumu ödənilməsi nəzərə alınmalı, ödənilmiş rüsumun 55,64 manat hissəsi İddiaçınə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********04320 nömrəli abonent koduna vurulmuş 5989,8 manat cərimə məbləği – 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 5256 manat azaldılaraq 216 manat (2 x 1,2 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,6 x 12 x 30 = 936 m3 x 12 = 112,32 manat), 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 733 manat azaldılaraq 211,68 manat (2,4 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,5 x 12 x 30 = 900 m3 x 12 = 108 manat) cəmi 427,68 manat müəyyən edilsin. Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə yaranmış 577,65 manat borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. İlkin iddia tələbi üzrə Cavabdeh 30,06 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 85,7 manat dövlət rüsumunun 55,64 manat hissəsi İddiaçınə aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-88/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-88/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver