Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1198/2025 15.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 15 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 950 manat və 45 manat dövlət rüsumu olaraq, cəmi 2495 manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Cavabdeh İddiaçı ilə 01 mart 2024-cü il tarixində əmək müqaviləsi bağlamaqla əsas iş yeri üzrə “çiskaçı” vəzifəsinə işə qəbul edilmişdir. 20 fevral 2024-cü il tarixində iddiaçı ilə cavabdeh arasında 4524 saylı tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Elə həmin tarixdə, yəni 20 fevral 2024-cü il tarixində iddiaçı və cavabdeh arasında 4523 saylı “Sponsorluq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və iddiaçının əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı, 4.1-ci və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu iddiaçının çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 20 fevral 2024-cü il tarixində iddiaçı, cavabdeh və fərdi sahibkar (təlimçi) X2 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 4525 saylı, üçtərəfli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən təlimçi iddiaçının sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, iddiaçı isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 20 mart 2024-cü il tarixli, iddiaçı, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 19 mart 2024-cü il tarixli kassa mədaxil orderi ilə iddiaçı tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X1 ödənilmişdir. 07 fevral 2025-ci il tarixində iddiaçı tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 02A nömrəli əmr əsasında Cavabdeh ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a”- tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli 4523 nömrəli Sponsorluq müqaviləsinin 2.11 -ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli 4523 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində iddiaçının müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehlə aramızda yaranmış mübahisənin danışıqlar yolu ilə həlledilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqlarımızın müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq şəxsə ünvanlanan bildiriş məhkəməyə geri qaytarılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayənədəliyinin 15 avqust 2025-ci il tarixli arayışından görünür ki, Cavabdehn Aran qəsəbəsində yaşamadığı üçün bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 5- 9-3/2-255/2025 saylı arayışdan məlum olur ki, Cavabdeh Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır, lakin Mingəçevir şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, əmək müqaviləsindəki “1500 manat məbləğində cərimə” şərtilə tanışdır, lakin iş saatları əmək müqaviləsindəki kimi olmadığı üçün cəriməni ödəməkdən imtina edir. Həmçinin buna maddi imkanı çatmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 2025-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı ADV-MPR 15 saylı xx.xx.2025-ci il tarixli müqavilə üzrə 950 manat hüquq xidmətinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. xx.xx.2024-cü il tarixli 4523 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 950 manat və 45 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 manat pul hüquqi yardım üçün vəkilə ödənilmiş 950 manat və 45 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1198/2025
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(039)-1198/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver