Məhkəmə qərarları › İş №e-2(038)-516/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-516/2025

04.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-516/2025 04.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı CavabdehMMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi» barədə iddia icraatı qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2024 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 4 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinin özündə ərizənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə edilməsi qeyd edilsə də, texniki səbəblərdən yanlış olaraq elektron məhkəmə informasiya sistemi vasitəsilə Yardımlı Rayon Məhkəməsinə ünvanlanmışdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı CavabdehMMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.1.9, 263-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı CavabdehMMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar