Məhkəmə qərarları › İş №e-2(038)-379/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-379/2025

19.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-379/2025 19.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması» barədə iddia ərizəsini və ona ələvə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kərimov X1 rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Yardımlı rayon İcra Hakimiyyətinin onunla 20 il müddətinə kənd təsərrüfatı məsulları istehsalı üçün 130,60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanması barədə xx.xx.2023-cü il tarixli 62 saylı sərəncamında dəyişiklik edilməsi, elektron uçot xəritəsi işlənərkən səhvən Zevin bələdiyyəsinin ərazisi kimi götürülmüş 5,50 ha torpaq sahəsinin və yüksək gərginlik elektrik xəttinin mühafizə zonasına düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlara əsasən icarə müqavilə bağlanmasından əsassız şəkildə imtina edilmiş torpaq sahəsinin (cəmi 21,88 ha) İddiaçı ilə 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün bağlanmış icarə müqaviləsinə daxil edilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işi öyrənib belə nəticəyə gəlirəm ki, ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsində qeyd olunur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının: 3-cü bəndində qeyd olunur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.1-ci bəndində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı müraciətinin məzmunundan görünür ki, onun müraciəti inzibati orqan olan Yardımlı rayon İcra Hakimiyyətinin sərəmcamına, yəni inzibati akta dəyişiklik edilməsi və yeni sərəncam əsasında onun mənafeyinə uyğun olan müqavilənin bağlanması ilə əlaqədardır. Qanunvericiliklə Yardımlı rayon İcra Hakimiyyəti inzibati orqandır və həmin orqanın fəaliyyətindən də irəli gələn məsələlərin həlli ilə bağlı qeyd olunan idarə tərəfindən edilən hərəkət inzibati hüquq sahəsinə aid olmaqla hakimiyyət tədbiridir. Tərəflər arasında yeni müqavilənin bağlanması ilə bağlı münasibətlər məhz inzibati orqanın qəbul etdiyi inzibati akt əsasında mümkündür. Belə olan halda isə mübahisəyə mülki məhkəmə icraatında baxılması qanunvericiliyin, eyni zamanda ümumi məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə zidddir. Buna görə də hazır ki, mübahisə inzbati məhkəmə icraatı qaydasında ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia tələbində qeyd olunanlar mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisə olmadığından İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması» barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, İddiaçı ərizəsində qeyd olunanlarla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması» barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı ərizəsində qeyd olunanlarla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar