Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-91/2024 22.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 22 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2537.25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün ödənilmiş xərc və 60 manat mediasiya üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan,vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı ASC ilə Cavabdeh arasında 18 aprel 2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən işçi İddiaçı QSC-yə (hazırda İddiaçı ASC) satıcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 18 aprel 2020-ci il tarixindən İddiaçı ASC-nin İsmayıllı rayonunda yerləşən anbarında anbardar-satıcı vəzifəsində çalışmışdır. Cavabdehlə iddiaçı arasında “tam maddi məsuliyyət haqqında” fərdi müqavilə də bağlanmışdır. Cavabdeh iddiaçıdan 361.222 kq malları təhvil-təslim aktlarına uyğun olaraq təhvil almış, həmin malların 268778,91 kq-nı satmış, 84141,61 kq malları digər anbarlara təhvil vermiş, 5250 kq-lıq mal ilə bağlı silinmə aparılmış, qalıq mallar 3051,48 kq olmalı idi, lakin yoxlama nəticəsində müəyyən olundu ki, cavabdeh tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 3051,48 kq-yəni 15 noyabr 2022-ci il tarixində olan satış qiymətlərinə uyğun olaraq 3342,03 manat çatışmazlıq-əskikgəlmə və 47,34 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq (3342,03+47,34) yekunda 3389,37 manat kənarlaşma-mənimsəmə yaranmışdır. Cavabdeh müqavilə tələblərinə riayət etməmiş, ümumilikdə iddiaçıya 3389,37 manat məbləğində ziyan vurulmuşdur. 17 oktyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən 852,12 manat ödənilsə də,qalan məbləğ ödənilməmişdir.Hazırda dəymiş ziyan 2537,25 manat təşkil edir.Cavabdeh tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli izahatdan da görünür ki, cavabdeh özü də malların əskik gəlməsini təsdiq edir.Belə ki, həmin izahatda cavabdeh qeyd edir ki, Ammofos Evroxim-3016,123 kq, Azot Evroxim- 253 kq, Buğda toxumu qırmızı gül-111 kq, Karbomid Sokar-323 kq,Nitro Amofos mini-36 kq malları əskik gəlir. Anbar qalıqlarının sayımın nəticələri haqqında aktın əslindən görünür ki, anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə sayım keçirilmişdir və müəyyən olunmuşdur ki, Ammofos Phosagro-0,285 kq, Ammofos Evroxim – 3016,123 kq, X3-253 kq,X4-0,121 kq,Buğda toxumu qırmızıgül-111 kq, Karbomid Socar - 323 kq,Nitroammofos minudibreniya –36 kq-lıq malları anbarda aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş auditor hesabatının əslindən görünür ki, cavabdeh tərəfindən məsul olduğu anbar üzrə 3051,48 kq-yəni 15 noyabr 2022-ci il tarixində olan satış qiymətlərinə uyğun olaraq 3342,03 manat çatışmazlıq-əskikgəlmə və 47,34 manat daxil olmamış vəsait nəzərə alınaraq yekunda 3389,37 manat kənarlaşma-mənimsəmə yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə”nin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi Cavabdeh “inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması,görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: b) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydiyə qalmalıdır, eyni zamanda idarəyə,müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır.Maddi sərvətlər dedikdə aşağıdakılar nəzərdə tutulur: -Maddi məsul şəxsin tutduğu vəzifədən asılı olaraq ona təhvil verilmiş mallar və həmin malların satışından əldə edilmiş vəsait. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə,təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir.” 18 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, “Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına,səhhətinə,maddi,istehsal,kommersiya maraqlarına,Qanunla qorunan mənafelərinə ziyan vurarsa,digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.” Həmin müqavilənin 5.4-cü bəndində göstərilmişdir ki, “tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər.Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.” Məsələnin məhkəməyə qədər nizama salınması məqsədilə Mediasiya Təşkilatına müraciət olunmuş,lakin mediasiya Təşkilatında razılıq əldə olunmamışdır,ona görə də mediator tərəfindən müvafiq arayış verilmişdir. Hazırda cavabdehin iddiaçıya 2537.25 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehin borcunu ödəmədiyindən əmin olduqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən 2537.25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün ödənilmiş xərc və 60 manat mediasiya üçün ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla iddiaçı arasında 2020-ci ildə bir ay müddətinə 18 may 2020-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında İddiaçı ASC-də satıcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə aralarında əmək müqaviləsi bağlandıqdan sonra işə başlamışdır. İşə başladıqdan sonra iddiaçıya məxsus gübrələri sataraq pulunu şirkətin əməkdaşlarına vermişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur. Şirkətin əsas fəaliyyət istiqaməti olaraq Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən "Ammofos Evroxim”, “Azot Evroxim”, “Karbomid Sokar” və "Nitro Amofos” kimyəvi məhsulların satışını təşkil etməkdir. Bu məqsədlə şirkətə işə qəbul olunmuşdur.Ötən dövr ərzində şirkətdən qəbul etdiyi gübrəyə görə onunla şirkət arasında heç bir narazılıqları olmamış və sonuncu hesabatda 3016.123 kq "Ammofos Evoxim” məhsulunun adında qaldığını bildirmişdir.O da,həmin şirkətə ona verilmiş 3016.123 kq "Ammofos Evoxim” kübrəsini təhfil verməyə hazır olduğunu bildirsə də, şirkət bu təklifini qəbul etmək istəməmişdir. 3016.123 kq gübrənin dəyərini ondan tələb etmişdir. Hər dəfə ondan tələb etdiyi məbləğlər fərqli olmuşdur. Beləliklə,gübrənin dəyərinə uyğun olaraq, şirkətə,xx.xx.2023-cü il tarixdə 695 manat, xx.xx.2023-cü il tarixdə 74.19 manat, xx.xx.2023-cü il tarixdə 328.80 manat və xx.xx.2023-cü il tarixdə 852.12 manat olmaqla ümumilikdə 1950.11 manat vəsait ödəmişdir. Lakin,şirkət yalnız sonuncu 17 oktyabr 2023-cü il tarixdə 852.12 manat ödəniş məbləğini qeydə almış qalan ödənişlərini ört-bastır etməyə çalışmışdır. Belə olan halda "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC hansı əsaslarla ondan əlavə vəsait tələb edir.Qeyd etmək istəyir ki, ilk əvvəl işə başladığı zaman vətəndaşlar tərəfindən aparılacaq bütün ödənişlər aparat vasitəsi ilə aparılacağı bildirilmişdir.Bu məqsədlə ondan şirkətin depozit hesabına 1000 (bir min) manat ödəniş etməyi tələb etmişdilər. O, da həmin ödənişi aparmışdır.Ödəniş aparıldıqdan sonra ona "Mobes” adlanan aparat verilmişdir. Şirkətin rəhbərliyinin tapşırığına əsasən ona verilmiş "Mobes” tipli aparat şirkətlə əmək müqaviləsinə rəsmi xitam verildikdən sonra ondan alınaraq depazit hesaba ödədiyi 1000 manat məbləğin ona geri qaytarılacağı bildirilmişdir. Hal hazırda ona verilmiş "Mobes” tipli aparat fəaliyyət göstərmir. Dəfələrlə sözügedən aparatı şirkətə təhfil vermək və şirkətin depazit hesabına ödədiyi 1000 manatı geri almaq istəsə də, şirkət həmin aparatı qəbul etməkdən imtina edir. Müxtəlif vasitələrlə, qəbul etdiyi gübrənin satış dəyəri hər dəfə müxtəlif rəqəmlərlə qeyd edilir və ondan həmin vəsaiti ödəməyi tələb edirlər. İddiaçı iddia ərizəsində onun müqavilə tələblərinə riayət etmədiyini, ümumilikdə şirkətə 3389.37 manat məbləğində ziyan vurduğunu, həmin məbləğdən 17 oktyabr 2023-cü il tarixdə 852.12 manat ödənildiyini, ödənilməmiş qalan, 2537.25 manat məbləğdə vurulmuş ziyanın, əlavə olaraq audit hesabatının aparılması üçün ödənilmiş 500 manat xərc, mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun ondan alınıb "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə ödənilməsini qeyd etmişdir. İddiaçının iddiasına münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində göstərilən 2537.25 manat məbləği şişirdilmiş rəqəmdir və göstərilən məbləğ həqiqəti əks etdirmir. Onun iddiaçıya 2537.25 manat deyil, 427 manat borcu qalmışdır və həmin məbləği iddiaçıya ödəyəcəkdir. Eyni zamanda iddia tələbində qeyd edilmiş audit hesabatının aparılması üçün ödənilmiş 500 manat xərci və mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumu məbləğini qəbul etmir. İddia tələbini qismən 427 manat vurulmuş ziyan hissəsində qəbul edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 18 aprel 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC ilə Cavabdeh arasında 18 aprel 2020-ci il tarixdən 18 may 2020-ci il tarixədək əmək müqaviləsi bağlanmış və sonuncu müqavilənin 3.1-ci bəndinə əsasən malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsi, sifarişlərin vaxtı-vaxtında toplanması və təhvil verilməsi, təhkim olunmuş pos-terminal və kassa aparatları vasitəsi ilə Cəmiyyətə aid olmayan əməliyyatların aparılmaması, həyata keçirilmiş əməliyyatların (satış,anbarlararası yerdəyişmə və sair) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi,həyata keçirilən satışlara uyğun olaraq, əməliyyatın sonunda faktiki mal qalığının Cəmiyyətin proqram təminatı sistemində göstərilən miqdarda eynilik təşkil etməsinə cavabdehlikləri, kontragent (müştəri) yaradarkən adını, FİN və kart nömrəsini düzgün qeyd etmək, satış həyata keçirilən vaxtda realizasiya sənədini (MOBİS üzərindən) yaratmaq,hər hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək,realizasiya sənədi əsasında kassa mədaxil sənədini yaratmaq, hər-hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək, POS terminala (70%) və PKO (30%) vurulmalı məbləğlər düzgün olmalı,müştərinin borcu qalmamasına əməl etmək, gün ərzində satıcı-xəzinədar tərəfindən aparılmış əməliyyatlara nəzarət etmək, günün sonunda xəzinəni sayaraq qəbul etmək və şirkətin bank hesabına mədaxil edilməsini təmin etmək, heç bir halda Banka məxsus ödəniş terminalı, kassa aparatı və 1C proqramının kodlarını başqa şəxslərə verməməyi, anbar təhlükəsizliyi təlimatlarına əməl etmək və müvafiq təhlükəsizlik tədbirlərini görmək və mühafizə siqnalzasiyalarını işlək vəziyyətdə saxlamaq, mal-materialların saxlanılmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin etmək, anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq,müştərilərin sifarişlərinə görə malları dəstlərə komplektləşdirmək, rəsmiləşdirmə qaydalarına və mədaxil–məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi,anbarda olan mal-materialın sayımının çevik həyata keçirilməsi üçün malların çeşidlər,xüsusiyyətlər üzrə yığımını təmin etmək,anbar işçilərinin təlimatlandırılması (anbarda olan mallarla rəftar qaydaları) təlimatlara əməl edilməsini və anbara kənar şəxslərin girişini qadağan etməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki,İddiaçı QSC-nin direktoru X1 ilə işçi satıcı-anbardar Cavabdeh arasında 18 aprel 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 15 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki,Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı QSC-nin direktoru Tofiq Niftəliyevə ünvanlanmış izahatında Ammofos Evroxim-3016,123 kq, Azot Evroxim- 253 kq, Buğda toxumu qırmızı gül-111 kq, Karbomid Sokar-323 kq,Nitro Amofos mini-36 kq malların kəsirlərinin yarandığını, həmin kəsirləri subsidiya kartlarına vəsait vurulan kimi ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş "xxxx" QSC anbar qalıqlarının sayının nəticələri haqqında Aktın sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30-da "xxxx" QSC-nin İsmayıllı rayonunda yerləşən Cavabdeh məxsus anbarında mall qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə sözügedən anbar üzrə məsul şəxs olan Azər İbrahimovun iştirakı ilə sayım keçirilmiş, sayımın nəticələrinə əsasən Ammofos Phosagro-0,285 kq, Ammofos Evroxim – 3016,123 kq, X3 - 253 kq,X4-0,121 kq,Buğda toxumu qırmızıgül-111 kq, Karbomid Socar - 323 kq, Nitroammofos minudibreniya –36 kqlıq mallar anbarda aşkar edilməmişdir. İşdə olan "xxxx" MMC-nin 11 sentyabr 2023-cü il tarixli auditor hesabatının sürətindən görünür ki, Cavabdeh tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 3051.48 kq-yəni xx.xx.20922-ci il tarixində olan (TapAgro hesabı deaktiv edilmə tarixi) satış qiymətlərinə uyğun olaraq 3342.03 manat çatışmazlıq-əskikgəlmə və 47.34 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq (3342.03+47.34) yekunda 3389.37 manat kənarlaşma-mənimsəmə yaranmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Bankdaxili #005İNT********** nömrəli icra haqqında bank qeydlərindən görünür ki, İddiaçı ASC-nin "xxxx" ASC-də olan bank hesabından "xxxx" LLC-nin həmin bankda olan bank hesabına 750 manat məbləğində vəsait köçürülmüşdür. İşdə olan X6 1 X2 İsmayıllı rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, MŞŞ/MT0xx/xx- 02655 nömrəli arayışından görünür ki, İddiaçı ASC tərəfindən ilkin mediasiya sesiyası ilə bağlı mediasiya xərci olaraq 50 manat və poçt və dəftərxana xərci 10 manat olmaqla, ümumilikdə 60 manat mediasiya xərci ödənilmişdir. İşdə olan İddiaçı ASC-nin 19 dekabr 2023-cü il tarixli, 0366 nömrəli arayışından görünür ki,Cavabdeh 15 noyabr 2022-ci il tarixinə Sayım Aktına əsasən əskik gələn malların həcmi 3739.53 kq,dəyəri isə 4440.00 manat olmuş, bundan sonra 688.05 kq dəyəri 1097.99 manat məbləğində pul vəsaiti (xx.xx.2023 tarixdə 695 manat, 19 may 2023-cü il tarixdə 74.19 manat,18 iyul 2023-cü il tarixdə 328.80 manat) cavabdeh tərəfindən ödənilmiş, "xxxx" MMC tərəfindən tərtib olunan audit rəyinin tarixinə,yəni 11 sentyabr 2023-cü il tarixə 3739.53 kq-dan 3051,48 kq malları üzrə borc qalmış, 15 noyabr 2022-ci il tarixinə də qalan 3051,48 kq malın qiyməti 3342.03 manat təşkil edir, 47,34 manat məbləğində daxil olmamış vəsait də nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu 3389,37 manat təşkil etmiş, audit rəyi tərtib olunandan sonra Cavabdeh tərəfindən 17 oktyabr 2023-cü il tarixdə 852,12 manat pul ödənilmiş və hazırkı vaxta Cavabdeh İddiaçı ASC-yə olan borcu 2537.25 manat təşkil edir. Araşdırma ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında sonuncunun öhdəliyi ilə 18 aprel 2020-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 18 aprel 2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh İddiaçı QSC-yə (hazırda İddiaçı ASC) satıcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 18 aprel 2020-ci il tarixindən İddiaçı ASC-nin İsmayıllı rayonunda yerləşən anbarında anbardar-satıcı vəzifəsində çalışmışdır. Cavabdeh iddiaçıdan 361.222 kq malları təhvil-təslim aktlarına uyğun olaraq təhvil almış, həmin malların 268778,91 kq-nı satmış, 84141,61 kq malları digər anbarlara təhvil vermiş, 5250 kq-lıq mal ilə bağlı silinmə aparılmış, qalıq mallar 3051,48 kq olmalı idi,lakin yoxlama nəticəsində müəyyən olundu ki,cavabdeh tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 3051,48 kq-yəni 15 noyabr 2022-ci il tarixində olan satış qiymətlərinə uyğun olaraq 3342,03 manat çatışmazlıqəskikgəlmə və 47,34 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq (3342,03+47,34) yekunda 3389,37 manat kənarlaşma-mənimsəmə yaranmışdır.Cavabdeh müqavilə tələblərinə riayət etməmiş, ümumilikdə iddiaçıya 3389,37 manat məbləğində ziyan vurulmuşdur. Cavabdehin 15 noyabr 2022-ci il tarixinə Sayım Aktına əsasən əskik gələn malların həcmi 3739.53 kq,dəyəri isə 4440.00 manat olmuş, bundan sonra 688.05 kq dəyəri 1097.99 manat məbləğində pul vəsaiti (xx.xx.2023 tarixdə 695 manat, 19 may 2023-cü il tarixdə 74.19 manat,18 iyul 2023-cü il tarixdə 328.80 manat) cavabdeh tərəfindən ödənilmiş, "xxxx" MMC tərəfindən tərtib olunan audit rəyinin tarixinə,yəni 11 sentyabr 2023-cü il tarixə 3739.53 kq-dan 3051,48 kq malları üzrə borc qalmış,15 noyabr 2022-ci il tarixinə də qalan 3051,48 kq malın qiyməti 3342.03 manat təşkil edir, 47,34 manat məbləğində daxil olmamış vəsait də nəzərə alınaraq cavabdehin İddiaçı ASC-yə olan borcu 3389,37 manat təşkil etmiş, audit rəyi tərtib olunandan sonra cavabdeh tərəfindən 17 oktyabr 2023-cü il tarixdə 852,12 manat pul ödənilmiş və hazırkı vaxta cavabdehin İddiaçı ASC-yə olan borcu 2537.25 manat təşkil edir. İddiaçı cavabdehdən 2537.25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün ödənilmiş xərc və 60 manat mediasiya üçün ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddiaçıya 427 manat məbləğində borcu olduğunu, həmin borcu ödəyəcəyini, 500 manat audit hesabatının aparılması üçün ödənilmiş xərci və 60 manat mediasiya üçün ödənilmiş dövlət rüsumu məbləğini qəbul etmədiyini və iddiaçıya məxsus müəssisənin əməkdaşları ondan işə başlamaq üçün 1000 manat məbləğində depozit götürdüklərini bildirir və qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən “Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.” Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən “Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə,habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.” Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması,emalı,satışı,daşınması,istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 205.1-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə,onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa,onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 205.3-cü maddəsinə əsasən işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qərara gəlir ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 2537.25 manat məbləğində ziyan vurulması təsdiq edildiyindən 2537.25 manat ziyan məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin audit hesabatının aparılması üçün ödənilmiş 500 manat xərcin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, hazırkı mübahisə üzrə "xxxx" MMC tərəfindən 11 sentyabr 2023-cü il tarixdə audit hesabatı verilmiş və həmin hesabata görə xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 750 manat vəsait ödənilməsini təsdiq edən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Bankdaxili #005İNT********** nömrəli icra haqqında bank qeydi iş materiallarına əlavə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına 750 manat vəsait ödənilsə də, iddiaçı iddia tələbində 750 manat deyil, 500 manat tələb etdiyindən iddia tələbi 500 manat audit hesabatının aparılması üçün ödənilmiş xərcə aid hissədə təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2537.25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097.25 (üç min doxsan yeddi manat iyirmi beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2537.25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097.25 (üç min doxsan yeddi manat iyirmi beş qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-91/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-91/2024
22.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver