Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1401/2024 24.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızının azyaşlı uşaqları 13 aprel 2009-cu il təvəllüdlü X8 və 28 fevral 2012-ci il təvəllüdlü X10 ilə birlikdə ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi; iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankı, Borc alan X2 24 iyun 2014-cü il tarixli **********01914 №-li kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə 24 iyun 2014-cü il tarixli **********01914/1 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdeh X5 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 №-li qətnaməsi ilə cavabdeh X5 mülkiyyət hüququ əsasında məxsus olmuş Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(107)-68/2020 №-li qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 №-li qətnaməsi qismən dəyişdirilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı hərrac təşkilatçısı və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da YP-168 nömrəli protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında 17 dekabr 2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 01 fevral 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Banka məlum olmuşdur ki, Şəki şəhəri Sarabski küçəsi ev 26A ünvanında yerləşən fərdi yaşayış evindən Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızının istifadə hüquq mövcuddur. Belə ki, Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızı cavabdehlər X5 və X4 qarşı iddia ərizəsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə azyaşlı uşaqları ilə birlikdə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(075)-264/2019 №-li qətnaməsi ilə Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızının iddiası təmin edilərək X6 azyaşlı uşaqları 13 aprel 2009-cu il təvəllüdlü X8 və 28 fevral 2012-ci il təvəllüdlü X10 ilə birlikdə Şəki şəhəri Sarabski küçəsi ev 26A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və X3 həmin evdən istifadə hüququnun verilməsi qət edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, Əkbərzadə (Kərimova) X7 Sərxan Tofiq oğlu arasında bağlanmış nikaha Şəki Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(075)-2381/2017 №-li qətnaməsi ilə xitam verilmiş və Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızı 2016-cı ilin oktyabr ayından etibarən uşaqları ilə birgə Yevlax Rayonu Nemətabad kəndində yaşayır. Bank tərəfindən məhkəməyə təqdim edilən AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından da göründüyü kimi Cavabdeh qeydiyyat ünvanı Yevlax Rayonu Nemətabad kəndidir. Bu hal Cavabdeh uşaqları ilə birgə digər yaşayış sahəsinə köçməsini təsdiq edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında borcun ipoteka qoyulmuş Şəki şəhəri Sarabski küçəsi ev 26A ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra hərrac keçirilmişdir. Hərrac nəticəsində Şəki şəhəri Sarabski küçəsi ev 26A ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı alaraq, tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızının azyaşlı uşaqları 13 aprel 2009-cu il təvəllüdlü X8 və 28 fevral 2012-ci il təvəllüdlü X10 ilə birlikdə ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi; iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əkbərzadə (Kərimova) Nigar Bəhlul qızının azyaşlı uşaqları 13 aprel 2009-cu il təvəllüdlü X8 və 28 fevral 2012-ci il təvəllüdlü X10 ilə birlikdə ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. İddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1401/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1401/2024
24.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver