Məhkəmə qərarları › İş №e-2(039)-1399/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1399/2025

15.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1399/2025 15.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9, X14, X10, X25, Cavabdeh2, Cavabdeh3, Nəsirov Ağamirzə oğıuna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9, X14, X10, X25, Cavabdeh2, Cavabdeh3, Nəsirov Ağamirzə oğıuna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən daşınmaz əmlak üzrərində onların tam miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən X11, X2, Nəsirov (Ağayev) Gülnaz nəzər qızının, X15, X5, X17, Cavabdeh2, X16, X3 ümumi birgə mülkiyyətində olan 6,48 ha torpaq sahəsində paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli 3-16-5/7-N-15-1170/2024 № Yevlax rayon Qeydiyyat Şöbəsindən olan arayışdan görünür ki, X1 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə dair yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Həyat yoldaşı: X4- xx.xx.1930 (vəfat edib) 2.Oğlu:X26- xx.xx.1992 3.Qızı:X21-xx.xx.1985 4.Oğlu:X29-xx.xx.1989 (vəfat edib) 5.Qızı:X18 -xx.xx.1984 6.Qızı:X22-xx.xx.1967 7.Qızı:İddiaçı1-xx.xx.1979 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 6.48 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 atası X19, anası X12r. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 837795 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 atası X19, anası X12r. Yevlax rayon Qeydiyyat Şöbəsindən olan xx.xx.2021-ci il tarixli 05/Q-1779/70 №-li arayışdan görünür ki, X26 xx.xx.1992-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1992-ci ildə Yevlax rayon Tanrıqulular İN tərəfindən 22 №-li akt qeydi tərtib olunmuşdur. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 263378 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X19 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə payının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 6.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/9 hissəsi İddiaçı1, 1/9 hissəsi X13, 1/9 hissəsi X7, 1/9 hissəsi X10, 1/9 hissəsi Cavabdeh2, 1/9 hissəsi Cavabdeh3, 1/9 hissəsi İddiaçı2, 1/9 hissəsi Nəsirova Niyar qızına, 1/9 hissəsi X23 tərəflərin hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 6.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/9 hissəsi İddiaçı1, 1/9 hissəsi X8, 1/9 hissəsi X3, 1/9 hissəsi X5, 1/9 hissəsi Cavabdeh2, 1/9 hissəsi Cavabdeh3, 1/9 hissəsi İddiaçı2, 1/9 hissəsi Nəsirova Niyar qızının, 1/9 hissəsi X17 payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar