Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-42/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4922 manat maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bütün sənədləri qanuni qaydada imzalayaraq Cəmiyyətin Satış təmsilçisi vəzifəsinin öhtəliklərini öz üzərinə götürmüş və işə qəbul olunmuşdur. 2023-cü ilin mart ayında işdən azad oluması üçün müraciət etmişdir. Müraciəti nəzərə alaraq balansında olan ticarət nöqtələrini və depozitləri şirkət əməkdaşına Audit nəzarəti ilə (yeni təyin olunmuş satış təmsilcisinə ) təhvil verən zaman 8344 manat əskik aşkar olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə izahat yazmış və yazdığı izahatda həmin məbləğin 8344 manat olduğunu qeyd etmişdir. xx.xx.2023-cü tarixdə borcundan 2500 azn ödəmiş və borcunun 5844 azn qalması barədə izahat yazmışdır. Daha sonra hissə-hissə borcundan şirkətin xəzinəsinə ödənişlər edərək borcunu 4922 manata çatdırmışdır. Məbləğlər arasındakı fərqin səbəbini isə dükanların bağlanması və digər səbəblərin olduğunu bildirmişdir. Beləliklə Cavabdeh şirkətə olan 4922 maddi ziyanı ödəmir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddianı qəbul etmir. İddiaçı MMC-də satış təmsilçisi işləmişdir. Onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Mağazalara məhsulları paylayıb, daha sonra pulları yığmışdır. İşdən çıxarkən yoxlama aparılmış və 8344 manat əskik aşkar edilmişdir. Həmin məbləğdən ümumilikdə 3422 manatı ödəmişdir. Qalan 4922 manat hissə ilə razılaşmır. Qeyd edilən məbləğin yaranmasının səbəbi bəzi mağazaların bağlanması və onlardan təhvil verdiyi malların pulunu ala bilməməsidir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş və onu şəxsən imza etmişdir. xx.xx.2023-cü ildə tərtib edilmiş Aktdan görünür ki, cəmiyyətin ekspeditoru maddi məsul şəxs Cavabdeh dislokasiyasına daxil olna obyektlər üzrə xx.xx.2023-cü il -9776,44 manat mal qalığı pul ifadəsində əskik gəlməsini aşkar edilmişdir. Akt maddi məsul şəxs Cavabdeh tərəfindən imza edilmişdir. Satış təmsilçisi Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, onun şirkətə 8344 manat borcundan xx.xx.2023-cü il tarixdə 2500 manat ödəmişdir. Qalan 5844 manatı qısa zamanda şirkətin xəzinəsinə ödəyəcəkdir. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2500 manat ödəniş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 94 №li Əmrindən görünür ki, satış təmsilçisi Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR ƏM -nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 94 №li Əmrindən görünür ki, İddiaçı satış təmsilçisi vəzifəsində çalışan Cavabdeh əmək müqaviləsi öhdəliyini pozduğuna görə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərnamədən görünür ki, Cavabdeh İddiaçınə olan 4922 manat borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış cavabdeh ilk olaraq sürücü vəzifəsində işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə özünün ərizəsi əsasında satış təmsilçisi vəfizəsinə keçirilmişdir. Eyni tarixdə Cavabdeh ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Daha sonra 2023-cü ilin mart ayında işdən azad oluması üçün müraciət etmiş, təhvil-təslim zamanı yoxlama aparılmış və Cavabdeh tərəfindən MMC-yə 8344 manat məbləğində ziyan vurulması aşkar edillərək bu barədə akt tərtib edilmişdir. Cavabdeh hissə-hissə borcundan şirkətin xəzinəsinə ödənişlər edərək maddi ziyan 4922 manat qalmışdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Göstərilən Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 206-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəfələr arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı hüquqi şəxs arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqalara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür, müəssisəyə ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, hesabatlar aparmalı, yaranmış təhlükələr barədə işəgötürənə məlumat verməli, ziyan vurma hallarına yol verməməlidir. Cavabdeh maddi ziyan vurmasını etiraf etmiş, maddi ziyanın bir qismini ödəmişdir. Ona görə də 4922 manat maddi ziyan ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4922 manat pul və dövlət rüsumuna görə ödənilmiş 70 manat tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №e-2(038)-42/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-42/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver