Məhkəmə qərarları › İş №e-2(038)-687/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-687/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-687/2025 22.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bankın zaminliyin yenilənməsini etibarsız hesab etməsi, ondan tutulan məbləğin geri ödənilməsi, ona dəyən ziyanın tam ödənilməsi və Şirvan kommersiya məhkəməsinin çıxardığı qətnamənin icrasının müvəqqəti dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuş və 2(038)-687/2025 daxilolma nömrəsi ilə qeydə alınmışdır. Aşağıda qeyd olunanlara əsasən, hesab edirəm ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmunundan və elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə Şirvan Kommersiya Məhkəməsinə baxılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1819/2025 №-li qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 07.09. 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6140,68 manat məbləğində əsas borc, 501,08 manat məbləğində faiz borcu, 26,54 manat məbləğində cərimə borcu və 86,68 manat ödənilmiş dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 6754,98 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, hazırki iddia ərizəsi İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı ilə bağlıdır ki, həmin kredit mqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə bağlı mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmış və Konstitusiya Məhkəməsinin adıçəkilən qərarından da müəyyən olunur ki, məhkəmələr müqavilə üzrə tələblərə baxarkən tələbdən asılı olmayaraq həmin müqavilələrin etibarlı olub-olmasına da qiymət verilməldir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1819/2025 №-li qətnaməsindən görünür ki, İddiaçı hazırki ərizəsində göstərdiyi məsələlərə hüquqi qiymət verilmiş, yəni hazırki iddiaya əvvəllər da baxılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsində qeyd olunur ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edirəm ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı əvvəllər Şirvan Kommersiya Məhkəməsinin icraatında mülki iş olduğundan və həmin ərizəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyindən elektron qaydada məhkəməyə daxil olmuş ərizənin icraata qəbulundan imtina olunmalı, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1, 153.2.3, 153.3-153.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinetə yerləşdirilməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar